Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq
20-09-2020, 11:32
251

Gömrük limiti qüvvəyə minir - Bahalaşma olacaq

Gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı sentyabrın 20-də qüvvəyə minir.
Gundelik-baku Azpolitika.info-ya istinadla xəbər verir ki, bu gündən etibarən vətəndaş şəxsi məqsədlər üçün, bir ay ərzində 300 dollar limiti keçməmək şərtilə bir neçə dəfə bağlama sifariş edə biləcək. Bu günə qədər limit 1000 dollar idi.
Son günlər pandemiya səbəbindən bütün ölkə üzrə distant təhsilin məcburi olması ilə bağlı şagirdlərin və müəllimlərin kompüter və telefonlara tələbatı da kəskin artıb.
Bu tələbatı nəzərə alaraq Nazirlər Kabineti qərarın icrasını ertələyə bilərmi?
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təəssüflə bildirib ki, hələlik bu qərara yenidən baxılması ilə bağlı hökumət təşəbbüs göstərməyib: "Qərar qüvvəyə minərsə, bu, vətəndaşların alıcılıq qabiliyyətinə ciddi təsir göstərəcək, vətəndaşların xaricdən daha ucuz qiymətə texnoloji avadanlıqlar gətirmək imkanları da məhdudlaşacaq. Hökumət, Təhsil Nazirliyi distant təhsilin təşkili üçün şagirdlərin və müəllimlərin texniki- texnoloji və internet təminatı ilə bağlı hələlik ciddi resurslar ayırmayıb".
Ekspert bildirib ki, əhalinin 50% -nin yaşadığı kəndlərdə təhsil xidmətlərinə əlçatımlıqla bağlı ciddi problemlər yaranıb.
"Bu baxımdan hökumətin , pandemiyanın, distant təhsilin davam etdiyi dövr üçün, gömrük limitini ya əvvəlki qaydada, ya da xaricdən ortabab kompüter və smartfon əldəətmək imkanları yaratmaq üçün 750 dollar civarında müəyyən etməsi məntiqli olardı. Ümid edirəm hər bir vətəndaş üçün təhsil xidmətlərinəəlçatanlığı təmin etməli olan hökumət bunun fərqində olacaq"-deyə Osman Gündüz vurğulayıb.
İqtisadçı ekspert Toğrul Vəliyev deyir ki, təhsil onlayn sistemə keçirilirsə, hökumət ilk növbədə lazım olan bütün infrastrukturu təmin etməlidir: "Ölkə Konstitusiyasında yazılıb ki, təhsil almaq hər bir vətəndaşın təməl hüququdur. Hökumət qurumları da insanların bu hüquqlarını təmin eməlidirlər".
T. Maşallı qeyd edir ki, gömrükdə limitlərin azaldılması bir qədər başqa məsələdir: "Əlbəttə, ölkəyə gətirilən elektronika avadanlıqların qiyməti artacaq, əlçatanlıq azalacaq. Amma təhsil məsələsi önəmlidir, onun həyata keçirilməsi təkcə bundan asılı deyil".Azpolitika

Oxşar xəbərlər

Bundan sonra ayda cəmi bir dəfə onlayn sifariş verə bilərik
Səfər Mehdiyev ha əsaslandırmağa çalışsa da... - NARAZILIQ...
Səfər Mehdiyev iri məmurların əlinə oynayır... - AÇIQLAMA
İqtisadçı Səfər Mehdiyevi yenə də “yıxıb-sürüdü“ - “Niyə gözünüzü ora dikmisiniz, qabiliyyətiniz...“
Məşhur şirkət gömrüyün yeni qərarından yayınmağın üsulunu açıqlayıb
DGK: Bəyannamə sayından asılı olmayaraq güzəşt qüvvədə qalır
Kafe və restoranlar gecə saat 12-ə qədər işləyəcək
Monopolistlərin yenə "çiçəyi çırtladı" - Vətəndaş isə əlavə xərcə düşəcək
Gömrükdə yeni qərar: Məhsullar bahalaşa, karqo şirkətləri bağlana bilər
Əli Həsənov və Abutalıbov işdən çıxarıldı - Sərəncam
Səfər Mehdiyev üçün həlledici son 10 gün... - Qərar veriləcək...
Yeni dərs ilində şagirdlərin tən yarısına "qayıb" yazılacaq... - Problemlər həll olunmalıdır
İsraildə 3 həftəlik karantin elan olundu - Qaydalar sərtləşdirilir
On nəfərdən artıq şəxsin iştirakı ilə repetitor xidmətləri həyata keçirilməyəcək
Finlandiya məhdudiyyətləri bərpa edir - 10 ölkəyə sərhəd bağlanır
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Diqqət: Sabahdan rayonlara gediş-gəliş bərpa olunur
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Çimərliklərdə ictimai-iaşə obyektlərinin fəaliyyətinə icazə verilib
Deputat: “Gömrük Komitəsi ayrıca qurum kimi ləğv edilməlidir”
Koronavirus ABŞ milyarderlərinin sərvətini artırdı
Sabahdan məhkəmələrin fəaliyyəti tam bərpa olunur
Prezident liftlərlə bağlı sərəncama dəyişiklik etdi
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Təhsil Nazirliyi özəl ümumi təhsil müəssisələrinə xəbərdarlıq edib
Devalvasiyanın zərəri və xeyri: Hökumət iyunda qərar verə bilər... (ŞƏRH)
Dərman qutusu olmayan sürücülər cərimələnəcək? - AÇIQLAMA
Siqaretlərin yeni QİYMƏTLƏRİ - SİYAHI
Kafe və restoranlarda qiymətlər niyə bahalaşıb? - AÇIQLAMA
Bahalaşmada yeni dalğa: - Pandemiyanın qiymətlərə təsiri