Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gedib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyevi Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.
Prezident İlham Əliyevin Özbəkistana səfərindən gözləntilər nələrdir?
Milli Məclisin deputatı Elman Nəsirov Cebhe.info-ya açıqlamasında bildirib ki, İlham Əliyevin Özbəkistana səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin bundan sonrakı inkişafı üçün yeni imkanlar yaradacaq:
“Çünki səfər çərçivəsində 19 mühüm sənədin imzalanması gözlənilir. Xüsusilə, onların içərisində Azərbaycan və Özbəkistan arasında beynəlxalq avtobomil əlaqəsi haqqında müqaviləni qeyd etmək istərdim. Məhz bu səfər ulu öndər Heydər Əliyevin Özbəkistana ilk rəsmi səfərindən 25 il sonra eyni vaxtda, iyun ayına təsadüf edir.
Maraqlıdır, o zaman da iki dövlət arasında məhz 19 sənəd imzalanmışdı. Bu da çox diqqət cəlb edən məqamlardan biridir. Xatırladım ki, diplomatik münasibətlərimizin əsası 1995-ci ildə qoyulub. 1996-cı ildə Özbəkistan Respublikasının ilk prezidenti İslam Kərimovun Azərbaycana səfəri zamanı da 18 strateji əhəmiyyətli sənəd imzlanmışdı. 1997-ci ilə isə ulu öndər Heydər Əliyevin Özbəkistana səfər etmişdi”.
Millət vəkili deyib ki, Özbəkistanla Azərbaycanı ortaq mədəniyyət, eyni dini dəyərlər və eyni kök birləşdirir:
“Bu səfər çərçivəsində heç şübhəsiz ki, ilk növbədə ikitərəfli ticari-iqtisadi münasibətlərin inkişafı ilə bağlı mühüm addımların atılması gözlənilir. Eyni zamanda qarşılıqlı investisiya fəaliyyətinin təşkili ilə bağlı müvafiq sənədlərin imzalanması və xüsusən də, logistika sahəsində əməkdaşlığımızın inkişafı ilə bağlı müəyyən addımların atılması gözlənilir. Bütünlükdə imzalanacaq sənədlər Azərbaycan-Özbəkistan münasibətlərini yeni mərhələyə yüksəldəcək”.
Elman Nəsirov qeyd edib ki, Prezident İlham Əliyevin Mərkəzi Asiya siyasəti də çox uğurla reallaşmaqdadır:
“Yaxın zamanda Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana səfəri gözlənilir.Həmçinin, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri planlaşdırılır. Artıq Qırğızıstan Prezidenti Sadır Japarov ölkəmizə, Azərbaycan Prezidenti İlham Əliyev isə Özbəkistana səfər etdi. Bütün bunlar onu göstərir ki, cənab Prezidentin rəhbərliyi altında Azərbaycan diplomatiyası sürətli inkişaf tempinə malikdir. Bu baxımdan da rəsmi Bakı və Daşkənd münasibətləri inkişaf etməkdədir”.
İlham Əliyev Özbəkistana niyə gedib?
21
iyun
18:18

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Özbəkistana səfəri başladı
İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Rusiyaya rəsmi səfərə gedib
İlham Əliyev sabah Özbəkistana gedəcək
İlham Əliyev Özbəkistana səfər edəcək
Şavkat Mirziyoyev İlham Əliyevi təbrik etdi
Prezident Türkmənistana səfər ETDİ
İlham Əliyevlə Sadır Japarovun görüşü başladı
İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı
Litva Prezidentinin rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev Ukraynaya səfər etdi
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəlib
İlham Əliyev Ankarada qarşılandı - YENİLƏNİB + VİDEO
İlham Əliyev və Ərdoğan Şuşada - VİDEO (YENİLƏNİR)
Ərdoğan və xanımı Bakıda - YENİLƏNİB
Prezident Özbəkistanın yeni səfirinin etimadnaməsini qəbul edib - Foto + Video
Litva Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb - FOTO
Qırğızıstan Prezidenti Azərbaycana gəldi
Prezident ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
Slovakiya parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib
Azərbaycan-Özbəkistan sənədləri imzalandı
İlham Əliyev Şuşaya getməklə Paşinyana daha bir zərbə vurdu
Ərdoğan Azərbaycana gəldi - FOTO
Kamran Əliyev Özbəkistana getdi
Prezident və birinci xanım Fəxri xiyabanda və Şəhidlər xiyabanında
Ekspertlərdən İlham Əliyevin Ukrayna səfərinə dair şərhlər
Özbəkistan Prezidenti Sahibə Qafarovanı qəbul edib
İlham Əliyevin Şavkat Mirziyoyevlə görüşü olub
“Cənab İlham Əliyev xoşbəxt prezidentdir, o, ata vəsiyyətini yerinə yetirib, torpaqlarımızı işğaldan azad edib”
İlham Əliyev Daşkəsəndə səfərdədir
- Azərbaycanda bağ evindən qara brilyant oğurlandı
- 6 ayın yol qəza statistikası: 336 ölü, 773 yaralı
- ABŞ-da müsəlmanlar qorxuya düşdü - Qətl sayı artır
- "Ukraynada tikiləcək "Bayraktar" zavodunu vuracağıq" - Rusiya
- Məşhur yapon modelyer vəfat etdi
- İranda 93 nəfər daşqınlar nəticəsində öldü
- TƏBİB-dən körpənin doğuş zamanı ölməsinə REAKSİYA (YENİLƏNİB)
- "Çin bununla Tayvanı işğal etməyə hazırlaşır" - Cosep Vu
- Ceyhun Bayramov türk mediasına müsahibə verdi
- DİM bu şəxslərə xəbərdarlıq etdi
- Pakistanda hərbi kolona hücum - 4 əsgər həlak oldu
- Ağstafada SSRİ-ni yaşadan SƏHİYYƏ SİSTEMİ... - Bu gerilik ancaq sovet dövrünə xarakterikdir...
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- XXI əsrin ən böyük problemi Akim Bədəlov… - Sən bir gün bunun bədəlini ödəyəcəksən, Bədəlov…
- Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
- Yaxın zamanda Səfər Mehdiyev və qaynı Zeynal Tarquliyev həbs ediləcək.. - Gömrükdə Səfər Mehdiyev ePOXası başa çatdı…