Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!
19-09-2020, 12:14
128

Qadınlar “prava” imtahanına şortiklə girə bilər, kişilər isə yox!

Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb. 
Texnobloqqer Fərid Pərdəşünas bildirib ki, bu yaxınlarda sürücülük vəsiqəsi imtahanı üçün Baş Dövlət Yol Polisinin qeydiyyat və imtahan binasına gedib, ödənişi edib imtahan zalına keçmək üçün binaya daxil olanda qapıda dayanan polis onu içəri buraxmayıb: “Səbəb isə əynimdə şortik olması idi. Qeyd etdi ki, qanunda olmasa da, rəisin şəxsi qərarı ilə şortikdə gələn oğlanlar binanın həyətinə girə bilməzlər, nəinki imtahana. Bu barədə qanunun olmadığını və DYP saytında hər hansı qeydin olmadığını vurğulayanda, bildirdilər ki, bunun üçün qərara ehtiyac yoxdur, içəridə ana, bacı var. Bu ictimai asayişin pozulmasıdır. İçəridə dar şortik geyinən qızları göstərsəm də, polis qətiyyətlə məni oradan uzaqlaşdırdı”.
Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur: “Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Hərçənd ki, ora kommersiya təşkilatlarıdır və oradan qazancları var. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır. Bununla bağlı orada olan qadınlar da şikayət edib narazılıq bildirirdilər ki, şortikli kişilərin gəlib burada oturması etik deyil. Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur. Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bəlkə də hələ o zaman gəlib çatmayıb, bizdə kişilərin belə geyinməsi ictimaiyyət arasında qəbul olunmur. Bu səbəblə kişilərə tövsiyə olunur ki,  dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

Oxşar xəbərlər

Kamran Əliyevdən avtomobillərin texniki baxışı ilə bağlı VACİB AÇIQLAMA
DSX Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı keçiriləcək
Sabahkı imtahanlarda 4 606 nəfər iştirak edəcək
Bu gün növbəti imtahanlar keçiriləcək - DİM
Qabiliyyət imtahanlarında iştirak edəcək abituriyentlər buraxılış vərəqələrini çap edə bilərlər
DYP deputata cavab verdi: Videokameralara baxış keçiriləcək
DİM avqustun 27-də növbəti imtahanlar keçirəcək
DİM abituriyentlərə müraciət edib
Polisdən “plyonka” xəbərdarlığı: 3 gün sonra...
Qeydiyyatda olmayanların DİQQƏTİNƏ: Şəxsiyyət vəsiqəsini belə alacaqsınız - RƏSMİ
Qəbul imtahanları ilə bağlı vacib xəbər
Hərarəti yüksək olan 1 nəfər imtahana buraxılmadı
Sınaq imtahanı pulsuz oldu
Azərbaycanda pensiyaçıların 57 faizi...
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Bir nəfər yüksək hərarətə görə imtahana buraxılmadı
Karantin cərimələri tutulmağa başladı - Maaş, pensiya, əmlaka həbs...
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün 19 mindən çox abituriyent qəbul imtahanı verəcək
Sabahdan Bakının girişindəki postlar yığışdırılır - Rəsmi açıqlama
DİM yekun qiymətləndirmə imtahanlarında iştirak etməyənlər üçün buraxılış imtahanları keçirəcək - Diqqət!
Yol Polisi Bakı, Sumqayıt və Abşerondan rayonlara gedənlərə xəbərdarlıq edib
Vilayət Eyvazovdan yeni TƏYİNATLAR - ƏMR
2 nəfər yüksək hərarətə görə imtahan buraxılmadı
Qəbul imtahanları başlayıb
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Üzərində telefon aşkarlanan 3 nəfər imtahandan xaric edildi
Bakıda sürücü yol polisinə rüşvət verib? - RƏSMİ + VİDEO
Təhsil Nazirliyi MİQ imtahanında iştirak edən namizədlərə müraciət etdi
DYP-dən cərimələrlə bağlı xəbərdarlıq