Bu gün - 15 iyun Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur.
Düz 29 il əvvəl ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdaraq Azərbaycan xalqını, dövlətini və millətini parçalanmadan xilas etdi.
Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtulub.
Azərbaycan xalqının tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev həmin gün Ali Sovetin sədri seçilib. Bununla da uzun illər davam edən gərginlik və qarşıdurma səngiyib və ölkə vətəndaş müharibəsi və parçalanma təhlükəsindən xilas olub. Milli qurtuluş fəlsəfəsi sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin edir.
Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ suverenliyi qoruyub inkişaf etdirmək idi və bu ümummilli liderin iradəsi sayəsində reallığa çevrildi. O, Milli Azərbaycan dövlətçiliyi konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq, ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu.
Heydər Əliyev 1993-cü il iyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün yerli və xarici jurnalistlər üçün brifinq keçirib, iyunun 21-də isə bir sıra ölkələrin diplomatları ilə görüşüb. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxartdı. Dünyada Azərbaycanla bağlı formalaşan fikri müsbət yöndə dəyişdi. Məhz belə bir mürəkkəb siyasi şəraitdə Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti və xarizması siyasi böhrana son qoydu və Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı.
1997-ci ildə Milli Məclisin deputatları 15 iyun tarixinin təqvimə Azərbaycan Respubıikasının Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış ediblər və parlament bu təklifi bəyənib. Həmin vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.
Hazırda Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasət nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.
Ata vəsiyyətini layiqincə yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı əzəli və əbədi torpaqlarımızı azad edib.
Bununla da Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə BMT-nin qətnamələrini döyüş meydanında təkbaşına icra edib. Beləliklə, 30 ilə yaxın müddət ərzində düşmənin işğalda saxladığı Azərbaycan torpaqları əsarətdən qurtulub.
Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur
15
iyun
10:00

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda Milli Qurtuluş Günüdür.
Azərbaycanda Milli Qurtuluş günü qeyd olunur
Milli Qurtuluş günü Lənkəranda təntənə ilə qeyd olundu - FOTO
Sahibə Qafarova Azərbaycan xalqını təbrik etdi
İlham Əliyevdən Milli Qurtuluş Günü paylaşımı - FOTO
Prezidentdən Qurtuluş Günü ilə bağlı paylaşım - Foto
“AXC-Müsavatın yaratdığı anarxiya Heydər Əliyevin qayıdışı sayəsində aradan qaldırıldı”
Leyla Əliyeva Milli Qurtuluş Günü münasibəti ilə paylaşım edib - FOTO
İyunda 10 gün iş olmayacaq
İyun ayının qeyri-iş günləri açıqlandı
“Dağ olsanız, torpaq bizik" - Bayraktardan "Qurtuluş Günü" PAYLAŞIMI
Mehriban Əliyevadan bayram təbriki - FOTO
“Azərbaycan xalqı öz ürəyində Heydər Əliyevə əbədi heykəl ucaldıb” - AÇIQLAMA
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
Birinci vitse-prezident Mehriban Əliyeva: Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! - FOTO
İyunda bayramlarla əlaqadar 3 qeyri-iş günü olacaq - Diqqət!
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı təbrik etdi
Azərbaycanda Milli Dirçəliş Günüdür
"Ulu Öndər özündən sonra qoyduğu siyasi irslə də yadda qaldı" - Hikmət Hacıyev
Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur
Qırğızıstanda səfərdə olan Türk Ağsaqqalları Birliyi nümayəndələri Piramida Media Holdinqində olublar
Türkiyə səfiri: "Şuşa bəyannaməsi vacib müttəfiqlik anlaşmasıdır"
Qərar qəbul edildi: 6 partiya YAP-a birləşdi - SİYAHI
“Cənab İlham Əliyev xoşbəxt prezidentdir, o, ata vəsiyyətini yerinə yetirib, torpaqlarımızı işğaldan azad edib”
Altı partiya YAP-a qoşulmaq istəyir - Onların müraciətinə qurultayda baxılacaq
Azərbaycanlı beynəlxalq federasiyanın prezidenti seçildi
"İlham Əliyev Azərbaycan xalqının Atatürküdür"
Bu ay 10 gün qeyri-iş günü var
Sabah və bazar günü avtobuslar işləyəcək
Azərbaycan səfirliyi Türkiyəni milli bayramı münasibətilə təbrik edib
- "Aİ Ukraynaya sülhməramlılar göndərəcək" - Orban
- Yaponiya bu malların Rusiyaya ixracına qadağa qoydu
- 31 evdən 36 min manatlıq oğurluq etdilər
- 2023-cü ildə ən çox qoyulan adlar – Siyahı
- Ermənistanda Təhlükəsizlik Akademiyasının binası YANIR
- "Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri İrana dəlalət edir" - RƏSMİ AÇIQLAMA
- İsmayıllıda aptekdə nöqsanlar aşkarlandı
- Gəlin keçmiş sevgililərinin hamısını toyuna dəvət etdi - Fotolar
- Deputat Hindistan parlamentinin iclasında əxlaqsız video izlədi - FOTO/VİDEO
- Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
- DƏHŞƏT! Hərbçi nişanlısının yanında öldü - Azərbaycanda FACİƏ (FOTO)
- Vatikan Papa Fransiskin vəziyyəti ilə bağlı açıqlama verdi
- "İkinci qoldan sonra inamı itirdik" - Canni De Byazi
- 5 Pakistan vətəndaşı Azərbaycan sərhədini pozmağa CƏHD ETDİ
- "Taçsız prenses"lə bağlı yeni QƏRAR
- ABŞ-ın Suriyadakı ikinci bazası atəşə tutulub
- Neft ucuzlaşdı
- Zelenski 3 şəhərdə hərbi administrasiyaların yaradılmasına göstəriş verdi
- NATO ölkələri Kalininqrad vilayəti ilə sərhəddə təlimlər keçirəcək
- Almanlar saat əqrəblərinin irəli və geri çəkilməsinin əleyhinədirlər
- Min bir dərdə dərman - Razyananın bilmədiyimiz faydaları...
- İnsanlara bu sözlərlə təsəlli ETMƏYİN
- Qız musiqinin səsinə etiraz edən atasını öldürdü
- Çantasını yoxladığı üçün gömrükçünü döydü