“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun- Milli Qurtuluş Gününü təbrik edirəm”.
Bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarın 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə səhifəsində etdiyi paylaşımında yer alıb.
Paylaşımda deyilir: “Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik. Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.
  • Selçuk Bayraktar Azərbaycan xalqını təbrik etdi