AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC
18-09-2020, 12:06
119

AMEA-dan daha bir şübhə dolu TENDER... - İLGİNC

Azərbaycan Milli Elmlər Akademiyasi mühafizə xidmətinin satın alınması məqsədilə tender elan edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, elanda diqqət çəkən məqam dünən sənədlərin qəbulunun başa çatmasıdır.

Belə ki, AMEA İşlər İdarəsi 2020-ci ildə cari ilin son dörd ayı üçün mühafizə xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edib. “Xalq qəzeti”nin bu günkü sayında dərc edilən elanda qeyd edilib ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 17 sentyabr 2020-ci il (dünən-red.) saat 12.00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Artıq verilmiş təkliflər isə 18 sentyabr 2020-ci il (bu gün –red.) saat 12.00-da AMEA Rəyasət Heyətinin inzibati binasında açılacaq.

AMEA eyni qaydada 2020-ci ildə məişət tullantılarının daşınmasının satın alınması məqsədilə də kotirovka sorğusu elan edib. Bu gün elan edilən bu tenderin də vaxtı dünən bitib, bu gün isə sənədlərə baxılacaq.

Qeyd edək ki, AMEA İşlər İdarəsinin müdiri sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovdur. Onun müavini isə karantində keçirdiyi toya görə məhkəmənin qərarı ilə 15 sutka həbs edilən sabiq deputat İlham Əliyevin qardaşı Fikrət Əliyevdir. İ.Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.


Oxşar xəbərlər

Bakının Zığ qəsəbəsində 56 ev söküləcək
Sabiq deputatın qardaşı 40 min manatlıq tenderin qalibi oldu
Samuxda 10 manatlıq şirkətə şübhəli ETİMAD - 167 min manatlıq tenderin qalibi oldu
Akademiya işçiləri haqqındakı məlumatlar elektronlaşdırılacaq
Milli Məclis tarixində ilk
İcra Hakimiyyəti milyon manata yaxın tenderləri eyni şəxsin şirkətlərinə verib
Mehdiyev AMEA-da da oturub yeyir... - İLGİNC FAKT
Əli Abbasov işdən çıxarıldı
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Ramiz Mehdiyev ölübmü? - AMEA-dan AÇIQLAMA
Polis maşınları AMEA Rəyasət Heyəti binasının qarşısında: Deyəsən Mehdiyevin "qonağ"ı var
"ASK Ayaqqabı Fabriki”MMC-nin istehsal etdiyi malları kimlər alır? - İlginc İDDİA
Əli Həsənov da vəzifəsindən azad edilir
Ramiz Mehdiyev təkzib etdi
Şair Alxasov Qusar rayonunda qubalı bacılarla nə kimi işbirliyi görür?
Sığorta şirkətləri dövlət qurumunun - TENDERİNƏ QATILMADILAR
Rayonlara giriş-çıxış məhdudlaşdırıldı - DİN-dən AÇIQLAMA
Azərbaycanda bu tarixdən ov mövsümü açıq elan edildi
İcra hakimiyyəti "1 manatlıq" şirkətə milyonluq tender verdi - İLGİNC
AMEA-da vəzifəli şəxs İŞDƏN ÇIXARILDI
Ramiz Mehdiyevin ölüm xəbəri yayıldı - AÇIQLAMA
Ramiz Mehdiyev sabiq naziri özünə müşavir təyin etdi
Ramiz Mehdiyevin ölüm xəbəriylə bağlı AÇIQLAMA
İsa Həbibbəyli açıqlama yaydı
Dövlət vəsaitləri hesabına mallar alan təşkilatlara xəbərdarlıq
AMEA əməkdaşlarının məzuniyyət müddəti uzadıldı
Psixiatriya Xəstəxanasında tender oyunu
Hökməli bələdiyyəsinin sədri cərimələnib
Müəllim olmaq istəyənlərin nəzərinə: Nəticələr elan olundu
Azərbaycanda zəlzələ olub