Prezident İlham Əliyev Fransa Respublikasının Prezidenti Emmanuel Makrona təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Fransa Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edir, ən xoş arzularımı yetirirəm.
Bu il Azərbaycan-Fransa dövlətlərarası əlaqələrinin tarixində əlamətdar ildönümüdür. Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdiyimiz cari ildə biz ötən dövr ərzində əldə etdiyimiz nailiyyətlərə nəzər salır, iqtisadiyyat, energetika, mədəniyyət, təhsil və digər sahələrdə formalaşmış səmərəli əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi imkanlarını araşdırırıq. Hesab edirəm ki, müxtəlif istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlığımızın inkişaf etdirilməsi üçün perspektivlər vardır.
Cənubi Qafqazda bərqərar olmuş yeni geosiyasi reallıq davamlı sülh və regional iqtisadi əməkdaşlıq üçün əlverişli zəmin yaratmışdır. Torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan müharibə səhifəsini çevirmək, Ermənistanla münasibətləri normallaşdırmaq və sülh müqaviləsi imzalamaq istəyindədir. Beynəlxalq hüquqa söykənərək tərəfimizdən təqdim olunan beş prinsip əsasında Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması prosesinə Fransanın dəyərli töhfə verə biləcəyinə inanırıq.
İşğaldan azad edilmiş ərazilərdə Ermənistan tərəfindən basdırılmış minalar burada apardığımız bərpa və yenidənqurma işlərinə, bölgənin sosial-iqtisadi reinteqrasiyasına ən böyük əngəl olaraq qalmaqdadır. 2020-ci il noyabrın 10-dan indiyədək 220-dən çox şəxs mina hadisələri nəticəsində həlak olmuş və ya ağır xəsarət almışdır. Biz ərazilərimizin minalardan təmizlənməsi prosesinə Fransanın verdiyi töhfəni təqdir edir, Ermənistan-Azərbaycan münaqişəsi zamanı itkin düşmüş 4000-ə yaxın soydaşımızın taleyinin aydınlaşdırılması məsələsində də ölkənizin lazımi dəstək göstərəcəyinə ümidvarıq.
Dərin hörmət və ehtiramlarımı izhar edirəm".
İlham Əliyev Makronu təbrik etdi
14
iyul
14:21

Qarabağ
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Makronu təbrik ETDİ
İlham Əliyev Almaniya dövlət başçısını təbrik etdi
İlham Əliyev Vyetnam Prezidentini təbrik etdi
İlham Əliyev Almaniyanın yeni kanslerini təbrik etdi
İlham Əliyev Avstriya Prezidentini təbrik etdi
Azərbaycan Prezidenti və Macarıstan Baş naziri arasında məktub mübadiləsi olub
İlham Əliyev Polşa dövlət başçısını təbrik etdi
İlham Əliyev serbiyalı həmkarını təbrik etdi
Makron İlham Əliyevə təbrik ünvanlayıb
İlham Əliyev Latviya Prezidentini təbrik etdi
Prezident İlham Əliyev Yaponiyanın Baş Nazirini təbrik etdi
İlham Əliyev İtaliya Prezidentini təbrik etdi
İlham Əliyev Miloş Zemanı təbrik etdi
Azərbaycan Prezidenti braziliyalı həmkarına məktub göndərib
İlham Əliyev Serbiyanın yeni prezidentini təbrik etdi
İlham Əliyev portuqaliyalı həmkarına məktub göndərdi
Prezident koreyalı həmkarını təbrik edib
İlham Əliyev Özbəkistan Prezidentini təbrik etdi
İlham Əliyev Macarıstanın yeni Prezidentini təbrik etdi
İlham Əliyev İsrailə səfərə dəvət olundu
Dövlət başçısı monteneqrolu həmkarını təbrik etdi
İlham Əliyev İsveçrə Prezidentinə məktub göndərdi
İlham Əliyev Tunis Prezidentini təbrik etdi
İlham Əliyev Gürcüstan prezidentini təbrik etdi
İlham Əliyev israilli həmkarına məktub göndərdi
İlham Əliyev Emoməli Rəhmonu təbrik etdi
İlham Əliyev İran Prezidentini təbrik etdi
Benin Prezidenti Azərbaycan liderini təbrik etdi
İlham Əliyev İtaliya Prezidentini təbrik edib
Avstriya Prezidenti İlham Əliyevi təbrik edib
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü
- Bu ölkədə son bir ildə 700 məhbus edam edildi
- "İnter"in ən yüksək maaş alan futbolçusu olacaq
- Siqaret və spirtli içkilər BAHALAŞACAQ - SƏBƏB
- “Qızlarımız TikTok-u əxlaqsız platformaya çevirib”
- Masallıda şəhər ərazisindən "Kalaşnikov" tapıldı - FOTO
- Hindistanda “Miçaunq” qasırğası nəticəsində azı 17 nəfər ölüb - VİDEO
- Ərdoğan yenidən Nazirlər Kabinetini topladı
- Güclü yağış XƏBƏRDARLIĞI
- "Azərbaycandakı ermənilərin qaytarılması üçün gündəlik iş aparılır" - Paşinyan
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi