Ukraynaya göndərilən humanitar yardımın içindən azərbaycanlı məktəblinin məktubu çıxıb.
Bu barədə BAKU.TV-də yayımlanan “Salam Baku” verilişində məlumat verilib.
Qeyd edilib ki, 5-ci sinif şagirdi Alina Həmidova məktubunda ukraynalılara öz arzularını çatdırıb. O, məktubunda yazır:
“Biz azərbaycanlıyıq və sizə dəstək vermək istəyirik. Qorxmayın, cəsarətli olun. Sizə uğurlar arzu edirik. Bərk dayanın, tezliklə hər şey bitəcək. Arzu edirik ki, müharibə tezliklə bitsin”.
Ətraflı süjeti təqdim edirik: