"Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü
18-09-2020, 14:51
105

"Sədərək"də komissiya yaradıldı: - Mağazaların işıqları söndürüldü

Bakıda pandemiya ilə əlaqədar fəaliyyəti dayandırılan "Sədərək" Ticarət Mərkəzi bazar ərazisində qanunsuz fəaliyyət göstərən sahibkarlarla bağlı xüsusi komissiya yaradıb.

Bu barədə Trend-ə açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin İdarə Heyətinin müşaviri Mikayıl Qədimov deyib.

Müşavir bildirib ki, hazırda ticarət mərkəzinin bütün giriş-çıxışları nəzarətə götürülüb: "Bu barədə ticarət mərkəzinin rəhbərliyi xüsusi qərar qəbul edib. Bazar ərazisində olan bütün mağaza və digər obyektlərə nəzarət gücləndirilib. Komissiya üzvləri mütəmadi olaraq bazarın ticarət aparılan ərazilərinə cəlb edilib. Bazardakı bütün alış-veriş mağazaları yoxlanılır. Ticarət üçün açıq olan obyektlər dərhal qapadılacaq və sahibkar barədə ciddi ölçü götürüləcək. Hazırda ticarət mərkəzində yalnız ofislərin fəaliyyətinə icazə verilib".

M. Qədimov bildirib ki, həmçinin bazarın alış-veriş mağazalarına elektrik enerjisinin verilişi də dayandırılıb: "Bütün mağazalara elektrik enerjisinin verilişini dayandırmışıq. Hazırda heç bir alış-veriş mağazasında elektrik enerjisi yoxdur. Sahibkarlar yalnız onlayn alış-verişə görə obyektə daxil ola bilər. Həmin şəxslərə də müvafiq vaxt təyin edilir ki, onlayın sifarişlərini götürmək üçün mağazalarına daxil olub mallarını götürüb ərazini tərk etsinlər. Sahibkarlardan başqa nə satıcılar, nə də müştərilər girişdən buraxılmır. Giriş-çıxışlara müşahidə kameraları ilə nəzarət edilir. Əgər hər hansısa fakt aşkarlanarsa, cavabdeh şəxslər dərhal cəzalandırılacaq".

Ticarət mərkəzində yoxlamaların aparılması ilə bağlı yayılan məlumatlara gəlincə isə M. Qədimov bildirib ki, bu barədə məlumatlar həqiqəti əks etdirmir: "Ticarət Mərkəzində heç bir yoxlamalar aparılmır. Mərkəz və onun rəhbərliyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hazırda ticarət mərkəzində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərar və tövsiyyələrə uyğun olaraq dezinfeksiya işləri davam etdirilir, mərkəz fəaliyyətini bərpa etməsi üçün hazır vəziyyətə gətirilir".


Oxşar xəbərlər

"Sədərək" ticarət mərkəzi nə vaxt açılacaq? - AÇIQLAMA
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
"Sədərək" Ticarət Mərkəzi sökülür
Bakıda yeni "mall" tikilir
“Binə” və “Sədərək”də nə baş verir? – İşləməyənələrdən də icarə haqqı tələb olunduğu deyilir
“Binə” Ticarət Mərkəzinin rəhbərliyi: “İnanmayın”
“Binə” və “Sədərək” ticarət mərkəzlərində yoxlamalar başladı
"Krışasız" qalan Yusif Qədiməliyev “Sədərək” Ticarət Mərkəzinin rəhbəri vəzifəsindən uzaqlaşdırıldı
“Sədərək” və “Binə” ticarət mərkəzlərindən gizli görüntülər - Video
Kəbirə Məmmədova istintaqa cəlb olunub? - AÇIQLAMA
“Binə” və “Sədərək”də total yoxlamalar – Kəbirə Məmmədova böyük mənimsəmədə ittiham olunur
“Sədərək” ticarət mərkəzində KÜTLƏVİ DAVA - 3 nəfər...
“Mall”lar bu qaydalarla işləyəcək
“Ödəniş etməyənin mağazasına özüm gələcəm“
Bakıda geyim problemi: Mağazalarda yaz paltarları yoxdur - FOTOREPORTAJ
İri ticarət mərkəzlərinin açılması ilə bağlı hələ qərar yoxdur
Sentyabrın 1-dən "mall"lar açılır - Açıqlama
"Mall"lar nə vaxt işə başlayır? — Operativ Qərargahdan AÇIQLAMA
“Sədərək”, “Binə” və “mall”lar fəaliyyətini bərpa edir? – Operativ Qərargahdan açıqlama
Nazir: "Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2,3 mlrd. dollara çatıb"
Rayonlara gediş-gəliş və “mall”ların fəaliyyəti bərpa edilir? - AÇIQLAMA
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Azərbaycanda xüsusi karantin rejimi gücləndirildi - Bu gündən...
Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
Ticarət mərkəzləri nə zaman açılacaq? - AÇIQLAMA
“Sədərək” və “Binə” açılır? - Deputatdan açıqlama
Restoranda qanlı hadisə - polis bir neçə nəfəri bıçaqlayan şəxsi güllələyib
Məişət xidmətləri göstərən obyektlərinin fəaliyyəti bərpa olunacaq
Almaniyada bütün ticarət mərkəzləri və mağazalar fəaliyyətini bərpa edir
“Sədərək” və “Binə” ticarət mərkəzləri, “Mall”lar açılır — RƏSMİ