Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
21-09-2020, 15:18
292

Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naftalanda 6, Ağstafa rayonunda 6, Lerik rayonunda isə 2 yeni inşa edilmiş fərdi yaşayış evi şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, Naftalanda keçirilən evlərin təqdim edilməsi tədbirində nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədr müavini Pərviz Səfərov, Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədov və digərləri iştirak edib.  

Tədbirdə Prezident İlham Əliyevin həssas əhali qruplarına xüsusi qayğısından bəhs edilib. Bildirilib ki, sosial müdafiə proqramlarından biri olan şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişləndirilir. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə  2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib. 

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə şəhid ailələrinə və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır. Bu gün Naftalan şəhərində, Ağstafa və Lerik rayonlarında təqdim edilən fərdi evlər də daxil olmaqla, onlardan artıq 598 mənzil və fərdi ev (o cümlədən 554 mənzil, 44 fərdi ev) verilib. Qalan evlər də ilin sonunadək veriləcək.

Qeyd olunub ki, ümumilikdə ötən dövrdə şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə 8186 mənzil və fərdi ev təqdim edilib. 

Yeni fərdi yaşayış evi ilə təmin edilən şəhid ailələrinin üzvləri və Qarabağ müharibəsi əlilləri onların rifahına göstərilən yüksək qayğıya, bu gün isə yeni fərdi yaşayış evləri ilə təmin olunduqlarına  görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.  










Oxşar xəbərlər

Bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi evlər verildi - FOTO
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
İki “Aprel şəhidi”nin ailəsinə mənzil verildi
“Şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur”
Aztəminatlı ailələrə sosial dəstəklə bağlı rəsmi açıqlama
Prezident şəhid generalın və polkovnikin ailələrinə ev verib
Mehriban Əliyevanın göstərişi ilə daha bir şəhid ailəsinin mənzil problemi həll olundu - Fotolar
Tovuz döyüşlərində şəhid olan hərbçimizin evi təmir edildi - FOTO
"Kristal Abşeron" "Paşa Holding"i aldadıb - FAKT
Prezident və xanımını toya dəvət etdilər
Aprel şəhidlərinin ailələrinə yeni ev tikilir - VİDEO
Prezidentin tapşırığına əsasən müharibə əlillərinə 250 avtomobil veriləcək
“Bir mayor və iki erməni əsgərini öldürmüşəm” Qazimizdən ölkə başçısına müraciət + VİDEO
Neçə icra başçısının başı ağrıyacaq
Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?
Naftalan icra başçısı çətin durumda - Saxta arayış məsələsinə görə
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Millət vəkilləri şəhid ailələrin ziyarət ediblər - FOTO
İcra başçısı əhalinin siyahıyaalınmasıyla bağlı iclas keçirdi
İcra Hakimiyyətindən şəhid polkovnikin barelyefi ilə bağlı AÇIQLAMA: - “Təbrizlə əlaqə saxlayacağıq”
Birdəfəlik ödəmə ilə bağlı müraciətlərin qəbulu başa çatdı
Ermənilər Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərini terrorla hədələyib
Gəncədə Hərbi Hospitalın yeni inşa edilmiş şöbəsinin açılışı oldu - Video
Daha 10 min şəxs ödənişli ictimai işlərə cəlb olunub
Faiq Ağayev sədr müavini təyin olundu
Şəhid olan hərbçimizin fotosu YAYILDI
Kimlər ünvanlı sosial müavinət ala bilər? - AÇIQLAMA
Prezident şəhid generalın və polkovnikin ailələrinə başsağlığı verib
Prezident və xanımı mənzil və avtomobillərin təqdimatında iştirak edib - FOTO
Ramiz Mehdiyevin biznes imperiyası: Kimlərlə şərik imiş? – VİDEO