Avropa təkrar karantin rejiminə qayıdır - Yoluxmalar kəskin artıb
19-09-2020, 13:51
123

Avropa təkrar karantin rejiminə qayıdır - Yoluxmalar kəskin artıb

Avropada Danimarkadan tutmuş Yunanıstanadək bir çox ölkələr sentyabrın 18-dən koronavirus pandemiyası ilə bağlı yeni məhdudiyyətlər tətbiq etməyə başlayıblar.
Britaniya təkrar karantin elan edə biləcəyi barədə məlumat verib. Britaniyada son sutka ərzində COVID-19-a yoluxanların sayı iki dəfə artaraq 6 minə çatıb. Şimali İngiltərədə xəstəxanalara gətirilənlərin sayında kəskin artım müşahidə edilib.
Britaniyanın baş naziri Boris Conson deyib ki, ölkədə koronavirus epidemiyasının ikinci dalğası artıq qaçılmaz görünür. O bildirib ki, hökumət ikinci karantinə girmək istəməsə də, yeni məhdudiyyətlər tətbiq oluna bilər.
İnfeksiyalar son iki ayda bütün Avropa boyunca artmaqdadır. Xəstəxanaya qəbul və ölüm halları xüsusilə də İspaniya və Fransada artıb. İndiyədək koronavirus pandemiyasından ən çox zərər görmüş İspaniya paytaxt Madrid də daxil yoluxmaların intensiv olduğu bölgələrdə hərəkət məhdudiyyəti tətbiq etməyə hazırlaşır.
İspaniyada indiyədək 850 min nəfər koronavirusa yoluxub. Bu ölkədə insanların 6 nəfərdən çox olmayaraq toplaşmasına icazə verilir. Buna baxmayaraq adamların işə getməsinə heç bir məhdudiyyət qoyulmayacaq.
Hökumət bildirir ki, mümkün iqtisadi ziyan təkrar karantinə girməyi mümkünsüz edir.
Fransanın Nitsa, Marsel və Bordo şəhərlərində 10 nəfərdən artıq adamın bir yerdə toplaşması qadağandır. Fransada sentyabrın 18-də 13 min 200 yeni yoluxma qeydə alınıb. Bu, pandemiya başlanandan bəri ən böyük birgünlük yoluxmadır.
Danimarkada son sutkada 454 yeni yoluxma olub. Bu, aprel ayında qeydə alınmış 473 rekorduna çox yaxındır. İslandiyada əyləncə mərkəzləri və barlar 4 gün müddətinə bağlanıb. Dublində qapalı restoranlar qadağan edilib.
Hollandiyada son bir gün ərzində 1972 yoluxma qeydə alındıqdan sonra baş nazir Mark Rutte yeni məhdudiyyətlərin tətbiq olunacağını bildirib."Reuters" agentliyi yazır ki, Avropa ikinci karantin elan etmiş İsraildən nümunə götürməli olmayacağına hələ də ümid bəsləyir. (azadliq.org)

Oxşar xəbərlər

Boris Conson: “Mayın 11-dən karantin tədbirləri yüngülləşdirilə bilər”
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Sentyabrda COVID-19-a yoluxma sayı hamı üçün həyəcan siqnalı olmalıdır - ÜST
Rusiyada koronavirusa yoluxanların sayı KƏSKİN ARTDI
İsraildə sabahdan məktəblər bağlanır
Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə müraciətlərin sayı kəskin şəkildə artıb
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
Yaponiyada yeni yoluxma hallarının sayı artıb
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Ermənistanda COVID-19-a yoluxanların sayı 44 953-ə çatıb
“Koronavirus təhlükə olaraq qalır”
Fransada virusa yoluxanların sayı 415 minə çatdı
“Brexit”in baş verəcəyi üçün kədərlənirəm” - Avropa Komissiyasının Prezidenti
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
Ukraynada COVID-19-a yoluxanların sayı 100 mini ötdü
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 906-ə çatıb
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Britaniyada koronavirus səbəbindən qaydalar yenidən sərtləşir
“Cümə günü də məhdudiyyətlər tətbiq edilsin” - TƏKLİF
Avstraliyada koronavirus pandemiyasına görə rekord sayda ölüm qeydə alınıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 919-a çatıb
Ermənistanda COVID-19-dan gəbərənlərin sayı 923-ə çatıb
Litvada koronavirusa yoluxanların sayı 1128 nəfərə çatıb
“Yoluxmaların artması artıq ikinci dalğa deməkdir” – ADİL QEYBULLA
"Koronavirus xəstələrinin sayı artarsa..." - TƏBİB
Dünya təcriddən çıxır: Ölkələr sərhədlərini açır - Azərbaycan 15 iyunadək gözləyəcək?
Rusiyada koronavirus qurbanlarının sayı artdı
Avropa koronavirusun ikinci dalğasını məhdudlaşdırmağa çalışır
Koronavirus Qafqazda: Hansı ölkə daha çox “dirənir? - ARAŞDIRMA
Karantin olmasaydı milyonlarla adam ölərdi... - ARAŞDIRMA