Xalq artisti Aygün Kazımovanın qızı İlqarə Kazımova ötən həftəsonu dənizkənarı məkanlardan birində çıxış edib. 
Kazımova övladını həmin gün tək qoymayaraq onunla fotosunu paylaşaraq "Qızım, uğurların bol olsun. Atdığın hər addımında, hər bir seçimində yanındayam, arxandayam. Sənə dəstəyəm, mənim ürəyim" sözlərini yazıb. 
Onun paylaşımına Xalq artisti Röya Ayxan reaksiya verib. Belə ki, Röya Kazımovanın və qızının fotosuna "Maşallah. Bəli, övladlarımız hansı sənəti seçərsə, biz hər zaman onları dəstəkləməliyik. Aygün Kazımova, təşəkkürlər nümunə üçün" sözlərini yazıb. 
Aygün isə onun şərhinə ürək işarəsi ilə cavab verib.  
  • Röya Aygün Kazımovanın qızı ilə bağlı paylaşımına şərh yazdı