Daha 250 nəfərlik PKK-çı qrup İranda gözləyir: Qarabağa gəlmək üçün
21-09-2020, 12:16
167

Daha 250 nəfərlik PKK-çı qrup İranda gözləyir: Qarabağa gəlmək üçün

Əgər əvvəllər Ermənistanın Yaxın Şərq istiqamətindəki fəaliyyəti sporadik xarakter daşıyırdısa indi Yerevan hökumətyönümlü ekspertlər səviyyəsində “ölkənin Yaxın Şərqə qayıtması” haqda danışır. Bu ambisioz plana uyğun olaraq Ermənistan XİN-in rəhbəri bu günlərdə Misirə baş çəkib. Bəs Yerevanın Yaxın Şərqdə fəallaşması Rusiya üçün hansı risklər yaradır?
Bu suala gazeta.ru portalı öz şərhində aydınlıq gətirməyə çalışıb. Müəllif Nikolay Korsakov qeyd edir ki, hələ bu yaxınlara qədərə Yerevanın Yaxın Şərq istiqamətində fəallığı hakim elitanın maddi maraqları ilə bağlı idi. Buna parlaq nümunə Nikol Paşinyana yaxın olan silah alverçisi David Qalstyanın əli ilə büdcə vəsaitlərinə İordaniyadan köhnəlmiş silahların alınmasıdır. Yaxın Şərqdə qeyri-leqal silah alverinə adı qarışan Qalstyan haqda bu yaxınlarda Rusiya və Ermənistan KİV-ləri yazıb. İndi isə Ermənistan hakimiyyətinə yaxın çevrələr “ölkənin Yaxın Şərqə qayıtması” haqda danışır. Üstəlik belə görünür ki, Ermənistanın bu istiqamətdə xarici siyasət fəallığı Türkiyə amili ilə birbaşa bağlıdır.
Müəllif bildirir ki, bu məqamda Misirin cairo.24.com saytında Ermənistanın PKK yaraqlılarını Qarabağa daşımağa başlaması barədə məqalə maraqlıdır. Hansı ki, 25 nəfərdən ibarət PKK hərbi təlimatçıları qrupu artıq Ermənistana, oradan Qarabağa gəlib. Yeni mövqelər tutmaq üçün “zərbə qrupu” rolunu oynayacaq 250 nəfərlik qrup isə Ermənistana keçmək üçün İranda gözləməkdədir.
“Bu cür fəallığı başlatmaqla Ermənistan açıq-aşkar “öz liqasında” oynamır, nəticələri ağlasığmaz olan təhlükəli regional proseslər başlatmaqla risk edir”,-müəllif bildirir.
Məqalədə qeyd edilir ki, Ermənistan Azərbaycanla danışıqlar prosesini o cümlədən daxili siyasi maraqlarına görə pozaraq və yeni hərbi əməliyyatlar riski ilə üzləşərək indi Suriya və İraqdan terrorçu qruplaşmaların yaraqlılarını istifadə etmək, nəticədə mümkün döyüş əməliyyatlarda erməni ordusunun şəxsi heyət itkilərini azaltmaq istəyir.
“Bu iş Ermənistan Müdafiə Nazirliyi səviyyəsində aparılır, nazirlik bu günlərdə ölkədə “xalq özünümüdafiə dəstələrinin” yaradıldığını elan edib. Hansı ki, Yer kürəsinin ən müxtəlif guşələrində baş verən toqquşmaların təcrübəsi göstərir ki, xalq özünümüdafiə dəstələri xaricdən muzdluların cəlb edilməsi və döyüş əməliyyatlarında istifadə olunması üçün əla pərdələyci vasitədir”,-müəllif yazır.
Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyətin diqqətini öz fəaliyyətindən yayındırmaq üçün Ermənistan nazirlər və Qarabağ erməniləri səviyyəsində Azərbaycana hansısa terrorçuların, hətta İŞİD-çilərin gətirildiyi barədə məlumatları publik məkanda dövriyyəyə buraxmağa çalışır. Hansı ki, bu kifayət qədər zəif hazırlanmış “feykdir” və 2016-cı ilin aprel müharibəsində də sınaqdan keçirilmişdi.
“Aydındır ki, PKK qüvvələrini regiona atan Yerevan Dağlıq Qarabağ ətrafındakı münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Rusiyanın “burunun ucuna”, Cənubi Qafqaza Yaxın Şərqdən hərbiləşdirilmiş qruplaşmaların muzdlularını cəlb etmək, Rusiyaya yaxın regionda xarici qüvvələr tərəfindən idarə edilən elementlərin də iştirakı ilə artan militarizasiya açıq-aşkar Kremlin maraqlarına uyğun deyil”, -müəllif qeyd edir.
Gazeta.ru vurğulayır ki, Rusiya terrorçularla uzaq cəbhədə mübarizə aparmaq, onların sərhədlərinə yaxınlaşmasına imkan verməmək üçün öz qüvvələrini Suriyaya göndərib. Yerevan isə bunun tam əksi olaraq Yaxın Şərqdən terrorçu elementləri Rusiyanın sərhədləri yaxınlığına idxal edir. Bu məqamda müəllif xatırladır ki, Paşinyan açıq-aşkar terrorçu meylli “Sasna Tsrer” qruplaşmasını legitimləşdirib, indi bu adda partiya fəaliyyət göstərir və hakimiyyətin yüksək eşalonlarına birbaşa çıxışı var.
“Bunu bilmək üçün heç region üzrə mütəxəssis olmağa ehtiyac yoxdur ki, PKK-nı regiona cəlb etməklə Yerevan Ankaranı Cənubi Qafqazda öz maraqlarını daha dəqiq müəyyənləşdirməyə məcbur edir. Türkiyənin Cənubi Qafqazdakı sərhədləri yaxınlığında PKK qüvvələrinin fəallaşmasını Ankara görməməzliyə vura bilməz”,-məqalədə vurğulanır.
Sayt yazır ki, paralel olaraq Ermənistan iyul toqquşmaları kontekstində ən yüksək səviyyədə Rusiya maraqları üçün “Türkiyə təhdidlərindən”, Ankaranın regiondakı “destruktiv rolundan” və s. danışır, Rusiyanı Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. “Lakin digər məqam gözə dəyir: Ermənistanın Yaxın Şərqə indiki “qayıtmasını” NATO üzvü Fransa kurasiya edir, hansı ki, Yerevanla diaspor xətti ilə sıx münasibətlərə malikdir. PKK və YPG ilə əməkdaşlıq, yaraqlıların Ermənistana bu cür rahat daşınması ciddi dövlətin xüsusi xidmət orqanlarının dəstəyi olmadan mümkün olmazdı. Ermənistanın qərbli partnyorlarından Yaxın Şərqdə belə imkanlara malik olanı məhz Parisdir, hansı ki, hazırda Türkiyə ilə açıq geosiyasi qarşıdurmadadır”,-məqalədə deyilir. /Virtualaz.org

Oxşar xəbərlər

Putindən ermənilərə “sürpriz”: Cəmi bir neçə saat...
“Belarusa qoşun göndərməyə ehtiyac yoxdur” – Putin
“The EurAsian Times” nəşri Rusiyanın Ermənistana silah təchizatı ilə bağlı Azərbaycanın narahatlığından yazıb
Rusiyanın Ermənistana silah daşımasının məqsədləri nədir... - GƏLİŞMƏ
Bu gün 700-ə yaxın Rusiya vətəndaşı Azərbaycandan təxliyyə olunacaq
Ermənistan rus silahlarından imtina edir? – Tonoyandan şok açıqlama
“Zərərli” sazişdən çıxan ABŞ yeni raketlər istehsal edəcək
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
“Bizi çox qaynar payız gözləyir” – Aslan İsmayılov
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Daha bir erməni əsgər öldü
Prezidentin köməkçisi: “Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir”
Rusiyadan Ermənistana daha bir hərbi dəstək - Yeni Su-30SM qırıcıları verir
Türkiyə televiziyaları: Rusiya Ermənistanı müharibəyə hazırlayır - Video
Əliyev-Paşinyan görüşü olacaq? – Mnatsakanyan açıqladı
Ermənilər Kəlbəcəri turizm mərkəzinə çevirir - Foto
Yerevan Bakı və Ankaraya qarşı yeni çirkin oyuna BAŞLADI
Azərbaycana lazım olan ittifaq artıq var: bu, Türkiyə və İsraillə ittifaqdır - Ərəstun Oruclu
Səfər Mehdiyev üçün həlledici son 10 gün... - Qərar veriləcək...
"Lotu Quli"nin yaxın adamının məhkəməsi başlayır - Foto
"Azərbaycan torpaqlarının işğal faktının arxasındakı real güc Rusiyadır" - Samir Əsədli
Koronavirusa görə vətəndaşlara 250 manat yardım olunacaq? — Açıqlama
Suriyaya yaxın məktəblərdə tətil elan edildi
“Təsəvvür edin ki, Qarabağ münaqişəsi yoxdur. O zaman Rusiyanın regionda rolu nədən ibarət olardı?...”
Rusiyadan Ermənistana hədə: “Türkiyə ilə baş-başa qala bilərsiniz...”
Azərbaycanlılar rahat yatsın, İsrail buna yol verməz - Diplomat
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
ABŞ hərəkətə keçdi: Hərbi texnika göndərilir
Ermənistanda daxili siyasi böhran və Qarabağ münaqişəsi
«Lider-N» MTK-nın rəhbəri Nazim Quliyev Anarı intihara məcbur edir