Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında erməni silahlı qüvvələrin Qarabağdan çıxarılması məsələsinə toxunub.
O, qeyd edib ki, bu öhdəlik 10 noyabr 2020-ci il tarixli Bəyannaməsində göstərilsə də, hələ də yerinə yetirilməyib. «Biz dəfələrlə məsələ qaldırmışdıq, ancaq Ermənistan bunu uzadır».
Prezident deyib ki, Ermənistan Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə bunu açıq desin. «Biz də işimizi bilək. Bizim cavabımız nə olacaq? Onu bəlkə də indi demək yersizdir. Ancaq bu, 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir».
Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşündən sonra növbəti addımlar bəlli olacaq.
Bəzi ekspertlər Prezidentin bu sözlərini antiterror əməliyyatın başlaya biləcəyinə anonsu kimi qiymətləndirir.
İyulun 16-da Tbilisidə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri təkbətək görüşüb. Bu görüşün nəticəsi kimi Ermənistan razılığa gəlməsə antiterror əməliyyatlar keçirilə bilər? Bu vəziyyətdən çıxış yolu nədir?
Xarici İşlər Nazirliyindən Turana bildirilib ki, görüşdə nazir Ceyhun Bayramov bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməli olduğunu qeyd edib. «Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb».
Nazirlikdən qeyd olunub ki, Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.
Ermənistan XİN-in yaydığı məlumatda isə bildirilir ki, nazir Ararat Mirzoyan Ermənistan tərəfinin mövqeyini təsdiqləyərək regionda sabit və uzunmüddətli sülhün nail olması yolunda «Dağlıq Qarabağ münaqişəsinin siyasi tənzimlənməsi vacibdir. Bu kontekstdə ATƏT-in Minsk Qrupunun həmsədrlik institutunun təcrübəsi vacibdir».
Məlumata görə, A.Mirzoyan görüşdə «erməni hərbi əsirlərin qaytarılmasının vacibliyini» qeyd edib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov Turana bildirib ki, 10 noyabr Bəyannaməsinin ən mühüm bəndlərdən biri 4-cü bənddir. «Bu, Rusiya sülhməramlı qüvvələrin gəlişilə paralel şəkildə qeyri-qanuni erməni silahlı birləşmələrin çıxarılması ilə bağlı bənddir. Bu bəndin bir hissəsi icra olundu. Rusiya sülhməramlıları gəldi. Amma erməni silahlı birləşmələri çıxarılmadı».
Deputatın sözlərinə görə, bu 10 noyabr razılaşmanın şərtlərinə daban-dabana zidd bir addımdır.
Komitə üzvü qeyd edib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşündə bu məsələ müzakirə olunub. «Biz gözləyirik. Azərbaycan tərəfi gözləyir ki, həmin bənd işə salınsın və nəticə etibarilə regionda vəziyyət tam dəyişə, sülh müqaviləsinin imzalanması üçün unikal şərait yarana bilər».
E.Nəsirov bildirib ki, bu baş verməyəcəyi təqdirdə bir neçə variant nəzərdən keçirilə bilər. «Bu bənd icra olunmursa bu, 10 noyabr sənədinin legitimliyinə şübhə yaradır, kölgə salır. Bu Ermənistan və Rusiya üzərinə əlavə məsuliyyət qoyur. Azərbaycan ərazisində qanunsuz erməni silahlı birləşmələri necə ola bilər? Bu qeyri-mümkündür. Hansı ölkə öz ərazisində qeyri-qanuni silahlı qüvvələrinin olmasına icazə verər? Heç biri».
O, qeyd edib ki, bu vəziyyətdə də Azərbaycan atdığı addımlar tamamilə beynəlxalq hüquqi normalarına uyğun ola bilər. «Antiterror əməliyyatlar aparıla bilər. Belə olan halda bütün məsuliyyəti Ermənistan üzərinə düşmüş olacaq. Nə qədər ki, həmin iks anı yetişməyib, Ermənistan sənədin 4-cü bəndinə əməl etsin».
Siyasi şərhçisi Ərəstun Oruclu isə AzadlıqRadiosuna bildirib ki, 10 noyabr sənədinin 4-cü bəndi artıq 2 ildir icra olunmur. «Bu sənəd imzalananda Rusiya tərəfi öhdəlik götürmüşdü ki, Qarabağdan erməni silahlı qüvvələri çıxarılacaq. Həmin bəyanata Ermənistan da imza atıb. Amma Rusiya öhdəliyini yerinə yetirməyib».
Ekspertin fikrincə, Qarabağdakı erməni silahlılarının əksəriyyəti Paşinyana tabe deyil. «Orada iki tip silahlı var. Onların bir hissəsi rəsmi Ermənistan ordusunun hissələridir. Digəri isə yerli quldur dəstələridir. İndi demək olar ki, iki il keçəndən sonra İlham Əliyevin yadına düşdü ki, onlar Qarabağdan çıxarılmayıb».
Politoloq hesab edir ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün heç bir nəticəsi olmayacaq. «Çünki bu silahlıların çıxarılması Rusiyaya lazım deyil. Rusiya bilir ki, hər hansı hərbi qarşıdurması olsa onun iki çıxış yolu var. Biri - erməni dəstələri adı altında Rusiya özü fəaliyyət göstərsin, ikinci variant isə odur ki, Rusiya özü hər hansı gərginlik yaradır və yaxud da Azərbaycan antiterror əməliyyatına başlayır, bunun ardınca da Rusiya Gürcüstan ssenariyə əl atır».
O, qeyd edib ki, Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması mümkündür. «Amma onun nəticələri çox böyük sual altındadır. Belə olan halda Rusiya sülhməramlıları altında işğalçı qüvvələrlə toqquşma ola bilər. Bu isə Rusiyaya bölgəyə əlavə qoşun yeritməyə və hətta Azərbaycana qarşı açıq təcavüzə keçməyə rəvac verə bilər».
Politoloq qeyd edib ki, digər variant kimi Azərbaycan antiterror əməliyyatları Rusiya ilə anlaşıb başlaya bilər.
“Azərbaycanın Qarabağda antiterror əməliyyatına başlaması mümkündür” – Ə.Oruclu
18
iyul
14:51

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Xarici işlər nazirləri görüşəcəklər
“Ermənistan üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmir” - Prezident
Ermənistan qarışıb: Azərbaycan Qarabağda antiterror əməliyyatına başlayır?
Prezident ABŞ-Azərbaycan əlaqələrindən DANIŞDI
“Sən kimsən ki, Qarabağa gedirsən? Xəbərdarlıq edirəm...”
“10 noyabr razılaşmasının 3 bəndi yerinə yetirilməyib...”
Xankəndinə qanunsuz gələn erməni rəsmiləri necə məhv etməli?
“Azərbaycan ərazisində Ermənistan hərbi geyimində heç kim olmamalıdır”
Prezident İlham Əliyevin siyasi-diplomatik səyləri böyük səmərə verir
Ermənistanın silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxarılmasına başlanılıb
“Qarabağdan Ermənistan silahlı birləşmələri çıxarılır” - Erməni polkovnik
İlham Əliyev müşavirə keçirdi
Ermənistanın növbəti məscid təxribatı
"Sazişin böyük hissəsi razılaşdırılıb" - İlham Əliyev
Ceyhun Bayramov Ermənistana çağırış etdi
"Müharibəmiz müxtəlif ölkələrin ali məktəblərinin dərsliklərindədir" - İlham Əliyev
Sahibə Qafarova ilə Ermənistanın parlament sədri arasında MÜBAHİSƏ
“Erməni yenə baş qaldırsa, dəmir yumruq onların belini qıracaq” - İlham Əliyev
Saxlanılan 62 nəfər hərbi əsir deyil, terrorçudur - ATƏT PA-nın vitse-prezidenti
Türkiyənin Azərbaycanda olması faktını gözardı etmək olmaz - Konstantin Kosaçev
Metronun yeni stansiyası "8 Noyabr" adlanacaq - RƏSMİ
"Bu, Ermənistanın növbəti uğursuz cəhdidir" - Azərbaycan XİN
Azərbaycan XİN Ermənistana cavab verdi
“Silahlı birləşmələrimiz döyüş tapşırığını şərəflə yerinə yetirir”- Prezident
“Atəşkəs davam edəcəksə və yenə də məsələ dondurulmuş vəziyyət qalacaqsa, bu bizi qane edə bilməz” - Prezident İlham Əliyev
Spiker: “Ermənistan ordusunun qalıqları Azərbaycan ərazisindən tam çıxarılmalıdır”
Ayvazyan bu gün Moskvada Lavrovla görüşəcək
Azərbaycandan erməni mülki əhali və hərbçilərə müraciət - MƏTN
Azərbaycan Qarabağda anti-terror əməliyyatına hazırlaşır? - AÇIQLAMA
Dövlət başçısından Ermənistana XƏBƏRDARLIQ
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- "Putin mənim üçün heç kimdir" - Zelenski
- "Toyota"nın prezidenti istefa verəcək
- Ova cəhd edənlər cəzalandırıldı
- "Kurtlar Vadisi"nin aktyoru vəfat etdi - FOTO
- İlham Əliyevdən İpoteka və Kredit Zəmanət Fondu ilə bağlı FƏRMAN
- Parlamentdə qaz limiti ilə bağlı dinləmə keçirilsin - TƏKLİF
- Naxçıvanla bağlı daha bir yenilik - Martın 1-dək...
- “Səsimizi çıxartmağa qorxuruq, çünki bizi işimizdən edərlər” - NARAZILIQ VAR!
- “Vosmoy”da bazarlıq edən arvadını bıçaqladı
- Aygün Bəylərin SON VƏZİYYƏTİ necədir?
- Daha bir serial final edir
- YAP-çı deputatlardan Erkin Qədirliyə cavab – Dava qızışır
- Meksika klubu Dani Alveşlə müqaviləni ləğv etdi
- Genesis kripto birjası müflis oldu
- Britaniyada kilosu 21 dollara satılan ağ çiyələk yetişdirilib
- Türkiyə hərbçiləri Suriyada terrorçuları zərərsizləşdirib
- Çin zooparkında pələng üç aslan tərəfindən parçalandı
- Demet 7 milyon qazandı
- “Müğənnilərin çoxu kiminsə “saxladığı”dır” ittihamı qalmaqal yaratdı
- Azərbaycan-İordaniya matçının tarixi bəlli oldu
- Azərbaycanda məşhur müğənni həyat yoldaşı ilə görüntüləndi - FOTO
- Tünzalə Əliyevanın vəziyyəti yenidən pisləşdi
- “Qaçqınkom”un Departament direktorunun müavini Azər Eminovun qaranlıq keçmişi.... - Səbuhi Əhmədovun müavininin qardaşı Sevan, bacısı Klara ...