Sıravi azərbaycanlı Tblisiyə səyahət etmək istəyirsə 157 manat, İstanbul üçün 261 AZN xərcləməlidir. Halbuki, quru yolla iki-üç dəfə daha ucuz səyahət etmək mümkündür.
Ölkədə iyun ayı ərzində 250-yə yaxın adam koronavirusa yoluxub, üç nəfər vəfat edib. Buna baxmayaraq, Azərbaycan Nazirlər Kabineti (NK) iyunun 21-də Covid-19 pandemiyası səbəbindən “xüsusi karantin rejimi”ni sentyabrın 1-nə qədər uzadıb.
İki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağladığından ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür. Maraqlıdır ki, qonşu ölkələr olan İrana, Türkiyəyə quru yolla getmək üçün əvvəlcə Naxçıvana təyyarə ilə uçmaq, oradan isə sərhədi keçmək mümkündür.
Bakıdan Naxçıvana (Bakı- Biləsuvar- İran- Culfa istiqamətində) gedən avtobusların qiyməti 30 manatdır. Təyyarə ilə səfər etmək isə 60 AZN-ə başa gəlir. Bu məbləğin üzərinə digər nəqliyyat xərclərini də gəldikdə ödəniş daha da yüksəlir. Bu isə o deməkdir ki, minimum 250 manat əmək haqqı alan vətəndaş təyyarə ilə xaricə gedib-gələmək üçün 2 ay heç nəyə pul xərcləməməlidir.
Azərbaycanda koronavirus pandemiyası ilə bağlı giriş-çıxışa məhdudiyyət tətbiq edilməsini Nazirlər Kabineti (NK) həyata keçirir. “Toplum TV” quru sərhədlərlə bağlı sosial mediada edilən şikayət və narazılıqları NK-ya sorğu kimi ünvanlasa da, qurumun mətbuat nümayəndəsi İbrahim Məmmədov şərh verməkdən imtina edib.
İqtisadçı Azər Mehtiyev hesab edir ki, quru sərhədlərin bağlı olması pandemiya ilə bağlı deyil: “Xüsusən də nəzərə alanda ki, dəmiryolu da işlək vəziyyətdə deyil, bu zaman yeganə nəqliyyat vasitəsi kimi təyyarələrdən istifadə etmək qalır. AZAL-ın qoyduğu qiymətlər isə sadə insanların cibinə uyğun deyil deyə onlar səfərlərdən məhrum olurlar. Hökumət bu qadağanı uzadarkən pandemiyanın yenidən qalxacağı riskini qiymətləndirməlidir. Ortada bir açıqlama olmadığı üçün o fikir yaranır ki, bu, şirkətlərə fayda vermək üçündür. Gedənlər isə yüksək qiymətə təyyarə bileti aldığı üçün bu AZAL-ın cibinə xidmət edir”.
İqtisadçı hesab edir ki, insanların hərəkətinin məhdudlaşdırılması ölkədən xaricə valyuta axının bir qədər qarşısını almaq məqsədi daşıya bilər.
İqtisadçı Rövşən Ağayev isə “Feysbuk” hesabında yazır ki, hərəkət məhdudiyyəti çox səbəbli bir qərar olub, əsasən, oliqarxiyanın mənafeyinə xidmət edir: “Məqsəd həm də odur ki, insanlar daha ucuz və keyfiyyətli turizm məkanları kimi Gürcüstana, ordan da Türkiyəyə keçib həmin yerlərdə para xərcləməsinlər. Bu qərarla həm kənarda valyuta xərcləməsinin qarşısını almağa, həm də əsasən oliqarxiyanın mülkiyyətində olan turizm obyektlərinə qazanc verməyə çalışırlar. O turizm obyektləri ki, keyfiyyətə və qiymətə görə adını çəkdiyim qonşu ölkələrə uduzurlar”.
İqtisadçının fikrincə, turistik kanallarla kənarda valyuta xərcləmələri məhdudlaşdığından minimum 700-800 mln. ABŞ dolları ölkə daxilində dövr edir. Hökumət isə bunu “uğur” saya bilər.
Bu millət Cahangir Əsgərova NƏ QƏDƏR İŞLƏMƏLİDİR? - HƏQİQƏTƏN DƏ...
23
iyun
13:42

Qarabağ
OXŞAR XƏBƏRLƏR
"Azal" Naxçıvan camaatına BELƏ PROBLEM YARADIR... - "Pulumuz qurtardığından oteldə qala bilmirik..."
Gələn aydan Gürcüstana getmək istəyənlərə ŞAD XƏBƏR
Azərbaycan quru sərhədlərini açır? - Rəsmi açıqlama
Türkiyəyə iki dəfə ucuz getmək istəyənlərin NƏZƏRİNƏ! - VİDEO
İran Azərbaycanla quru sərhədlərini açır - Tarix açıqlandı
Naxçıvanlılar Prezidentdən kömək istədi - MÜRACİƏT
Bakıdan Naxçıvana uçan təyyarə eniş edə bilmədi - SƏBƏB
Rusiya Gürcüstanla quru sərhədini açıb
Bakıdan Naxçıvana uçan təyyarə təcili eniş etdi
Azərbaycan quru sərhədlərini açır - BU TARİXDƏ
AZAL-ın yaratdığı DAHA BİR PROBLEM... - Adamlar vətənlərinə həsrət qalıblar...
Cahangir Əsgərov Azərbaycan xalqına bir də BELƏ ZİYAN VURUR - FAKT BUDUR!
Mehri dəhlizi yenidən gündəmdə - Hərəkat sədrindən maraqlı təklif
Quru sərhədləri niyə açılmır? - "Tanqonu tək oynamaq olmaz"-Elman Nəsirov
Yaxın günlərdə quru sərhədləri açıla bilər
COVID-19 pasportu ləğv olunsun - Deputatdan TƏKLİF
Hərbçilərimiz Türkiyədə coşqu ilə qarşılandı - VİDEO
Mayın 1-dən maska tələbi ləğv edilir: Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır?
Gürcüstan-Rusiya sərhəddində yük maşınlarının hərəkəti dayandırıldı
Azərbaycanın hava məkanında UÇAN QİYMƏTLƏR - AZAL-ın İNHİSARÇILIĞI
Azərbaycan bu tarixdə quru sərhədlərini aça bilər
Ermənistandan gedən 60 mindən çox şəxs geri qayıtmadı
Macarıstan da Azərbaycan vətəndaşlarını qəbul edəcək - RƏSMİ
Gürcüstan quru sərhədlərini açır
AZAL “bazarda” hegemonluq edir: "Dur" deyiləcək? - TOTAL NARAZILIQ
Azərbaycan vətəndaşları hansı ölkə və şəhərlərə səfər edə bilərlər?
Bahalaşan Naxçıvan biletləri:AZAL bir gündə və bir ayda FANTASTİK MƏBLƏĞ qazanır
“Bakıdan Naxçıvana avtobus işləməyəcək” - Nuridə Allahyarova
"AZAL Azərbaycan xalqının, dövlətinin başına bəla olub" - Deputat
Müalicə üçün İrana getmək istəyənlərin NƏZƏRİNƏ!
- Tokayev Aİ-yə Qazaxıstan neftini almağı təklif edib
- “Qarabağ“lı Rüstəm Əhmədzadə “Zirə“yə keçdi
- Roza: “Məni çox adam istəyə bilər, hələ cavanam“
- “2018-ci ilin hadisələrinə hüquqi qiymət verilməlidir“ - Erməni deputat
- Türk ordusu daha 9 terrorçunu zərərsizləşdirdi
- "Rusiyanın ölü və yaralı hərbçilərinin sayı 115 minə çatıb" - Podolyak
- BMqT: "Müharibə başlayandan 12 minədək azərbaycanlı Ukraynadan təxliyə olunub"
- Bir avro 64 rubla çatdı
- Dolların məzənnəsi sabit qaldı
- Məşhur film ulduzu Ukraynadakı müharibədə ağır yaralandı
- İrəvanda Baş Prokurorluğun qarşısında etiraz aksiyası keçirilir - VİDEO
- Ali təhsilin ACINACAQLI VİLAYƏTİ... - İTTİHAM VAR!
- Azərbaycan nefti bahalaşdı
- Azərbaycanda ən yüksək balı onlar topladı - Fotolar
- Kuleba iranlı həmkarını Ukraynaya dəvət etdi
- Şirvanda mikroavtobusdan 10 min manat oğurlandı
- Misirdə akula turist qadını parçaladı - Video
- “Avtodetal”ın sahibi Əfqan Abdullayev həbs olundu… - Şirkətin bütün işçiləri məsuliyyətə cəlb oluna bilər...
- Mərhum müğənninin xatirə abidəsi qarət olundu
- Hacıqabulun 24 yaşlı sakini özünü güllələdi
- Mərdəkanda qadın evdən 10 min avro oğurladı
- AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
- Ukrayna Baş Qərargahı Rusiyanın itkilərinin sayını açıqlayıb Ətraflı
- Bazar günü hava necə olacaq?