Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR
17-09-2020, 11:20
142

Hacı Qalibin əmlakını qəsb etdiyi vətəndaş icra hakimiyyəti önündə aksiya keçirdi - FOTOLAR

Vətəndaş Seymur Quliyev Sabunçu İcra Hakimiyyəti binası önündə təkadamlıq aksiya keçirib. O, icra başçısı Adil Vəliyevin onu qəbul etməməsinə bu şəkildə etiraz edib. Bizimxeber.az-a danışan vətəndaş deyir ki, Sabunçu İcra Hakimiyyəti onun əmlakını qəsb edən Hacı Qalib Salahzadə qarşısında acizlik nümayiş etdirir və bu səbəbsiz deyil: “İyulda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, hörmətli Eldar Əzizov məni qəbul edib dinlədi, əmlakımın qəsbi və sonra baş verənləri biabırçılıq adlandırdı.

Bakı İcra Hakimiyyətinin başçısı və 11 şöbə rəsinin imzası ilə Sabunçu İcra Hakimiyyətinə məktub yazıb mənim torpağıma gedən yolun açılması istənilib.

Hörmətli Eldar müəllim yolun açılmasının tez bir zamanda baş verməsini məktubunda qeyd edib. Sabunçu İcra Hakimiyyəti həmin məktubda göstərilən tələbi yerinə yetirmir, mənə qarşı cinayəti törətmiş Qalib Sahazadənin tərəfində dayanır”.

Onun sözlərinə görə 9 ildir ki, əmlakı Hacı Qalib Salahzadə tərəfindən zəbt olunub. Məmurların hərəkətsizliyi, Azərbaycan qanunlarını saymaması, Konstitusiyanın tələblərinə məhəl qoymamaları özəl əmlakının dayanacaq kimi istifadə edilməsinə yol açıb: “Cənab prezident İlham Əliyev heç bir məmurun, heç bir kəsin qanundan üstün olmadığını hər çıxışında vurğulayır. Sabunçu İcra Hakimiyyətində sanki cənab prezidentin dediklərini heç eşitməyiblər. Məni iyulun 9-da Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qəbul etdi, dinlədi. Adil Vəliyev isə “pandemiyadır” deyib qəbul etmir.

Eldar Əzizov məni məhz panemiya dövründə qəbul edib. Mülkiyyət hüququmu təsdiq edən sənədlərə baxıb, mənə qarşı baş verənləri biabırçılıq adlandırıb. Adil Vəliyev isə məni təsərrüfat şöbəsinin müdirinin yanına, müavini Güloğlan müəllimin üstünə yollayır. Bu vəzifəli şəxslər də açıq-aşkar deyir ki, bu məsələ bizim səlahiyyətlərimizi aşır, bir heç kimik. Mən başa düşə bilmirəm, belə çıxır ki, Eldar Əzizov, Adil Vəliyevin müavini Güloğlan müəllim, təsərrüfat şöbəsinin müdiri Sabunçunun icra başçısından daha sağlamdırlar?”

Vətəndaş Seymur Quliyev illərdir ki, tapdanan mülkiyyət hüququnun bərpası üçün mübarizə aparır. Bu müddət ərzində Qalib Salahzadə tərəfindən zəbt olunan özəl torpağının geri qaytarılması üçün müxtəlif instansiyalara ardıcıl müraciətlər edib. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 2 dəfə torpağın Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa Baş Prokurorluq torpaq sahəsinin Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun göstərişinə əsasən Reyestr Xidmətinə sorğu verilib ki, əraziyə gedən yol müəyyən edilsin və açılamsının təmin edilməsi Sabunçu Rayon İcra Hakimiyyətinə tapşırılıb: “Eldar Əzizov məni qəbul edəndə dinlədi, dedi ki, məsələ həll olunacaq. Həll edilməsə, Qalib Salahzadə qanunsuzluğu davam etdirsə, məsələni ölkə rəhbərliyinin diqqətinə çatdıracaq. Sabunçu İcra Hakimiyyyəti açıq-aşkar Eldar Əzizovun göstərişlərinə əməl etmir, Hacı Qalibə himayədarlıq edirlər, onun mənə qarşı cinayətinə şərik olurlar”.

Oxşar xəbərlər

Əli Həsənovun qardaşı İsa Həsənov da aradan çıxır…-Ölkədən qaçmağa hazırlaşır?
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Eldar Əzizov 2 rayonun icra hakimiyyətinə tapşırıqlar verdi - Nöqsanların aradan qaldırılması ilə bağlı
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
İcra başçısı məhkəməyə verildi
Sabunçunun icra başçısı operativ qərargahın qoyduğu qaydaları pozur - Video
Gəncə Şəhər İcra Hakimiyyəti həbslərlə bağlı məlumat yaydı
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Eldar Əzizov koronavirusa görə Bakı meriyasına təcili yardım çağırdı - Foto
Azərbaycanda yüksək vəzifəli şəxs öz bacanağına vəzifə verdi - FOTO
İcra başçısı haqda ŞOK İDDİA: dağı satın aldı - FOTO
Eldar Əzizovdan icra başçıalrına xəbərdarlıq -1 ay vaxt verdi (FOTO)
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
İmişlidə kənd sakinləri ilə icra hakimiyyəti arasında nə baş verir?
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
Biznesmen icra başçısı rayonun problemlərini niyə həll etmir? - Özünü toxunulmaz sayır?
Başçı ilə müavini Daşkəsəndə yolkəsənlik edir...
Biləsuvarda qaçıb gizlənən məmur kimdir?
DTX-nın həbs etdiyi sabiq icra başçısı vəkilindən imtina etdi
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Gənc icra başçısı baş redaktoru cərimələtdi
Qəbələ icra hakimiyyəti aksiya məsələsinə aydınlıq gətirdi - VİDEO
Elmar Vəliyevin adamları Hacıkəndin ərazilərini satır? - İTTİHAM
Bir neçə rayon rəhbəri ilə bağlı İDDİA - SİYAHI
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Kürdəmirin icra başçısı Ceyhun Cəfərov və müavini saxlanıldı
Həbs olunan icra başçılarının taleyi: Onları nə gözləyir?
İcra başçısı ilə birgə saxlanılan müavinləri - FOTO