Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir
18-09-2020, 12:10
154

Siyavuş Novruzov bir müddətliyə “qeybə çəkilib” - zənglərə cavab vermir

YAP icra katibinin sabiq müavini, deputat Siyavuş Novruzov bir aya yaxındır görünmür. Ötən ayın 18-də karantin rejiminin qaydalarını pozaraq, AMEA prezidenti, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin qız nəvəsinin toyunda iştirak etdiyi üçün həm ictimai qınağa tuş gələn, həm də inzibati məsuliyyətə cəlb edilən və bundan günlər sonra hakim partiyadakı vəzifəsindən istefa verən deputatın telefonuna mətbuat təmsilçiləri düşə bilmirlər.

Halbuki əvvəllər belə deyildi. S.Novruzov YAP-da, o cümlədən deputatlar arasında mediaya ən yaxın olan şəxslərdən sayılırdı. Tez-tez geniş müsahibələrlə çıxış edir, gündəmdə olan ən aktual mövzulara münasibətini sərgiləyirdi. İndi isə bir sözlə, jurnalistlərdən “qaçır”.

“Yeni Müsavat” olaraq, növbəti dəfə şansımızdan istifadə edib, ona zəng etdik. Deputatın telefonuna zəng çatsa da, cavab verən olmadı. Belə ehtimallar var ki, YAP-ın sabiq funksioneri toy qalmaqalının hələ də bitmədiyini görüb, bir müddətliyə “qeybə çəkilib”, yəni bu məsələnin gündəmdən çıxmasını, tamamilə unudulmasını gözləyir.

Onunla bağlı son xəbərlərdən biri YAP-da daha bir vəzifəsini itirməsidir. İndiyə qədər hakim partiyanın Təşkilat Şöbəsinin müdiri olan S.Novruzovu deputat həmkarı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov əvəzləyib.

Günlər öncə YAP-çı deputat daha bir məsələ ilə gündəmə gəldi. Hüquq müdafiəçisi Novella Cəfəroğlu Axar.az-a açıqlamasında S.Novruzovun həbsdə olan, sentyabrın 2-dən aclıq aksiyası keçirən, müsavatçı Tofiq Yaqublunun Qarabağ qazisi olduğu üçün azadlığa buraxılmasını istədiyini demişdi. Deputatın bu məsələyə reaksiyası çox da gecikmədi və o, bu xəbərlərin həqiqətə uyğun olmadığı barədə açıqlama verdi. Bir növ S.Novruzov önləyici tədbir almaq üçün üzə çıxıb, tez də “yox olmağı” vacib saydı...

Onun barəsində son açıqlama isə Milli Məclisin İntizam komissiyasının sədri Eldar İbrahimova məxsusdur. Deputat sentyabrın 16-da Modern.az-a verdiyi açıqlamada rəhbərlik etdiyi komissiyanın bir gün sonra keçiriləcək iclasında S.Novruzovun məsələsinə baxılmayacağını, həmkarı ilə bağlı məsələnin komissiyaya aidiyyətinin olmadığını bildirib.
//“Yeni Müsavat”//

Oxşar xəbərlər

Siyavuş Novruzov YAP-ın qərargahını TƏRK ETDİ
Siyavuş Novruzovun boş qalan yerinə təyinat necə olacaq? - AÇIQLAMA
Siyavuş Novruzovla bağlı YAP-dan açıqlama
Aydın Hüseynov Novruzovun digər vəzifəsini də tutacaq?
Siyavuş Novruzovun boş qalan yerinə İlham Əliyev təqdimat verəcək - Açıqlama
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Siyavuş Novruzovdan başqa hansı deputat Ramiz Mehdiyevin toyunda iştirak edib?
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Siyavuş Novruzov “Bu şəhərdə”nin parodiyasından DANIŞDI
Siyavuş Novruzov İSTEFA VERDİ
“Aldanmaq adamı məsuliyyətdən azad etmir” - Elman Nəsirov
Siyavuş Novruzov: “Özümü yaxşı hiss etmirəm”
Ombudsman 82 min manata avtomobil aldı
Ehsan Zahidovdan Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı açıqlama
Siyavuş Novruzovun istefası qəbul edildi RƏSMİ
Siyavuş Novruzov: “Əli Kərimli gəlsin ona ərzaq yardımı edək” – VİDEO
Siyavuş Novruzovu kim əvəz edəcək? – Ad açıqlandı
Azərbaycanın Ombudsmanı fəaliyyətini dondurub
Novruz Novruzov çətin durumda: - Şabrandakı fəaliyyəti yoxlanılır
Bahar Muradova Ramiz Mehdiyevin nəvəsinin toyunda olub? — Özündən açıqlama
Ramiz Mehdiyevin nəvəsinin toyundan daha bir görüntü yayıldı - VİDEO
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
Siyavuş Novruzov Milli Məclisdə hesabat verdi
Ramiz Mehdiyevin kürəkəni həbs cəzasını harada çəkəcək?
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
Ramiz Mehdiyev təkzib etdi
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK
Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyundan yeni görüntülər yayıldı - Video
Siyavuş Novruzovdan sosial şəbəkələrlə bağlı TƏKLİF
Hadi Rəcəbli nəvəsinə toy etməsindən danışdı: “Burada pis nə var axı?” (VİDEO)