“Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik
21-09-2020, 16:19
95

“Düşmənin təxribata hazırlaşdığı istiqamətlər müəyyənləşib” - Polkovnik

"Biz müharibə şəraitində yaşayırıq və hələ müharibə bitməyib".
Bunu Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, atəşkəs sazişinə uyğun olaraq ATƏT-in Minsk Qrupu öz üzərinə götürdüyü vasitəçilik missiyasını yerinə yetirməli idi, lakin həmsədrlər indiyədək heç bir işlə məşğul olmayıblar.
"Minsk Qrupu ərazi bütövlüyü çərçivəsində münaqişənin həllinə köməklik göstərməli idi. Lakin Minsk Qrupu heç nə etməyib. Dağlıq Qarabağa sırf özlərinin marağından baxıblar. Bugünkü vəziyyət onu göstərir ki, Minsk Qrupu məsələnin uzanmasına və hazırkı vəziyyətə gətirib çıxarmasına xidmət edib.
Minsk Qrupunun üzvü olan ölkələr Ermənistana təsir etmək imkanına malikdirlər. Görünən odur ki, onlar münaqişəni bu formada saxlamaqda maraqlı olublar. Təəssüflər olsun ki, zaman keçdikcə biz bunun şahidi olduq. Ermənistanın qeyri-konstruktiv mövqeyi, hərbi-siyasi rəhbərliyinin təxribatçı çıxışlar etməsi məsələnin sülh yox, hərbi yolla həllinə, müharibənin artıq aktiv fazaya keçməsinə işarə verir.
Ermənistan tərəfi son çıxışlarında, ritorikasında öz çirkin niyyətlərindən əl çəkmir. Onların hərəkətləri və gələn məlumatlar düşmənin vəziyyəti gərginləşdirməkdə maraqlı olduğunu göstərir. Ermənistanın Xarici işlər naziri Yaxın Şərqə gedib və orada Suriya, Liviya erməni diasporu ilə görüş keçirib.
Yaxın Şərqdəki ermənilərin və muzdlu qüvvələrin Dağlıq Qarabağda yerləşdirilməsi ilə məşğuldurlar. Məlumatlar var ki, PKK-nın üzvləri Dağlıq Qarabağda yerləşdirilib. Bunlar hamısı vəziyyəti daha da gərginləşdirmək üçündür. Ola bilər ki, hansısa istiqamətdə təxribata əl ata bilərlər".
Ş.Ramaldanov qeyd edib ki, heç kim münaqişənin sülh yolu ilə həllinə inanmır:
"Deyirlər ki, bunun hərbi yolu yoxdur. Amma ikili standartlar nəticəsində Azərbaycanı bu yola çəkirlər. Azərbaycan görür ki, məsələnin həlli ancaq güc yolu ilə mümkündür. Təbii ki, biz heç bir zaman bu variantı istisna etməmişik. Azərbaycan Silahlı Qüvvələrinin hazırlığı, keçirilən təlimlər və silahlanma bir məqsəd daşıyır ki, əgər münaqişəni güc yolu ilə həll etməli olsaq, hazır olaq.
Ordumuz hər zaman düşmən təxribatının qarşısını almağa və Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır. Azərbaycan Silahlı Qüvvələrinin fəaliyyətinin əsas məqəsdi öz üzərinə düşən vəzifəni yerinə yetirmək və işğal olunmuş torpaqlarımızı azad etməkdir. İnformasiya məkanında artıq müharibənin aktiv fazaya keçməsi əlamətləri görünür.
Azərbaycan Silahlı Qüvvələri düşmənin təxribat törədə biləcəyi istiqamətləri müəyyənləşdirib, təhlillər aparır və lazımi qabaqlayıcı tədbirlər görərək hər bir vəziyyətə hazırdır".
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması hallarının artması, təmas xəttinə yaxın yaşayış məntəqələrimizin, mülki əhalinin və infrastrukturun müntəzəm atəşə tutlması, daha iriçaplı silahlardan istifadə olunması, mövqelərimizə qarşı keçirilən kəşfiyyat-təxribat fəaliyyətləri, o cümlədən pilotsuz uçuş aparatlarının (PUA) geniş tətbiqi cəbhədə vəziyyətin ciddi kəskinləşməsinə səbəb olub.

Oxşar xəbərlər

"Şuşada yallı gedən Ermənistana..." - ATƏT-in Minsk qrupu özünü təlxək yerinə qoyub?
Həmsədrlər yaxın vaxtlarda regiona səfər edəcək
Mayk Pompeodan Qarabağla bağlı ÇAĞIRIŞ
"Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün..."
Həmsədrlər Qarabağa səfər edəcəklər
"Anadolu bizim üçün necə Vətəndirsə, Qarabağ da elə Vətəndir" - Türkiyə səfiri
Komitə sədri: "Həmsədrlər Azərbaycanın işğal altında olan torpaqları ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər"
Rusiya Ermənistana silahları bu yolla verib - Foto
“Azərbaycan balanslaşdırılmış siyasət yürütmür” - Deputat
Tehran Dağlıq Qarabağda keçirilən qondarma seçkiləri tanımır
Məşhur nəvə toyundan sonra qeybə çəkilən Əli Əhmədov da SÜKUTU POZDU - Və ATƏT-in susqunluğundan yazdı...
“Ermənistanın Qarabağ münaqişəsinin mərhələli həllini rədd etməsi danışıqları alt-üst edir”
Fransa üçün Qarabağ yaddan çıxdı?
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüş vaxtı məlum oldu
“Paşinyan utanmazcasına danışıqların məqsədini təhrif edib” - Məmmədyarov
Rəsmi Bakıdan Paşinyana xəbərdarlıq: “Müharibə hələ bitməyib”
"AŞPA elə bil, erməni diasporalarının sifarişini yerinə yetirir"
Prezident bu sözü təsadüfən demədi: Hərbi variant…
ATƏT-dən nazirlərin görüşü barədə AÇIQLAMA: barışığa...
Leyla Abdullayeva: Ermənistan rəhbərliyinin sərgilədiyi mövqe öz xalqını aldatmaqdan başqa bir şey deyil
Avropadan Bakıya müharibə üçün “yaşıl işıq”
Akopyan “sülh nağılı”nı unutdu, “silaha sarılır”... - TƏHLİL
"Ermənistanla heç bir danışıq olmayacaq" - deputat
Meksikada Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatından danışıldı
Moskvaya müharibələri əvvəlki kimi idarə etmək çətin olacaq... - TƏHLİL
"Konstitusiyanı dəyişməyə, hakimiyyəti bölməyə hazıram" - Lukaşenko
"Onlar faşizm ideologiyasını bu gün təbliğ edirlər, faşizmə xidmət edən adamların heykəlini qoyurlar"
I ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayanların sayı açıqlandı - RƏSMİ
Belarus müxalifətinin üzvləri İstintaq komitəsinə aparılır - VİDEO
“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı,   onda Qarabağın taleyi necə olacaq?..”