Siyahıyaalmadan kənarda qalan şəxslər üçün XƏBƏR
16-10-2019, 16:30
7 298

Siyahıyaalmadan kənarda qalan şəxslər üçün XƏBƏR

Ölkənin bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.
Dövlət Statistika Komitədən Unikal.org-a bildirilib ki, cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Dövlət Statistika Komitəsinin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvarından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.
Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda, siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Dövlət Statistika Komitəsi siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının dövlət büdcəsində siyahıyaalma üçün nəzərdə tutulmuş vəsaitin 82 faizi sayıcılar da daxil olmaqla 42 min 844 nəfər siyahıyaalma personalının əməyinin ödənişi üçün nəzərdə tutulub ki, həmin vəsait də “Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən onun yerli filialları tərəfindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcək.
Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahıyaalma materiallarının nəşr edilməsinə, siyahıyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və sair sərf olunub.

Oxşar xəbərlər

İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb
Azərbaycanda altı mindən çox müəllim iş yerini dəyişmək istəyir
Xalq artisti Faiq Ağayev Dövlət Statistika komitəsinə müraciət edib.
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycanda məşğul şəxslər barədə elektron reyestr yaradılacaq
Bu ölkənin dövlət borcu rekord rəqəmlərə çatıb
Azərbaycanın dövlət büdcəsində kəsir yaranıb
Ünvanlı sosial yardım üçün müraciət zamanı bu məlumatlar tələb edilməyəcək
Azərbaycan əhalisinin sayı açıqlandı
Azərbaycan əhalisinin sayı AÇIQLANDI
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Əli Əhmədov təcili iclas keçirdi
Əhaliyə ŞAD XƏBƏR: yeni doğulan uşaqlara görə müavinətlər...
190 manatın verilməsi başa çatdırıldı
1342 nəfər daimi yaşamaq üçün Azərbaycana gəlib
Azərbaycanda yeni informasiya sistemi yaradılır - SƏRƏNCAM
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Azərbaycanda buraxılış imtahanlarının keçirilməsinə başlanılır
Ünvanlı sosial yardımın alınması qaydası dəyişir
Sabah dövlət orqanlarının son vaxtıdır - SİYAHI
Ünvanlı sosial yardım: Hansı yeniliklər olacaq?
Valideynləri işsiz kimi qeydiyyata alınmış tələbələrin bu barədə arayış almasına ehtiyac yoxdur
Gömrük-sərhəd buraxılış məntəqələrində kompleks tədbirlər həyata keçirilir - Şahin Ələsgərov
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Bu gün 25 mindən çox şagird buraxılış imtahanı verəcək
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Bu gün 41 şəhər və rayonda qəbul imtahanları keçirilib — Yenilənib