Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
16-09-2020, 16:15
244

Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO

Millət vəkilləri Qənirə Paşayeva, Tamam Cəfərova və Məşhur Məmmədov, “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk Masallı və Biləsuvar rayonlarında, bu ilin iyulunda Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizin ailələrində olub, eləcə də, məzarlarını ziyarət ediblər.

Şəhid ailələrinin qayğıları ilə maraqlanan millət vəkilləri onlarla ətraflı fikir mübadiləsi aparıb və bildiriblər ki, şəhidlərimiz kimi, onların ailə üzvləri də bizim üçün çox qiymətlidir. Millət vəkili Q.Paşayeva Tovuz döyüşlərinin ölkəmiz və region üçün xüsusi hadisə olmasından, döyüşlərdə düşmənə ciddi zərbə vurulmasından danışaraq, "qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirik" deyib. 

Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışan millət vəkili Q.Paşayeva, yeniyetmə və gənclərin qəhrəman şəhidlərimizi daha yaxından tanıması və örnək alması üçün hərbi-vətənpərvərlik tərbiyəsi və ideoloji işin daha da artacağına inandığını deyib. Millət vəkili Q.Paşayeva görüşlər zamanı bildirib ki, "biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman əbədi sakitlik tapacağına əminik".

Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və bütün şəhidlərimizin də ruhu şad olacaq!” - deyərək bütün şəhidlərimizə Tanrıdan rəhmət diləyib. Onlar bildirib ki, şəhid ailələrimizə dəstək olmaq hər bir azərbaycanlının mənəvi borcudur.

Görüşdə iştirak edən “Bayburt” inşaat şirkətinin rəhbəri Alim Şəntürk qardaş Türkiyənin Azərbaycan şəhidlərini öz şəhidləri saydığını, onların ailə üzvlərinə diqqət göstərməyin qardaşlıqdan irəli gələn vicdan borcu olduğunu bildirib.










Oxşar xəbərlər

Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Novruz Aslanov şəhidimizin məzarını ziyarət etdi - FOTO
Qənirə Paşayeva 200-ə yaxın vətəndaşımızın müraciətini dinləyib
İTV Paşayevanı efirə çağırdı, Cəbrayılova söz atdı
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
“Azərbaycan ordusu çox ayıq-sayıqlıq göstərdi” – Millət vəkili
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Bitərəf millət vəkillərinin iştirakı ilə onlayn iclası keçirilib
Hacı Nuran şəhid oğlunun kirvəsi olacaq - Fotolar
"Azərbaycan qardaşının gücünə güc qatan dövlət olduğunu bir daha nümayiş etdirdi"
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
"Heydər Əliyev Fondu  ümid və inam ocağı kimi haqlı şöhrət qazanıb"
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Siyavuş Novruzov da Tofiq Yaqublunun azad edilməsini istəyir
Sahibə Qafarova spiker kimi ilk rəsmi səfəri Türkiyəyə edəcək
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Ağdaşlı gənclərin iştirakı ilə onlayn görüş keçirildi - FOTOLAR
Beyləqanın başçısı hansı günə orda oturub? - GİLEY
Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Prezident və xanımını toya dəvət etdilər
Suriyada türk əsgəri şəhid oldu
“Hər an müharibə başalaya bilər”
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
“Sosial yardımın yerinə uşaq pulu verilsin!” – Parlamentə şikayətlər çoxalıb
Şəhidlərin şəkillərinin avtomobillərdən çıxarılmasının SƏBƏBİ AÇIQLANDI
Tibb Universitetinin tələbələri təhsil haqqından azad edilsin - TƏKLİF