Bu ŞƏR CÜTLÜYÜ Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?.. - Mehdiyev-Həsənov ortaqlığının YENİ HOQQASI
21-09-2020, 11:00
108

Bu ŞƏR CÜTLÜYÜ Məhəmməd Ərsoyu NİYƏ HƏDƏFƏ ALDI?.. - Mehdiyev-Həsənov ortaqlığının YENİ HOQQASI

 Dünən ad günüm idi... Təbrik edən dostlara təşəkkür edirəm... Amma burada bir təbrik oldu ki, ona vaxt ayırmalı olacam... Söhbət Əli Həsənov-Ramiz Mehdiyev cütlüyünün təbrikindən gedir... Adamlar neçə vaxtdır ki, məni məhz bu cür şər və böhtanları ilə idarə etməyə çalışıblar və idarə etdiklərini zənn ediblər. Etiraf edim ki, həqiqətən də zaman olub ki, Mətbuat Şurasının "qara siyahısı"na düşmək təhdidlərindən usanmışam, nəhayətdə o zamanlar PA-da şöbə müdiri olan Əli Həsənova müraciət etmişəm ki, məndən əl çəksinlər... Yəni mən onlara dəyməyim, onlar da mənə... İndi isə onlardan qisas almağım üçün əlimdə olan bütün imkanlardan yararlandığıma görə, məlum ŞƏR CÜTLÜYÜ məni də özlərinin "reket siyahı"larına qatıblar. Sevinirəm ki, onların hədəfindəyəm və onların "casus siyahısı"nda olmaqdansa, elə bu "qara siyahı"da olmaq gözəldir. Bəzi dostlarımızı o siyahı ilə şantaj etməyə çalışdılar, məni və yenə də ölkənin bəzi tanınmış jurnalistlərini də bu yeni siyahıları ilə şantaj edirlər. Ağılları başqa cür işləmir. Siyahılarının çürük olduğunu adi bir məqamla sübutlayım. Balaca qardaşımın - taksi sürücülüyü ilə məşğul olan, illər uzunu ailəsini Mingəçevir-Bakı-Mingəçevir marşrutunda "xaltura" etməklə dolandıran qardaşımın da adını həmin siyahıya salıblar.
Odur ki, boş verin... Davamız isə davam edəcək...
Necə ki, bu davanın 25 illik tarixi var və elə Ramiz Mehdiyevin, Əli Həsənovun ölüm kağızlarını görənə qədər davam edəcək.
Yeri gəldiyindən son parlament seçkilərində seçicilərlə görüşümdən bir videonu təkrar olaraq diqqətinizə təqdim edirəm. Həmin görüş 9 fevral ərəfəsində baş tutub. Rəqibim Aydın Mirzəzadə idi... Orda seçiclərə xitabən deyirəm ki, Aydın Mirzəzadənin "allahı" olan Ramiz Mehdiyevi İlham Əliyev arxivə yolladı, gəlin biz də əl-ələ verib ona biət edənləri layiq olduqları ünvana yollayaq... Elə də olacaq...
Sonda bir şeyi də deyim ki, adamlar hələ də güclüdürlər... Hələ də onlara yaxın dairələr meydan sulayırlar. Məhkəmələrdə də yetərincə Ramiz Mehdiyev-Əli Həsənov adlı ŞƏR CÜTLÜYÜ yetərincə söz sahibidir. Ona gər də bu gün də dia.az-a qarşı absurd iddiaları məhkəmələr bəh-bəhlə qəbul edirlər. Köhnə metodla köhnədən qalan güclərini işə salıb məni susdurmaq istəyirlər. Amma alınmayacaq.
25 illik mətbu fəaliyyətim boyunca 25 min dəfə onların şəri ilə üz-üzə qaldım... Yenə də varam... Onlara bənzərlər isə heç vaxt olmadıqları kimi yenə də olmayacaqlar...



9 fevral seçkilərində seçicilərimdən görüşlərdən birində etdiyim çıxış. O zaman belə Ramiz Mehdiyevdən danışmaq təhlükəli idi. MSK başda olmaqla bütün DSK və MnSK-lar Ramiz Mehdiyevə biət edir, onun köhnəlmiş direktivləri ilə hərəkət edirdilər...

Məhəmməd ƏRSOY
Dia.az-ın baş redaktoru

Oxşar xəbərlər

“Nankor olduqlarını bilə-bilə niyə onları ətrafına yığırdın?!” - Eldar Namazovdan Ramiz Mehdiyevə SUAL
Ramiz Mehdiyev: "Əlimdəki faktları ortaya qoysam, ölkədən qaçarlar"
“Ramiz Mehdiyev partiyaya necə gəldi heç bilmədik” – Maksim Musayev sirləri açır...
Röya Xalq artisti adı almasından danışdı - "Bu ad mənim deyil, sizindir"
"Ramiz Mehdiyev təcili həbs edilsin!" - PARTİYA SƏDRİ
"Onun mənimlə nə düşmənçiliyi vardı ki, belə tapşırıq vermişdi” - Əli Həsənova sərt ittiham
"Əli Həsənov Amerikaya uçur ki, Fətulla Gülənin yanında bir təsbeh çəksin" - AÇIQLAMA
Ramiz Mehdiyev Elşad Abdullayevi niyə deputat seçdirmək istəyirdi?
MŞ və Amaşov ətrafında həlqə daralır -sunami irəlidədir
Ağsaqqal niyə cəzalandırılmır? - Açıqlama
“Məni də yaxşı tanıyırlar, Gülər Əhmədovanı da...” - QALMAQAL
“İmkan verin dərdlərimlə baş-başa qalım!” - Əli Həsənov
Əli Həsənov mediadan birdəfəlik gedir
''Gundelik-baku.com''-un yazısına Ağabəy Əsgərov cavab verdi- Ağabəy Əsgərov həbs oluna bilər
Xətaidə işıqdan milyon qazananlar- Ağaverdi Həsənov və Fərid Əbilov
Əli Həsənov üçün sanılı günlər başladı - Təkcə onun qollarına qandal vurulmayacaq...
"Karqo Şamil"lə bağlı Prezidentə müraciət olundu - MƏTN
Etibar Məmmədov da Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edib?
“Necə getməyim toya, axı mən kişiyəm” – Siyavuş Novruzov
Məşhur 91-lərdən birini Əli Həsənov necə "bomj"a çevirdi
Ramiz Mehdiyev dözmədi və Zaur Qəriboğlunu məhkəməyə verdi
Əli İnsanov Ramiz Mehdiyevlə əlaqəsindən danışdı - "...birgə siyasi fəaliyyətimiz ola bilməz"
“Ramiz Mehdiyevin tayfası və mənim nəslim-tayfam...” – Kürəkəndən tost
"Əli İnsanov dedi ki, bu işlərin başında Ramiz Mehdiyev dayanır" - 15 ilin sirri
“Prezident ona qapını göstərdi ki, özünü idarə edə bilmirsənsə...” – Siyavuş Novruzov
“Razvetçik” minanı partlatdı: Mehdiyev Təhlükəsizlik Şurasından uzaqlaşdırılacaq?
Eldar Həsənovun şərləyərək həbsə aldığı Nizami Qocayev danışdı
Əli Həsənovun binası Nəşriyyatın balansına veriləcək
Ramiz Mehdiyevlə Zeynəb Xanlarova arasında nə baş vermişdi?
“Ramiz Mehdiyev özü partiya yaratmaq istəyirdi” - sensasion müsahibə