Azərbaycanın böyük şirkətlərindən biri hesab olunan “Baku Steel Company”nin bir qrup əməkdaşı şirkət rəhbərliyindən şikayətçidir. Onların “Yeni Müsavat”a daxil olan müraciətində “Baku Steel Company”nin Qazaxıstanda yaradılmış törəmə şirkətində çalışarkən haqlarının tapdandığı, aylardır ki, maaş, istifadə olunmamış məzuniyyət pullarını və kompensasiya ala bilmədikləri qeyd olunur.
Ölkə rəhbərliyindən kömək istəyən şirkət əməkdaşlarının müraciətini diqqətinizə çatdırırıq: “2017-ci ildə şirkət rəhbərliyi bir qrup zavod əməkdaşına Qazaxıstan Respublikasının Aktau şəhərində ”Aktau Steel" şirkəti ilə böyük bir layihəyə başlanıldığını bəyan edərək, orada işləmək üçün əməkdaşlar yığıldığını dedilər.
Biz, bir qrup mütəxəssis, Qazaxıstana getməyə razılıq verdik. O zaman bizə Aktauda yüksək iş şəraiti yaradılması, yüksək maaş, tibbi sığorta və digər vədlər verilmişdi. Bütün bunları nəzərə alaraq burada bizimlə müqavilə bağlandı və bir qrup mütəxəssis Qazaxıstana yola düşdük. Qeyd edək ki, eyni müqavilə (bu dəfə rus dilində) Qazaxıstanda təkrar bağlandı. Lakin nə Bakıda, nə də Qazaxıstanda bağlanan müqavilənin surətini bizə vermədilər. Bununla belə, biz elə ilk gündən işə başladıq. Xatırladaq ki, sonradan bizim heyətə həm zavodda işləyən, həm də respublikanın digər zavodlarından da mütəxəssislər cəlb edildilər.
Təəssüflə qeyd edək ki, verilmiş vədlərə tam əməl edilmədi. Belə ki, yaşayış şəraiti ürəkaçan deyildi, tibbi sığortamız əvvəlcədən olmadı, bundan əlavə, ilk üç ayın əmək haqqını gec, özü də hissə-hissə aldıq. Bütün bunlar isə şikayət etdikdən, narazılıqlar artandan sonra ləng həll olundu. Ümumiyyətlə, orada biz azərbaycanlılara qarşı yaxşı münasibət bəslənilmirdi.
2019-cu ilin yanvar ayında əmək haqlarımızı yenidən gecikdirməyə başladılar. Mart ayında əmək haqqının verilməsini ümumiyyətlə, dayandırdılar. İyun ayının yarısına qədər işləsək də, əmək haqlarımız verilmədi. Etirazımızı bildirdikdə isə əməkdaşları müxtəlif yollarla hədələməyə başladılar. Sonda məcbur etdilər ki, biz Bakıya qayıdaq və vəd verdilər ki, Azərbaycana qayıdan kimi borclu olduqları əmək haqqlarını, istifadə olunmamış məzuniyyət pullarını və kompensasiya olaraq bir aylıq əmək haqqını ödəyəcəklər. Bakıya qayıtdıqdan sonra da vəziyyət dəyişmədi, biz eyni çətinlikləri burada da yaşadıq. Bir müddətdən sonra bəzi əməkdaşlara ödənilməmiş əmək haqlarının bir hissəsi ödənildi. Lakin böyük bir qrup əməkdaşlarımızın nəinki kompensasiyası (halbuki söz verilmişdi), istifadə olunmamış məzuniyyət pulları, hətta halal aylıq məvaciblərini də verməyiblər. Artıq bir ilə yaxındır ki, (2019-cu ilin noyabr ayından) “Baku Steel Company” şirkətinə gedib-gəlməyimizə baxmayaraq, nə bizi qəbul edən var, nə də dərdimizi dinləyən. Yalnız mühafizə və texniki işçilərlə gah “bizim sizə borcumuz yoxdur, gedin kimə istəyirsiniz şikayət edin”, gah “Gözləyin, dövlət bizə pul ayıracaq, biz sizin borcunuzu qaytaracağıq”, bəzən acıqlı olanda isə “gedin pulunuzu Aktaudan alın” sözlərini çatdırırlar.
Zavodun rəhbəri Rasim Məmmədov bizi qəbul etmir, ümumiyyətlə belə bir öhdəliyinin olmadığını deyir. “Aktau Steel” zavodunun baş direktoru Rahib Məmmədovun (Rasim Məmmədovun əmisioğludur) da nə qəbuluna düşmək mümkündür, nə telefon əlaqəsi yaratmaq. Bir sözlə, bir qrup mütəxəssis Allahın ümidinə qalıb".
Mütəxəssislər bildirirlər ki, uzun müddət işləmədiklərinə görə böyük məbləğdə borcları yaranıb: “Hamımız ailə sahibiyik, heç bir yerdə işləmir, dövlətdən əlavə müavinət almırıq. Buna görə Sizdən xahiş edirik ki, ”Baku Steel Company" şirkətinin rəhbərliyi tərəfindn pozulmuş hüquqlarımızın bərpası üçün bizə dəstək olub, problemin tezliklə həll olunmasına təsir edəsiniz. Bizim istəyimiz çox deyil. Biz, yarımçıq qalmış işə görə kompensasiya, istifadə olunmamış məzuniyyət pullarını və əmək haqlarımızı istəyirik".
P.S. Müraciətlə bağlı “Baku Steel Company” şirkətinin rəhbərliyi ilə əlaqə saxlamağa çalışsaq da, buna nail ola bilmədik. Buna rəğmən, onların mövqeyini dinləməyə hazırıq.
“Baku Steel Company”də işçi haqqı yeyilir - GİLEY
19
sentyabr
09:37

Qarabağ
OXŞAR XƏBƏRLƏR
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Ramiz Mehdiyevin biznes ortağı həbs oluna bilər
"Baku Steel Company" zavoduna yeni rəhbər gətirilir
Deputatın vitse-prezident olduğu şirkətdə NARAZILIQ
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
“ZAVODU TALAN EDİB, HARASA DAŞIYIRLAR...”
"Kontakt home"-la bağlı böyük qalmaqal: Şirkətə sanksiya tətbiq oluna bilər
"Bakcell" adı hallanan toyla bağlı MƏLUMAT YAYDI
“6 aydır maaş əlavələrini almırıq” - ETİRAZ
Ombudsman Məleykə Abbaszadəyə müraciət etdi
Əli Həsənov BMM-in anbarını spirtli içkilərin satış mərkəzinə çeviribmiş - Qalmaqal
"Sipark" vətəndaşları belə aldadıb... - Müraciət...
Azərbaycanın iki tanınmış şirkəti məhkəmə qarşısında
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
Rayonlara qrup turlarının təşkilinə icazə verilirmi? - AÇIQLAMA
I qrup əlillik üçün müraciət etdi, II qrupu da ləğv edildi - GİLEY
Azərbaycan Sənaye Korporasiyasında yeni təyinat
“Rasim Məmmədov Ramiz Mehdiyevin sifarişi ilə bizi məhkəməyə verib”
"Kontakt Home"dan "Müştəriyəm, şikayətim var" qrupunu alması iddiasına cavab: - "Gülərək qarşıladıq..."
“Akkord”un dövlət büdcəsinə 4 milyon manat borcu var
Daha 400 Azərbaycan vətəndaşı vətənə qayıdıb
Goranboy icra hakimiyyəti ilə 10 manatlıq şirkət arasında yüzminlik müqavilə
Ekspertdən VACİB TƏKLİF: 250 manat maaş alanlar bu aydan etibarən...
“Günay Sığorta”da yeni TƏYİNAT
Ən çox ixtisas seçimi bu qruplarda olub
Bu aydan maaşları artan şəxslərə daha bir XƏBƏR
Səfər Mehdiyevin ŞÜBHƏLİ TƏRƏFDAŞI
Nəhəng şirkət 9 min işçini ixtisar edəcək
Bugün Şəkidə qaz olmayacaq
Biləsuvarda rüşvətsiz iş keçmir... - GİLEY
- Hindistanda qatar qəzasında ölənlərin sayı 294 nəfərə çatdı
- Almaniyanın məşhur rok qrupu dağılır
- Türkiyədə sərnişin daşıyan iki avtobusun toqquşmasını əks etdirən dəhşətli görüntülər
- Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir
- Aleyna Tilkidən NASA-ya qəribə çağırış: “Yadplanetlilərlə görüşmək bizim haqqımızdır”
- Çavuşoğlu və Hulusi Akar nazir postundan GETDİ
- Türkiyənin yeni müdafiə naziri o oldu
- Türkiyənin yeni XİN rəhbəri kimdir?
- Süleyman Soylunu o əvəz etdi
- Misirdə qum fırtınasının dəhşətli görüntüləri yayıldı
- Bu gün Bakının bir küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq
- ABŞ vətəndaşlığı olan şəxs Türkiyədə nazir təyin olundu
- Azərbaycanda ərzaq məhsullarının qiyməti azala bilər
- Qubadlıda çətənə kolları aşkarlandı
- İlkin Süleymanov son sözündə nələrdən danışdı? - Hakim müdaxilə etdi
- Yeni işindən 2.5 milyon qazanacaq
- Qadın sağlamlığı üçün ən faydalı mineral
- İlham Əliyev və Ərdoğanın salamlaşma anı Külliyədə coşğu ilə qarşılandı - VİDEO
- Erməni qadınlara hərbi xidmət üçün bir milyon təklif olunur
- Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!”
- Netanyahu: “İsrail İranın nüvə silahı əldə etməməsi üçün hər şeyi edəcək”
- Bayden yenə yıxıldı
- NASA tarixində ilk dəfə UNO görüntüləri ictimaiyyətə nümayiş etdirildi
- Hər gün portağal suyu içənlərə XƏBƏRDARLIQ