Bakıdakı bazarlar virusa görə bağlanır? - AÇIQLAMA
18-09-2020, 14:53
160

Bakıdakı bazarlar virusa görə bağlanır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah "Şəki Bazar" ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.

Qərargahdan verilən açıqlamada "Şəki Bazar" ASC-də yoluxma halı qeydə alınıb. Sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.

Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra "Şəki Bazar" ASC fəaliyyətini davam etdirəcək".

Bakıda yoluxmanın statistikada 51 faiz təşkil etdiyini və yüksək yoluxma riski olan şəhər olduğunu nəzərə alsaq, burada yerləşən bazarları da eyni aqibət gözləyə bilərmi? Yəni Bakıdakı bazarlar virusa görə karantinə bağlana bilər?

DİA.AZ xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:

"Epidemioloji coğrafiyada şərtlər var. Şəki rayonunda son vaxtlar yoluxma potensialı artıb. Mən özüm həmin rayondan bir neçə xəstə müayinə etmişəm, daha sonra onları xəstəxanaya göndərmişik.

Yəqin ki, qeyd olunan rayonda hansısa yoluxma mənbəyi var.

Operativ Qərargahın müvafiq strukturları həmin ocağın məhv olunması ilə bağlı müəyyən tədbirlər görürlər.
Çox güman ki, yoluxmanın bir mənbəyi də bazar ola bilər.

Rayonlarda insanlar maska taxmır, karantin davranışlarına riayiət etmirlər. Düşünürlər ki, bu boş şeydir. Şəki rayonunda belə artım dinamikası olduğuna görə hesab edirəm ki, bazar haqqında tədbir təmamilə optimaldır. Ən azı bununla müəyyən yoluxma və təmasların qarşısı alınacaq.

Digər tərəfdən Şəki kurort yeri olduğu üçün restoran və müəyyən qapalı yerlərdə karantin davranışlarına əməl etməyə çox ciddi fikir verilməlidir.

Dövlət situasiyadan asılı olaraq işin gedişi boyu bazarlar və digər iaişə obyektləri ilə bağlı müəyyən tədbirlər görə bilər. Əsas məqsədimiz pandemiyadan az itkilərlə çıxmağımızdır.

Əgər hansısa epidemioloji yoluxma ocağı və artması üçün şərait varsa bununla bağlı tədbirlər görülə bilər. Hələ karantindəyik və bu qanunlarla yaşayırıq. Karantin tələb etdyi halda təbii ki, şərt və yumşaq qanunlar da ola bilər".

Oxşar xəbərlər

Operativ Qərargah: Şəkidə kütləvi yoluxma aşkarlanan bazar 3 günlük bağlanıb
Şəkidə kütləvi yoluxma qeydə alınan bazar bağlandı
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Azərbaycanın bu şəhərində koronavirusa kütləvi yoluxma qeydə alındı
Operativ Qərargah vətəndaşlara müraciət edib
Rayonlara gediş-gəlişlə bağlı rəsmi açıqlama
Rayonlara gediş-gəlişlə bağlı açıqlama
Azərbaycanda restoran və “Mall”ların fəaliyyəti bərpa olunur
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
Sentyabrın 1-dən metro açılır?-AÇIQLAMA
Bakı, Sumqayıt və Abşeronda bağçalar nə vaxt açılacaq? - Operativ Qərargah
Bakı metrosu sabah açılır - RƏSMİ + VİDEO
Azərbaycanda daha üç nəfər koronavirusdan öldü: 141 yeni yoluxma - FOTO
Qobustan həbsxanasında virus yayıldı – Rəsmi açıqlama
Şirvanda yoluxmaların sayının artması ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Operativ Qərargah vətəndaşlara müraciət edib
Azərbaycanda karantin rejimi ləğv edilir? - TƏBİB-dən açıqlama
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Azərbaycanda daha 76 yeni yoluxma faktı qeydə alınıb
Ölkədə aparılan testlərin sayı 843 mini keçdi
Şəmkirdə yanan bazar Alimpaşa Məmmədovun oğluna məxsusdur
Bakı metropoliteni gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək
Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
Rayonlara gediş-gəliş bərpa edilir? - AÇIQLAMA
İşləyən valideynlər övladlarını hara və kimə etibar edəcəkləri qarşısında çox aciz qalıblar - AKTUAL
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
Restoranlarda xidmət tam bərpa edilir