Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb, sahələrdən 2163875 ton məhsul yığılıb.
Bölgələrdə taxıl biçini davam edir. Artıq respublika üzrə payızlıq taxıl əkini sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb. Sahələrdən 2163875 ton məhsul yığılıb. 
Arpa sahələrinin 88 faizində biçin tam yekunlaşıb, hazırda əsas biçin buğda sahələrində aparılır.
Taxıl biçini prosesində 1538 kombayn iştirak edir. Onlardan 645-i “Aqroservis” ASC-nin rayon bölmələrinin balansında olan kombaynlardır. Bu kombaynlar ilkin mərhələdə 50 hektaradək olan sahələrdə biçin aparırlar. Bundan başqa biçinə fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan 893 kombayn cəlb edilib.
Bugünədək “Aqroservis” ASC-nin kombaynları ilə 277617 hektar, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan kombaynlar ilə isə 426593 hektar sahə biçilib. 
Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb - FOTOLAR
  • Taxıl sahələrinin 72,6 faizində biçin prosesi başa çatıb - FOTOLAR