Sosial platformada AZAL-ın xeyrinə bir ifadə görmək olmur. Hamı tənqid edir. Şirkətin inhisar siyasəti insanları boğaza yığıb. Yaxın ölkələrə belə, dəyərindən bir neçə dəfə baha bilet almaq lazım gəlir. Dia.az bizimyol.info-ya istinadla xəbər verir ki, “Buta” loukoster kimi fəaliyyətə başlayanda səyahətsevərlər çox ümidlənmişdi. Bir tərəfə 29 avrodan biletlər reklam olunurdu. Azacıq keçəndən sonra məlum oldu ki, hamısı nağıldır. Ucuz biletlər yoxa çıxdı. AZAL bütün pəncərələri yavaş-yavaş tıxamağa başladı.
Tənqidlərin sayı-hesabı yoxdur. AZAL-ın sosial platformadakı səhifələrinə yazılanları oxumaq kifayətdir. Camaat o qədər bezib ki, hətta qarğış yazırlar. Xaricdə işləyənlər yaxınlarını görmək üçün vətənə qayıda bilmir. Türkiyədə təhsil alan tələbələr əvvəlcə Naxçıvana, sonra İğdıra gedir, oradan İstanbula yola düşürdü. AZAL bunun da qarşısını aldı. Sədərək sərhəd-buraxılış məntəqəsi bağlandı. Son günlər Türkiyə tərəfə keçməyə imkan tapanlara geriyə bu yolla qayıtmamaq tovsiyə olunur.
AZAL yeni reallıq yaradıb. Gürcüstanda doğulub Azərbaycanda yaşayırsınızsa, ora qohumlardan birinin yasına gedirsinizsə, biletə azı 500 manat verməlisiniz. Məsələn, 4 nəfərlik ailənin xərcləri 2000 manatdan çox edir. Halbuki şəxsi avtomobillə gedəndə benzinə uzağı 60-70 manat çıxar. Təxminən 30 dəfə fərqdən söhbət gedir.
Səyahətsevərlər Gürcüstanla quru sərhədlərin açılmasını daha çox arzulayır. Çünki Tbilisidən, Kutaisidən Avropaya uçmaq üçün geniş imkan var. Qonşu ölkədə köhnə qitəyə 50-60 manata biletlər təklif edirlər. AZAL-ın ümidinə qalsaq, gərək onda evdə hər kəsə 1000 manatdan baha bilet alınsın. Ailəvi istirahət tam mümkünsüz görünür.
Gürcüstana biletlərin qiymətlərinə nəzər yetiririk. İyulda qonşu ölkəyə gedib-gəlmək 650 dollardan ucuz deyil. İndidən avqusta səfər planlaşdırsaq, pula bir az qənaət edə bilərik. Amma niyə bir şirkət ölkə vətəndaşlarını açıq-aşkar soymalıdır? Nə üçün onlara qarşı belə saymazlıq nümayiş olunur? Tənqidlər artdıqca sanki AZAL da acığa düşür. Keçən ay Gürcüstana biletlər heç bu qədər baha deyildi. AZAL sanki bilərəkdən belə siyasət yürüdür. İnsanlarla çarəsizlik sindromu formalaşdırılır.
Bu millətin AZAL ÇİLƏSİ... nə zaman BİTƏCƏK? - 500 manata Gürcüstana yas yerinə getmək...
07
iyul
11:23

Qarabağ
OXŞAR XƏBƏRLƏR
AZAL-ın ölçüyəgəlməz İŞTAHASI... - BELƏ HARA GEDİRİK?
Cahangir Əsgərova nə olub? – İki aydır maaş vermir
“AZAL pul qazansın deyə, bütün əhali əziyyət çəkməli deyil” - Etiraz
AZAL-ın azalmayan TAMAHI... - Bu il də BALTA KƏSƏCƏK?
AZAL-ın bu addımı da FIRILDAQDIR? - İDDİA
AZAL çarter reysi adı altında xalqı talayır...- İTTİHAM
“Tbilisidən 146, Kiyevdən 193, Bakıdan isə 446 dollara...” – AZAL-a “dur” deyən olacaqmı?
Azərbaycanın hava məkanında UÇAN QİYMƏTLƏR - AZAL-ın İNHİSARÇILIĞI
"AZAL inhisarçı, özbaşına, nəzarətsiz fəaliyyət göstərir..." - İTTİHAM
"Bu adam Azal rəhbəridir və təsəvvür edin ki,..." - Günel Səfərova Azal rəhbərinin rüsvayçı davranışından yazdı
AZAL Azərbaycana belə zərbə vurur... - Ekspert
“Qiyməti kəllə-çarxa qaldırıb bilet satasan, amma yenə də zərərlə işləyəsən”
AZAL şefi necə milyonları qazanır, AZAL-sa müflisləşir... - İDDİA
AZAL-ın çökən xidmət şəbəkəsi: Qurum milyonları hara xərcləyir?
Deputat AZAL-ı tənqid etdi: “Biletlər əksər ölkələrlə müqayisədə qat-qat bahadır“
Cahangir Əsgərov da işdən çıxarılır: - AZAL-ın bazasında hansı qurum yaradılacaq?
“Cahangir Əsgərova heç kimin gücü çatmır” - Deputat
"Azal" Naxçıvan camaatına BELƏ PROBLEM YARADIR... - "Pulumuz qurtardığından oteldə qala bilmirik..."
AZAL Rumıniyaya təyyarə göndərdi
AZAL-la bağlı göylərdəki xəyallarımız... - Cahangir Əsgərov kimsəni saymır...
Cibimizi və büdcəni “uçuran” AZAL... - Milyonları göyə sovururlar
AZALda qiymətlər AZALMIR Kİ, AZALMIR... - NƏ ETMƏLİ?
Hava məkanının "KOR XƏLİFƏSİ"... - Ondan narazılıqlar artır...
AZAL Naxçıvana uçuşlar üçün Ermənistana pul ödədi
Ermənistan üzərindən ilk uçuş edən heyət
AZAL-da təmizləmə əməliyyatı başladı
"AZAL"ın tenderlərini kimlər udur? - SİYAHI
“AZAL-ın problemləri azalmır” - NARAZILIQ!
AZAL biletləri neçəyə satır? - “Əl yandıran” QİYMƏTLƏR
Niyə qonşulardan 8 dəfə baha uçuruq? - AZAL-a etiraz
- İrandan Azərbaycana 22 kq narkotik keçirmək istədilər
- İkardi "Qalatasaray"a transfer ola bilər
- Türkiyə XİN: "Elə nəticə əldə olunmalıdır ki, bütün regionda daimi sülhü təmin etsin"
- Somalidə quraqlıq nəticəsində 1 milyon nəfər köçkünə çevrilib
- Saqqızı sinəsinə yapışdırdı - Qalmaqallı yeni klip
- Bakıda 35 yaşlı kişi üz nahiyəsindən bıçaqlanıb
- Çindən gətirilən pestisidin istifadəsinə icazə verilmədi
- Bu ilin 6 ay ayında qeydə alınan ölüm sayları açıqlanıb
- "Müharibə Rusiya iqtisadiyyatını dörd il geri saldı" - KİV
- Vətən müharibəsi iştirakçısı özünü asdı: Nişanlı idi
- Cəlilabad xəstəxanasının vəzifəli şəxsləri barəsində cinayət işi başlanıldı
- Azərbaycanda daha 520 nəfər koronavirusa yoluxdu
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- XXI əsrin ən böyük problemi Akim Bədəlov… - Sən bir gün bunun bədəlini ödəyəcəksən, Bədəlov…
- Şirvanda narkoşəbəkə üzvü 455 qram heroinlə saxlanıldı… - 15 il Şirvana rəhbərlik edən Mərdan Camalovun qohumu Əmiş narkotik satışı ilə məşğuldur…
- Yaxın zamanda Səfər Mehdiyev və qaynı Zeynal Tarquliyev həbs ediləcək.. - Gömrükdə Səfər Mehdiyev ePOXası başa çatdı…