Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarların ilk qrupu sabah (iyunun 29-da) Səudiyyə Ərəbistanına yola düşəcək.
Ilk qrupu aparacaq təyyarə sabah saat 12:30-da Bakıdan Ciddəyə uçacaq.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri “Report”a açıqlamasında bildirib ki, ilk qrupda 180 nəfər olacaq:
“Həcc ziyarətinin proqramına gəlincə, zəvvarlar Ciddəyə endikdən sonra ehram bağlanılan yerə, oradan Məkkəyə gedir. Onların ilk əməlləri Ümreyi-təməttödür, Kəbə evi ətrafında təvaf etmək, İbrahim məqamı arxasında 2 rükət təvaf namazı qılmaq, Səfa və Mərvə dağları arasında səy etmək, sonda təqsir etmək, yəni saçdan və dırnaqdan bir qədər kəsməkdir.
Daha sonra Zülhiccə ayının 9-a kimi (8 iyul) vacibi ayin yoxdur. Zəvvarlar sərbəst şəkildə Kəbəyə gedib, namaz qılıb dua edirlər. Zülhiccə ayının 9-da Ərəfata çıxacaq, Zülhiccənin 9-dan 10-a keçən gecə Müzdəlifəyə gedib orada vüquf edirlər. Zülhiccənin 10-u, Qurban bayramı günü Müzdəlifədən Minay gedirlər, əşyalarını çadırlarda qoyub Böyük Şeytana daş atmağa gedirlər. Şeytanın daşladıqdan sonra qurban kəsirlər. Qurbandan sonra saçlarını kəsdirib Hacı olurlar.
Zülhiccənin 10-u, 11-i də Şeytangaha gedib 3 Şeytanı, kiçik, orta və böyük şeytanın daşlayırlar. Zülhiccənin 11-dən sonra Məkkəyə hotelə gəlirlər, sonra Kəbəyə gedib qalan vacibi ayinləri tamamlayırlar. Məkkədə ayinləri bitirdikdən sonra Mədinə şəhərinə, Peyğəmbər rövsəninin ziyarətinə gedirlər. Mədinədə 3 gün qaldıqdan sonra Vətənə geri dönürlər. Qeyd edim ki, Azərbaycana geri dönüş 19-20 iyulda planlaşdırılıb”.
QMİ rəsmisi əlavə edib ki, zəvvarların Bakıdan növbəti uçuşları iyunun 30-u, iyulun 1-i və 2-də olacaq.
Xatırladaq ki, builki Həcc ziyarətinə Azərbaycan zəvvarları üçün 680 nəfərlik kvota ayrılıb. Ziyarətin qiyməti 9 106 manat müəyyən olunub. Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir. Bundan başqa, iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir.
Qeyd edək ki, Həcc ziyarətini Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi təşkil edir. Son iki ildə koronavirus pandemiyası səbəbindən Azərbaycandan Həcc ziyarətinə gedən olmayıb.
Azərbaycanda iyulun 9-10-u Qurban bayramı qeyd olunacaq. Qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir.
Sabah Azərbaycandan olan zəvvarların ilk qrupu Həcc ziyarəti üçün yola düşəcək
28
iyun
11:57

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşdi
Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbulu başa çatdı, ilk səfərin tarixi açıqlandı
Azərbaycandan bu il Həcc ziyarətinə gedən OLMAYACAQ – İLGİNC SƏBƏB
Həcc ziyarətinə getmək istəyənlər üçün vacib AÇIQLAMA
Möminlərə şad xəbər: Həcc ziyarətinə icazə verildi
Xarici vətəndaşlar üçün Həcc ziyarəti qadağan olundu
Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? - RƏSMİ AÇIQLAMA
Bu il Həcc ziyarəti olacaq? - QMİ-dən AÇIQLAMA
Azərbaycanlı zəvvarlara qadağa: Hansı şəxslər hacı ola bilməyəcək? - AÇIQLAMA
Bu şəxslər Həcc ziyarətinə buraxılmayacaq
Səudiyyə Ərəbistanından Həcc ziyarəti ilə bağlı yeni qərar
Həcc ziyarətinin qiyməti niyə 1500 manat bahalaşıb? - Açıqlama
Həcc ziyarətinə qadağa bu il də qüvvədə qala bilər
Azərbaycandan Həcc ziyarəti ilə bağlı Hacı Şahindən AÇIQLAMA - VİDEO
Azərbaycanda Həcc ziyarətinin təşkili qaydaları dəyişdi
QMİ Həccə getmək istəyənlərin pulunu geri qaytarmayıb - Rəsmi
Həccə yollanmanın rahat üsulu: Elektron püşkatma
“Omikron”a görə ümrə şərtlərini dəyişdilər
Çində iş adamı icazəsiz Həcc ziyarətinə getdiyi üçün edam olunub
“Həcc”lə bağlı yeni qərar açıqlandı
Xarici zəvvarların Kəbəyə ümrə ziyarətləri başladı
Ümrə ziyarətinə gedənlər üçün tələblərdən biri ləğv olundu
Ziya Məmmədovun Həccə gedəcəyi xəbəri ilə bağlı ailəsindən AÇIQLAMA
Məkkəyə getməyin şərtləri AÇIQLANDI
Sabiq deputat 32-ci dəfə Həccə getdi
Kəbədə Ramazan hazırlıqları tamamlandı
Həcc ziyarətinə gələnlər bu vaksinlərdən vurdurmalıdırlar
Qurban ətinin paylanmasında xüsusi norma yoxdur - Hacı Şahin
Azərbaycanda bayram namazı qılındı
Ziya Məmmədov Həccə gedir
- Ağız qoxusu bu xəstəliklərin ilkin əlaməti ola bilər
- Bütün günü yuxulusunuz? – DİQQƏTLƏ OXUYUN
- Havaların kəskin dəyişməsinin sağlamlıq üçün FƏSADLARI - HƏKİM DANIŞDI
- Rəhbərliyə xəbərçilik edən iş yoldaşını bıçaqladı - Bakıda qəribə hadisə
- Çox yatmaq təhlükəlidir – Alimlər açıqladı
- Rusiya XİN Lavrova görə Baltikyanı ölkələrin XİN başçılarının ATƏT tədbirinə qatılmamasına münasibət bildirib
- Çindən və Cənubi Koreyadan Azərbaycana gələnlərin sayı artıb
- "Şahramanyan bununla bağlı Azərbaycan tərəfi ilə danışıqlar aparır" - Babayan
- Məhkəmə "Baku Steel Company"nin keçmiş rəhbərinin əmlakları ilə bağlı qərar verib
- Bakıda metroda ÖLÜM
- ABŞ-ın yeni səfiri bu həftə Bakıya gəlir
- Nazir onu direktor təyin etdi - FOTO
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Hindistanın Baş naziri qırıcı təyyarə ilə səmaya qalxdı
- Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr qurulub
- Pakistanda ticarət mərkəzində yanğın olub, 11 nəfər ölüb
- Sumqayıtda anasının imtina etdiyi körpə xəstəxanada ölüb
- Avropada koronavirusa yoluxma və ölüm halları azalıb
- Soyuqda smartfonunuzun donmasının SƏBƏBLƏRİ VƏ HƏLLƏRİ
- AZAL rekord sayda endirimli aviabiletlər satışa çıxarıb
- Orban: "ABŞ demokratları öz maraqlarını bəşəri dəyərlər kimi təqdim edirlər"
- Seren Serengil Hadisəyə görə 2 il 11 ay həbs oluna bilər
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi