Bakı Dövlət Universitetinin tarix fakültəsinin IV kurs tələbəsi İlham Əhmədov möhlət hüququ olsa da, hərbi xidmətə çağrılıb.
Halbuki, tələbə təhsilinin davam etdirilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinə ərizə təqdim edib. DİA.AZ xəbər verir ki, bu barədə Meydan TV-yə danışan İlham Əhmədovun sözlərinə görə, o, Bakı Dövlət Universitetindən təhsilini bitirmədiyinə dair arayışı Masallı şöbəsinə versə də, sənədlərini qəbul etməyiblər:
“Mənim məsələmdə mübahisəli məqam odur ki, komissarlığın tibbi yoxlanışında ayağımda problemin olduğu deyildi. İkincisi, universitet arayışı gecikdirmişdi, hüquqşünas Səməd Rəhimlinin köməyi ilə onu da aldım. Amma arayışı yerli komissarlığa təqdim etsəm də, imtina cavabı aldım”.
Tələbə deyir ki, rayon komissarlığının bu münasibəti məqsədlidir:
“Ərizəni niyə qəbul etmədiklərinə dair açıqlama belə vermədən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin adını unutduğum rəisi, polkovnik-leytenant mənimlə kobud davrandı. Zabit məni hərbi xidmətdən yayınmaqda ittiham etdikdə, belə bir niyyətimin olmadığını və möhlət hüququmu əsaslandıran sənədi göstərdim. Ona deyəndə ki, təhsilimi bitirib hərbi xidmətə gedəcəm, “sən uşaqsan, beynini də yuyurlar, get xidmət elə” söyləyib həbslə hədələdi”.
İlham Əhmədov komissarlıqda möhlət hüququnun davam etdirilməsi üçün qanuni əsaslarının olduğunu da xatırladıb:
“Mən “Hərbi vəzifə və hərbi xidmət” haqqında qanunun 21.1.4-cü maddəsinə əsasən təhslimi bitirməliyəm. Qanunda yazılıb ki, əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara hərbi xidmətdən möhlət verilir. Yəni möhlət hüququ yalnız bir dəfə təhsilini bitirənədək verilir”.
İlham Əhmədovun etibarnamə ilə təmsilçisi, hüquqşünas Səməd Rəhimli Meydan TV-yə bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron və poçtla müraciət göndərib:
“Müraciətə universitetin arayışı da əlavə edilib. Ancaq qurumun Masallı rayon şöbəsi müraciətimizi rədd etdi. Bundan əvvəl də tələbəni həbslə hədələyərək qanunun verdiyi möhlət hüququna zidd olaraq hərbi xidmətə gedəcəyini deyiblər. Amma Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə iyulun 22-də əlaqə saxladım, ərizəni istədilər və rəhbərliyə məruzə edəcəklərini söylədilər”.
İyulun 25-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən cavab alacaqlarını deyən hüquqşünasın sözlərinə görə, cavabdan asılı olaraq addım atacaqlar:
“Əgər rədd cavabı gəlsə, gələn həftənin sonunda Şirvan Rayon İnzibati Məhkəməsinə müraciət edəcəyik. Çağırışın dayandırılması ilə bağlı əlavə ərizə də verəcəyik. Ümid edirik ki, məhkəmə ərizəyə tez baxıb qərardad qəbul edər ki, mübahisə yekunlaşana qədər tələbə İlham Əhmədovun çağırışı dayandırılsın. Azərbaycanda məhkəmələrin vəziyyətini bilirik, amma bütün halda tələbənin təhsilini bitirməmiş hərbi xidmətə çağrılması qanunsuzdur”.
Rəhimovun işçilərinə qanun KAR ELƏMİR? - NARAZILIQ VAR!
25
iyul
11:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Prezidentdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə bağlı SƏRƏNCAM
Hərbi xidmətə növbəti çağırış başladı
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Səfərbərlik xidməti açıqlama yaydı: Orduya yeni çağırış başlayıb?
Azərbaycanda bu gündən hərbi xidmətə çağırış başladı
Səfərbərlik Xidməti yeni məlumat yaydı
Səfərbərlik Xidmətindən bu şəxslərə MÜRACİƏT - SMS daxil olduqda...
Səfərbərlik və Hərbi Xidməti gəncləri yola saldı
Azərbaycanda ehtiyatda olan hərbi vəzifəlilərin təlimləri başladı
Azərbaycanda hərbi xidmətə çağırış BAŞLADI
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Onlara ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Həqiqi hərbi xidmətə yanvar çağırışı başa çatdı
Hərbi xidmətə çağırışla bağlı açıqlama
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
Naxçıvanda hərbi xidmətə növbəti çağırış başa çatdı
Həqiqi hərbi xidmətə çağırışla bağlı açıqlama
Səfərbərlik Xidməti məlumat yaydı - Diqqət!
Dövlət Xidməti: 8500-ə yaxın vətəndaş döyüşə getmək üçün qeydiyyata düşüb
Dövlət Xidməti hərbi xidmətə çağırışla bağlı MƏLUMAT YAYDI
Səfərbərlik Xidməti məlumat YAYDI
Masallı rayon “voenkomu” Vəli Rzayev də xaricdə mülk alıb?-İddia
Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ
DİM abituriyentlərə müraciət etdi
İcra başçısının qardaşı olan general vəzifəsindən azad olundu - FOTO
Azərbaycanda hərbi xidmətə növbəti çağırış başa çatdı
“Hərbi hissələrdə işləyən qadınlara təqaüd verilir, mənə niyə YOX?” - Qarabağ qazisindən ŞİKAYƏT
Apreldə hərbi xidmətə gedəcək şəxslərin NƏZƏRİNƏ
Hərbi xidmətə çağırış BAŞLADI
- Könül Kərimova bu fotosuna görə tənqid olundu
- Günəşdə qorxunc qaranlıq dəlik yaranıb
- Rusiyanın Ukraynadakı itkiləri 335 mini ötdü
- Bu ölkədə son bir ildə 700 məhbus edam edildi
- "İnter"in ən yüksək maaş alan futbolçusu olacaq
- Prezident İlham Əliyev Sadır Japarova zəng edib
- Nepalda Rusiya ordusuna adam göndərən 10 nəfər saxlanıldı
- Norman Lir 101 yaşında vəfat etdi
- “Türkiyə Yaxın Şərqdəki münaqişənin həlli üçün zəmanətçi ölkə kimi çıxış etməyə hazırdır” - Ərdoğan
- Əsəbləri sapdan asılı olan 5 bürc: Dərhal onlardan uzaqlaşın, qəzəbləri...
- Uşaqlar qızılca xəstəliyindən bu səbəbdən ölür - Valideynlərə XƏBƏRDARLIQ
- Hadrutda söküntü işləri aparılacaq
- Volodimir Zelenski: “Mart ayında müharibədə dönüş nöqtəsi yarana bilər”
- Makron BƏƏ-də Qəzzadakı vəziyyətlə bağlı müzakirələr aparıb
- "Martda Putin dövlət lideri kimi legitimliyini itirəcək" - Zelenski
- Rusiyalı futbol hakimi rüşvət almaqda şübhəli bilinir
- Bakıda bu yolda təmir işləri aparılır - XƏBƏRDARLIQ
- Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb
- 2024-cü ilin uğurlu rəngləri hansılardır? - Sevinc, enerji, yeni başlanğıclar...
- Ağız qoxusu ürək xəstəliyinin xəbərçisi ola bilər – Alimlər
- Şəkidə 40 yaşlı qadını it dişlədi
- Qarabağ Regional DOST Mərkəzində Reabilitasiya Məntəqəsi istifadəyə verilib - FOTO
- "Bavariya"nın oyunu qara görə təxirə salındı
- Ucarda ana və 10 yaşlı qızı dəm qazından zəhərlənib
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
- Dənizə düşən şəxs belə xilas edildi - ANBAAN VİDEO
- Gizli kameraları necə aşkarlamaq olar... - VİDEO
- Altı ay müddətinədək əmək müqaviləsində sınaq müddəti müəyyənləşir
- Prezident “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqlədi