“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?
20-09-2020, 11:03
187

“Muğanbank”da yaşlı müştərinin 10 min manatı necə yoxa çıxdı?

Bakı şəhər sakini, 72 yaşlı Gülarə Qara qızı Xudiyeva bildirir ki, “Muğanbank”a depozit kimi qoyduğu 10 min manat bank işçiləri tərəfindən mənimsənilib. Virtualaz.org –un redaksiyasına müraciət edən Xudiyeva bank tərəfindən aldadıldığını, lakin bunu sübut etmək üçün aylardır əziyyət çəkdiyini bildirib.

Şikayətçinin sözlərinə görə, “Muğanbank”ın şöbələrindən birində çalışan qardaşı oğlunun təkidi ilə ötən ilin yanvarın 4-də bankın baş ofisinə gedərək 10 min manat depozit qoyub. Bu ilin yanvarında isə banka müraciət edəndə pulunu geri ala bilməyib.
Qadının danışdıqlarından: “Bundan əvvəl də həmin banka 15 min manat depozit qoymuşam. Ötən ilin yanvarın 4-də qardaşım oğlu öz maşını ilə məni bankın baş ofisinə apardı. Orada məni onun tanıdığı əməliyyatçılardan biri qarşıladı və biz banka 10 min manat depozit qoyulmasına dair müqavilə imzaladıq. Kassaya 10 min manat ödədim və qəbz verdilər. Həmin vaxtdan bbir neçə ay keçəndən sonra sənədlərə təkrar göz gəzdirəndə 10 min manat depozitin əmanət kitabçasında qeyd edilmədiyini bildim”,-G.Xudiyeva deyib.

Şikayətçinin sözlərinə görə, bu barədə qardaşı oğluna məlumat verib. O isə öz növbəsində müqavilə və qəbz olduğundan narahat olmamağı tövsiyə edib. Ancaq bu ilin yanvarında banka müraciət edəndə aldadıldığını başa düşüb.

G.Xudiyeva deyir: “Əvvəlcə bir neçə sənəd gətirdilər və dedilər ki, pulu kassaya ödəyəndən cəmi 4 dəqiqə sonra geri götürmüşəm. Bunun mümkün olmadığını bildirdim və kamera görüntüləri tələb etdim. Mübahisə düşdü, baş ofisin rəhbəri ilə görüşdüm. O da dedi ki, sənədlərə əsasən pulu 48-ci dəqiqədə qoymusam, 52-ci dəqiqədə geri götürmüsəm. Bu versiya ağlabatan olmadığından sonradan müqavilənin guya 2016-cı ildə qoyduğum depozitin uzadılması məqsədilə təkrar bağlanıldığını dedilər. Onu da bildirdilər ki, bankdakı kamera görüntüləri ən uzağı 2-3 ay saxlanılırmış, buna görə də görüntülər, yaxud səs yazısı yoxdur. Nəticədə aylardır banka ötən ilin yanvarında 10 min manat verdiyimi sübut edə bilmirəm”.
Xudiyeva bildirib ki, uzun illər nazirliklərdən birində baş mütəxəssis, şöbə müdiri kimi çalışıb, əmək veteranıdır. İki övladı var, onlar hazırda Rusiyada yaşayırlar: “Dövlət qulluqçusu kimi 1200 manatdan çox təqaüd alıram, övladlarım da maddi köməklik edirlər. Yəni mənə 10 min manatın mənimsənilməsindən daha çox aldadılmaq təsir edir. Bu vəsaiti uşaq evlərindən birinə köçürmək istəyirəm. Sadəcə, məsələnin düzgün araşdırılmasını tələb edirəm. Bu yaşımda aidiyyatı orqanlar arasında qalmışam, qalaq-qalaq məktublarım var. Hamı da deyir ki, sizə inanırıq, amma sənədlər elə tərtib edilib ki, banka heç nəyi sübut edə bilmirik. Qardaşım oğlu da fərqli izahatlar verib. Şəkər və təzyiq xəstəsiyəm, mənəvi sarsıntıdan sağlamlığımı itirmişəm. Dəfələrlə müraciət etsəm də, bankın sədri məni qəbul edib, dinləmək istəmir. Bankın əsil sahibinin yanına getməyi məsləhət görürlər, amma onun da öz yaxın qohumunu qoyub mənə inanacağna ümidim yoxdur. Elə bir məngənəyə düşmüşəm ki, bilmirəm nə edim. Qoy onlar kamera görüntüsü, yaxud pulu yatırandan bir neçə dəqiqə sonra çıxardığımı sübut edən sənədi təqdim etsinlər”.

Şikayətçi Prezident İlham Əliyevə və vitse-prezident Mehriban Əliyevaya müraciət edərək məsələnin araşdırılmasının nəzarətə götürülməsini xahiş edib.

“Muğanbank”dan isə sualları yazılı formada göndərməyi, yalnız o halda cavablandırıla biləcəklərini deyiblər. Redaksiya sualları bir neçə gün əvvəl göndərib, amma cavab ala bilməyib...

Oxşar xəbərlər

Banklar buna görə növbəyə düzülüb
Banklara inam azalır: Depozitlərdə sürətli eniş - VİDEO
«MuğanBank» ASC-də qalıq borcları balalayır!!!
“Günay Bank”a yeni sədr təyin edildi
"AccessBank" bağlanır?
Pulunu ala bilməyənlər Mərkəzi Bankın qarşısına toplaşdı
Adını dəyişmək də “Yelo Bank”a kömək etmədi – BÖYÜK ZƏRƏR İÇİNDƏDİR
“Royal Bank” maxinasiyaları: İşsiz qadının adına kredit ayrılıb, qadın illər sonra xəbər tutub...
Azərbaycanın bank sektoru aktivlərini 8% artırıb
Azərbaycanda bankirlə əməkdaşları arasında qarşıdurma - Vahid Ələkbərovun bankında nə baş verir?
Bağlanmış 4 bankın əmanətçilərinə 508 milyon manata yaxın vəsait ödənilib
“Kapital Bank”dan Şəhidlərin adı ilə özünüreklam: “O borc bağışlanmayıb, silinib”
“Rəvan Sığorta” fəaliyyətini dayandırır - Nuru Əliyev iflas edir?..
Oğul atasının bank hesabından pul oğurladı - Azərbaycanda OLAY
Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrini açıqladı
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Bağlanan bankların əmanətçilərinə bu qədər vəsait ödənildi
Azərbaycanda bankların reyestri açıqlandı - CƏDVƏL
Bağlanan banklardan bu pulları ÇIXARMAQ OLAR - SİYAHI
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
İqtisadçılar hansı banka güvənib əmanət qoyar? - SORĞU
Prezident soruşdu, nazir bankları tənqid etdi: "...ürəkaçan deyil"
Gələn il büdcədən elmə ayrılan xərclər əsaslı şəkildə artırılacaq
Bu gündən 190 manatın verilməsinə BAŞLANILDI
Əhalinin banklarda nə qədər pulu var? - MƏBLƏĞ
Azərbaycanın ən böyük ixracatçı şirkətlərinin milyonlarla vergi borcu var – Siyahı, məbləğ
Səlim Müslümovun dayısı ittiham olunur... - Keçmiş başçının başı ağrıya bilər...
"Azərsun”un yük maşını Ukraynada yenə yoxa çıxdı – 20 ton yağ oğurlandı
“Azərpoçt”dan 55 min manat yoxa çıxdı - TƏFTİŞ
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb