Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana səfər edəcək. 
Nazirin Bakıya səfəri iki gün davam edəcək.
Lavrov səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Ceyhun Bayramovla görüşəcək.
Rusiya XİN-dən bildirilib ki, görüşlərdə 22 fevral 2022-ci il tarixində Moskvada imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə müzakirə olunacaq. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsi üçün səylər diqqətə çatdırılacaq.