Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar
19-09-2020, 15:45
244

Xanım icra başçısı “Zəli gölü”nə gəldi, araşdırılma aparıldı - Fotolar

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Masazır duz gölünün hazırkı ekoloji vəziyyəti ilə yerindəcə tanış olmaq məqsədi ilə əraziyə gələrək gölün ətrafına baxış keçirib.
İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, Masazır kəndində “Azərduz” İstehsalat Birliyinin ərazisində yerləşən duz gölünün ekoloji təmizliyinin təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq əsasında Masazır və Novxanı kəndləri ərazisində çirkab suların axıdılması üçün 2018-ci ildə 14,6 km uzunluğunda müxtəlif diametrli xətt çəkilib və nasosxana inşa olunub. Xətt çəkilişi işləri sifarişçi  “Azərsu” ASC-nin verdiyi layihə əsasında podratçı  “ArchiCo”  MMC tərəfindən həyata keçirilib.
Verilmiş layihəyə uyğun  xətt çəkilişi işləri  normal səviyyədə başa çatdırılaraq,  11 iyul 2019-cu il tarixdə “Azərsu” ASC-yə təhvil verilib.  Lakin layihə duz gölünə axıdılan çirkab sularını tam əhatə etməyib. Belə ki, Masazır kəndi istiqamətində “Zəli gölü” adlanan ərazidən qrunt suları və eləcə də ətraf ərazilərdən gölə axıdılmalar nəticəsində göl daşaraq açıq şəkildə Masazır duz gölünə axır. Bu ərazi əvvəl çəkilmiş layihə üzrə kanalizasiya xəttinin başlanğıc nöqtəsinə 50-60 metr məsafədə olmasına baxmayaraq, suyun səviyyəsinin çəkilmiş xətdən bir neçə metr aşağıda olması səbəbindən ərazidən suların  yığılması mümkün olmayıb. Mövcud vəziyyətlə bağlı Rayon İcra Hakimiyyəti tərəfindən 22 may 2020-ci il tarixli 1183 saylı məktubla “Azərsu” ASC-yə müraciət edilib. Masazır duz gölünün çirkab suları və digər tullantılarla çirklənməsi ilə bağlı 18 sentyabr 2020-ci il tarixdə “Azərsu” ASC, Ekologiya və Təbii Sərvətlər  Nazirliyi və Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları tərəfindən də əraziyə baxış keçirilib.  
İ.Gülməmmədova Abşeron Sukanal idarəsinin əməkdaşları ilə ərazyə baxış keçirdikdən sonra çirkab suları və digər tullantılarla çirklənməsinin qarşısının alınması istiqamətində görüləcək işləri  təhlil edib. Bununla bağlı Masazır və Novxanı kəndləri ərazisində 2018-ci ildə çəkilmiş kanalizasiya xətti  layihəsinin davam etdirilərək yeni nasosxana inşa olunmasını və 50-60 metr məsafədə öz axını ilə çəkilmiş kanalizasiya xəttinə birləşmənin verilməsi məqsəduyğun hesab edilib. 
 

Oxşar xəbərlər

Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Qobu qəsəbəsində növbəti küçələr asfaltlanır – Başçı əraziyə gəldi
Xırdalanda 5 çoxmərtəbəli bina təmir olunur - FOTO
DİQQƏT! Bəzi avtomobil yollarında rənglənmə işləri aparılacaq
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İradə Gülməmmədova bağça müdirləri ilə video konfrans keçirdi
Abşeronda müəllimlər günü qeyd edilib
Yeni icra başçısı müavinlərini və köməkçisini İŞDƏN ÇIXARDI
Yeni icra başçısı özünə köməkçi TƏYİN ETDİ
Daha bir məmur üçün YOLUN SONU: - Prezidentin danladığı icra başçısı işdən çıxarılır?
Prezident Ənvər Seyidəliyevi vəzifəsindən AZAD ETDİ
İcra başçısı karantin qaydalarını pozdu — FOTOFAKT
Siyəzənin iki kəndində içməli su problemi həll olunur - Foto
Saatlıya təyin olunan icra başçısı kimdir?
İcra başçısı şöbə müdirini İŞDƏN ÇIXARDI
Gürcüstanda azərbaycandilli məktəb bərpa olundu
11 yaşayış məntəqəsini birləşdirən yeni yol tikilir (FOTO)
Bakıda bu binaların dam örütüyü təmir olunacaq
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Ramiz Mehdiyevin qohumu Abşeronu susuz qoyur-VIDEO
Abşeronda COVİD-19 vurusu ilə bağlı genişmiqyaslı reydlər keçirilir - Foto
Tərtər və Bərdənin kəndlərində yeni subartezian quyuları qazılır
DTX Vilyam Hacıyevi belə həbs edib - VİDEO
Neftçalada ehtiyata buraxılan gənclərlə görüş keçirildi
İcra başçısı və vəzifəli şəxslərin həbs müddəti uzadılır
Ramiz Mehdiyevin 25 illik kadrı işdən çıxarılır? - İDDİA
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Azərbaycanın ən uzun ömürlü icra başçıları: onlar kimdirlər? - SİYAHI
Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış oldu - Yeniləndi