Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” birliyinə yeni direktor təyin edilib.
Bununla bağlı DGK-nin sədri Səfər Mehdiyev əmr imzalayıb. 
Əmrə əsasən, sözügedən vəzifəyə Məsumov Hüseyn Möhsün oğlu təyinat alıb.
Qeyd edək ki, DGK-nin “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov vəzifəsindən kənarlaşdırılıb.
/Unikal/