MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat
21-09-2020, 12:12
157

MN: Düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb - Bəyanat

Azərbaycan Müdafiə Nazirliyi (MN) bəyanat yayıb.
Nazirlikdən daxil olan bəyanatda deyilir:
"Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində və Ermənistanla dövlət sərhədi istiqamətində vəziyyət düşmən tərəfindən məqsədyönlü şəkildə getdikcə daha da gərginləşdirilir.
Son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.
Bütün hallarda Azərbaycan Ordusunun qoşun növlərinin tətbiqi ilə düşmən təxribatlarının qarşısı alınıb və o, ağır itkilərə məruz qalıb. Belə ki, dünən gecə saatlarında Hava Hücumundan Müdafiə bölmələrimizin fəaliyyəti nəticəsində düşmənin daha bir taktiki PUA-sı məhv edilib.
Sentyabrın 21-də saat 09:20 radələrində Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində isə Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!
Bəyan edirik ki, cəbhədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

Oxşar xəbərlər

Azərbaycan Ordusunun çavuşu şəhid olub
Əsir götürülən erməni komandirlə bağlı RƏSMİ AÇIQLAMA
DSX: Düşmənin daha bir təxribatının qarşısı alındı
Düşmən Qazax rayonunun kəndlərini atəşə tutub
Azərbaycandan Ermənistanla bağlı SƏRT AÇIQLAMA: "Əvvəl-axır işğalçı cavab verəcək"
Düşmənin hərbi nəqliyyat vasitəsi sərrast atışla məhv edilib - Naxçıvan istiqamətində +Video
Cəbhədə GƏRGİNLİK: Düşmən iriçaplı pulemyotlardan bölmələrimizi atəşə tutdu
Azərbaycan Ordusunun aprel qələbəsindən 4 il ötür
Ermənistanın daha bir PUA-sı məhv edildi
Sərhəddə TƏXRİBAT: Düşmənin diversiya qrupları...
Ermənilər daha bir kəndimizi ATƏŞƏ TUTDULAR
Təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
Erməni diversiya qrupu təxribat törətdi
Müdafiə Nazirliyi: atəşkəs rejimi sutka ərzində 34 dəfə pozulub
Ermənilər mövqelərimizi atəşə tutub
Cəbhə xəttində erməni təxribatı davam edir
Gecə cəbhədə nə baş verib?
Cəbhə xəttində erməni təxribatı davam edir
Düşmən bölmələrimizi snayper tüfənglərindən ATƏŞƏ TUTDU
Müdafiə Nazirliyi cəbhədəki vəziyyət barədə məlumat yaydı
Müdafiə Nazirliyi: Azərbaycana məxsus PUA-nın vurulması xəbəri dezinformasiyadır
Saxlanılan erməni diversiya qrupunun komandiri danışdı - VİDEO
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı
“Ermənistan yeni müharibəyə hazırlaşır, hər şeyi görürük” - İlham Əliyev
Ermənistan atəşkəs rejimini 57 dəfə pozub
Düşmən minaatanlarla atəş açdı - Gornaboy, Gədəbəy, Tərtər...
"Hər kəs çox yaxşı bilir ki, Orduda smartfon telefondan istifadə etmək qəti qadağandır"- Ekspertlər
“Ermənistan Azərbaycandan layiqli cavabını alacaq” – Millət vəkili
Qazax-Ağstafa ərazisində postlarımız 1500-1700 metr irəli çəkilib
Gecə cəbhədə nə baş verib? - Nazirlik məlumat yaydı