17 yeni salınmış yaşayış massivi qazla təmin olunub - FOTO
21-09-2020, 15:21
175

17 yeni salınmış yaşayış massivi qazla təmin olunub - FOTO

Bu ilin yanvar-iyul aylarında ümumilikdə 328,9 kilometr uzunluğunda qaz kəmərləri əsaslı təmir edilib. 

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) məlumat verilib. Bildirilib ki, Bakı Regional Qaz İstismar Departamenti, regional qaz istismar idarələri və Sumqayıt qaz istismar sahəsi tərəfindən isə daxili imkanlar hesabına 2020-ci ilin yanvar-avqust ayları ərzində 290,89 km uzunluğunda (o cümlədən 262,52 km metal boru, 28,37 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib. Eyni zamanda 366 ədəd qaz tənzimləyici və 318 ədəd bağlayıcı armaturlar (siyirtmə və rəzələr) quraşdırılıb. 

Regionlar üzrə 17 yeni salınmış yaşayış massivinə, dörd yaşayış məntəqəsinə (o cümlədən avqust ayında 1 yaşayış massivi, 4 yaşayış məntəqəsi) təbii qazın verilməsi təmin edilib. Son illər respublika ərazisində kənd və qəsəbələrin, yeni yaşayış massivlərinin qazlaşdırılması, eləcə də yeni istehsal təyinatlı obyektlərin istismara verilməsi abonentlərin sayının və təbii qaza olan tələbatın artmasına səbəb olub. Belə ki, hazırda ümumi abonent sayı 2 milyon 300 minə yaxınlaşmaqdadır.

Qeyd edək ki, “Azəriqaz” İB cari ildə qaz təsərrüfatı infrastrukturunun genişləndirilməsi işlərini uğurla davam etdirir. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq nəzərdə tutulmuş işlərin icrası ilə əlaqədar ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidənqurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi, sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenidənqurulması, eləcə də hər bir istehlakçının mənzilinə qaz sayğaclarının quraşdırılması işləri aparılır. 









Oxşar xəbərlər

“Azəriqaz”dan deputatın iradlarına CAVAB
Güzəştli mənzillərlə bağlı yeni xəbər
Bu ərazilərində qaz olmayacaq - XƏBƏRDARLIQ
Türkiyə sərt karantin rejiminə qayıdır - Vəziyyət gərgindir
"Azəriqaz"da total islahatlar gözlənilir - Kimlər işsiz qalacaq?
Naftalan, Ağstafa, Lerikdə 14 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Bakıda yaşayış binasında yanğın baş verib
Qazaxda yaşayış kompleksi inşa olunacaq
Azərbaycan bu il 58 milyon dollarlıq polietilen ixrac edib
Sabunçuda 8 bina sökülür - Köçürülmə başlanılıb
Səngəçal terminalına göndərilən neft və qazın həcmi açıqlanıb
Axtarışda olan şəxsin üstündə qumbara tapıldı
Şəhid ailələri və müharibə əlilləri üçün 800 ev tikilir
Qaz sayğacları ilə bağlı mühüm açıqlama
Bakıda qış hazırlıqları - Foto
Bakıda aşan kran bu şirkətə məxsus imiş...
Nazirin işdən qovduğu şəxs 73 minlik TENDER UDDU
“Sipark” Əli Həsənova necə verilib?
"Yeni Ailə" MTK-dan şikayət - VİDEO
Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ
Prezident İlham Əliyev Bakıda yerüstü piyada keçidinin açılışında iştirak edib - YENİLƏNİB
Neftçalaya içməli suyun daşınması təmin edilir - FOTO
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Polisdən daha bir uğurlu əməliyyat - FOTO
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürülüb
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
Azərbaycanın sığorta bazarı 11% böyüyüb