“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”
19-09-2020, 20:38
188

“Şadlıq evlərində toy eləmək daha mümkün deyil”

“Azərbaycanda toyların formatı dəyişməlidir. Artıq həmişəlik bu qaydalar qəbul olunmalıdır. Əvvəlki dövrlərdə olduğu kimi 300-400, hətta 1000 nəfərlik toy mərasimlərinin keçirilməsi düzgün deyil”.

Bu barədə Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Musa Quliyev Teleqraf.com-a müsahibəsində deyib.

Deputat bildirib ki, eyni zamanda ölkədə toyların formatı da nisbətən sadə bir tərtibə keçməlidir: “Sadə tərtibdə toyların keçirilməsi mümkün ola bilər. Amma şadlıq evlərində kütləvi və təntənəli toyların keçirilməsi mümkün deyil”.

M.Quliyev Qardaş Türkiyəni misal çəkərək qeyd edib ki, oranın bəzi şəhərlərində toyların keçirilməsi ilə bağlı qərar verildi: “Amma burada qısa saat müddətində toyun baş tutması şərt kimi qoyuldu. Eyni zamanda bu tip toylarda yemək-içmək və müxtəlif təamların da verilməsi qadağan edilmişdi. Sonradan yoluxmada artım olduğuna görə onu da qadağan etdilər. Ona görə də bundan sonra ölkəmizdə toyların sırf ailə tərkibində keçirilməsi məqbul olar”.

Deputat vurğulayıb ki, toyların keçirilməməsinin demoqrafik vəziyyətə bir o qədər də təsiri olmayacaq: “Çünki statistikaya əsasən uşaqların 70 faizi evliliyin ilk ilində deyil, sonrakı illərində dünyaya gəlir. Digər tərəfdən toyların qadağan edilməsi o demək deyil ki, insanların ailə qurmasına da məhdudiyyət qoyulub. İnsanlar yenə də öz ailə həyatlarını qura, ailə şənliyi şəkilində də toy mərasimlərini keçirə bilərlər. Əslində bu addımları daha çox təbliğ etmək və stimullaşdırmaq lazımdır”.

Oxşar xəbərlər

Azərbaycanda toylar belə keçiriləcək - Açıq hava, 80 qonaq...
Toyların keçirilməsinə icazə verilə bilər - 150-200 nəfərlik
Azərbaycanda toyların keçirilməsinə 3-4 il qadağa qoyula bilər
Şadlıq evlərində növbə var - Toylar başlayır?
Azərbaycanda toylar yeni qaydalara uyğun keçirilə bilər
TƏBİB-dən karantin günlərində toyların keçirilməsi ilə bağlı açıqlama
Azərbaycan Həkimlər Birliyi bəyanat yaydı - "İtkilərimiz daha çox ola bilər"
Gürcüstanda kütləvi mərasimlər qadağan olundu
Hikmət Hacıyevdən müğənnilərin narazı çıxışlarına münasibət
"Biz rusuq ki, 50 nəfərlik toy keçirək?"
Azərbaycanda qadağalar geri qayıdır... — Bu iş yerləri bağlana bilər
İyun ayına şadlıq evlərində boş yer yoxdur - VİDEO
Toyların keçirilməsinə icazə veriləcək? - Açıqlama
Toy etmək istəyənlərin diqqətinə: Bu tarixdən etibarən... - AÇIQLAMA
Bu il Azərbaycanda 20 mindən çox ailə qurulub
“Camaatın ailəsi dağılır”, “Rəhmətə gedən oldu, toy qaldı”, “100 ofisiant işsiz qalıb”
"Bir qrup mafiozun əlində qalmışıq"
Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
"Bu il Aşura tədbirləri fərqli şəkildə qeyd olunacaq" - Hacı Şahin
"Sevinirəm ki, indi heç kimin toyu yoxdur"
Toy və nişan mərasimləri keçirilə bilər
Qanunvericilikdə “əlil” anlayışı başqa sözlərlə əvəz olunacaq
Hadi Rəcəblinin nəvəsinin toyu Emin Ağalarovun restoranında keçirilib - Yenilənib
Deputatlar parlamentdə TƏBİB-i tənqid etdilər
Yas mərasimləri ilə bağlı qadağalar karantindən sonra yüngülləşdiriləcək?
DİM sədri: “23-24 iyulda keçirilməsi nəzərdə tutulan imtahanlarda 60 min şəxs iştirak edəcək”
Bilik günü tədbir keçirilə bilər? - AÇIQLAMA
Bölgələrdə və Bakıda insanların çölə çıxmasına 2 günlük qadağa qoyulur?
Milli Məclis tarixində ilk
Bu şəxslərə 480 manat müavinət veriləcək