Hava kəskin dəyişəcək - Xəbərdarlıq...
18-09-2020, 14:48
117

Hava kəskin dəyişəcək - Xəbərdarlıq...

 Bakıda və Abşeron yarımadasında sentyabrın 19-u gündüzdən 20-si səhərədək şimal-qərb küləyinin qısa müddətə 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Bu barədə DİA.AZ-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Məlumata görə, sentyabrın 19-da Azərbaycanın bəzi rayonlarında qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarda arabir 35 m/s-dək güclənəcəyi, bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

Oxşar xəbərlər