Kamal Abdulla təqaüd proqramını müzakirə etdi
16-10-2019, 16:30
7 258

Kamal Abdulla təqaüd proqramını müzakirə etdi

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla Almaniyanın ölkəmizdəki səfirliyinin birinci katibi Andreas Hohlt ilə görüşüb.
gundelik-baku.com xəbər verir ki, Andreas Hohlt Almaniya Bundestaqı Berlin şəhəri Müstəqil Universiteti, Humboldt adına Berlin şəhəri Universiteti, Berlin şəhəri Texniki Universiteti ilə birlikdə təşkil etdiyi Beynəlxalq Parlament Təqaüdü (IPS) proqramı haqqında danışıb.
Qonaq təqaüd proqramının təqdimat mərasiminin ADU-da keçirilməsi ilə bağlı təklif irəli sürüb. A.Hohlt 120-yə yaxın gəncin müraciət etdiyi proqrama 9 nəfər azərbaycanlı gəncin seçiləcəyini diqqətə çatdırıb. O, həmçinin ADU-nun Almaniya təhsil müəssisələri ilə münasibətdə seçilmiş universitet olduğunu vurğulayıb.
ADU-nun rektoru Kamal Abdulla təqaüd proqramının ciddi məsələ olduğunu diqqətə çatdırıb və proqramın təqdimat mərasiminin həyata keçirilməsini yüksək qiymətləndirib. Kamal Abdulla təqaüd proqramının Almaniyanın təbliği istiqamətində böyük rol oynayan məsələ olduğunu deyib. ADU-nun beynəlxalq əlaqələrindən söz açan rektor universitetin sonuncu kurs tələbələrinin yollandıqları pedaqoji və istehsalat təcrübəsi zamanı bir sıra Almaniya məktəbləri ilə danışıqlar aparıldığını söyləyib. O, Almaniya səfirliyi ilə ADU arasında əlaqələrin yüksək səviyyədə qurulmasından da söz açıb.
Görüşdə gələcək perspektivlər, iki ölkənin universitetləri arasında əlaqələrin qurulması haqqında məsələlər, tələbə-müəllim mübadiləsi müzakirə olunub.

Oxşar xəbərlər

Nüfuzlu universitetin nümayəndəsi ADU-da - Foto
ADU ilə Polis Akademiyası arasında Protokol imzalandı
Bu rayonların sakinləri bu gün müavinət, təqaüd və kompensasiyalar alacaq - SİYAHI
AzTU ilə Macarıstanın Debresen Universiteti əməkdaşlıq edəcək
Baş Nazirin birinci müavininin köməkçisi VƏFAT ETDİ
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olundu
Orta bal göstəricilərinə görə fərqlənən universitetlər - SİYAHI
“İmtahan sessiyasının tamamilə ləğv edilməsi tələbələrin təqaüd almasına maneə törədə bilər”
Avropanın qabaqcıl ali təhsil müəssisələri Magistr Proqramı ilə Bakıda tədris fəaliyyətinə başlayır
Bəhreyn - Azərbaycan oyununda 5 qol vuruldu
Azərbaycanlı adıyla qeydiyyatdan keçən çoxlu ermənilər var" - Müdafiə naziri
Müdafiə naziri Zakir Həsənov gənclərlə görüşdü
“Məcbur olduq” - Türkiyəyə erkən seçki şoku
Sosial müavinət və təqaüd kartlarının istifadə müddəti uzadıldı
Qafqaz Universiteti ləğv olunur
Nazirlikdən şad xəbər - Bu şəxslərə 250 manat pul veriləcək
Ceyhun Bayramov Gürcüstanın Azərbaycandakı səfiri ilə görüşüb
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı
AzTU Elmi Şurasının növbədənkənar iclası keçirilib
Bakı Ali Neft Məktəbinin tələbələri dünyanın nüfuzlu neft-qaz yarışında Azərbaycanı təmsil ediblər
Ermənistanın zəif, Azərbaycanın güclü iqtisadiyyatı: təhlilin nəticələri
Azərbaycanda 58 nəfəri ilan sancdı
İlham Əliyev Şahin Mustafayevi Baş nazirin müavini təyin etdi SƏRƏNCAM
Almaniya XİN: “Dağlıq Qarabağdakı separatçı rejimi tanımırıq”
SİYASƏT Zakir Həsənov Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb
Universitetdə toplantı
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
Şəbnəm Tovuzlunun elə görüntüləri yayıldı ki, hər yerdən onu sildirir... - Video
55 müsəlman kəndi yerlə-yeksan edilib - Gizli soyqırımın üstü açıldı
Yeni rektor onları özünə müşavir TƏYİN ETDİ