Azərbaycanda son sutkada peyvəndlənən olmayıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 791 605, birinci doza peyvəndlərin ümumi sayı 5 361 595, ikinci doza vaksinlərin sayı 4 856 181 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 322 358, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 251 471 olub.