Bakı-Naxçıvan reyslərinin sayı artırılır
21-09-2020, 23:32
107

Bakı-Naxçıvan reyslərinin sayı artırılır

Sentyabrın 26-dan milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin həftəlik sayını 21-ə çatdıracaq. 
Bu barədə Yenisabah.az-a AZAL-dan bildirilib. 
Məlumata görə, bu istiqamətdə uçuşlara tələbatın yüksək olduğunu və pandemiya dövründə uçuşların sayının məhdud olduğunu nəzərə alaraq, qeyd edilən marşrut üzrə aviabilet satışı  artıq növbəlilik prinsipi əsasında həyata keçiriləcək.
Növbəyə iki usulla yazılmaq mümkündür - geriyə əlaqə forması və ya WhatsApp mesenceri vasitəsilə:
Bakıdan Naxçıvana uçuşlar üçün:
• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000853919
• WhatsApp: +99455 204 65 54.
 Naxçıvandan Bakıya uçuşlar üçün:
• https://help.azal.az/hc/ru/requests/new?ticket_form_id=360000886220
• WhatsApp: +99460 487 30 11
Müraciət etdiqdə sərnişinlər şəxsiyyət vəsiqəsinin skan edilmiş surətini, həmçinin əlaqə nömrəsini göndərməlidirlər.
Aviaşirkət onlayn forma və WhatsApp  vasitəsilə eyni vaxtda müraciət etməməyinizi xahiş edir. Bu yalnız onlayn növbələrin artmasına və çağrı mərkəzi əməkdaşları tərəfindən sorğularınızın gec cavablandırılmasına səbəb olacaqdır.
Eyni zamanda sərnişinlərin diqqətinə çatdırırıq ki,  qeyd olunan istiqamət üzrə aviabiletlərin əldə olunması ilə bağlı aviaşirkətin çağrı mərkəzinə zəng vasitəsilə edilən müraciətlər qəbul edilmir.

Oxşar xəbərlər

Moskvadan Bakıya bilet satışı növbəlik qaydasında olacaq
Bakıdan Naxçıvana yalnız bu şəxslər uça bilər - Qaydalar açıqlandı
298 Azərbaycan vətəndaşı ölkəyə qayıtdı
AZAL vətəndaşların pullarını niyə qaytarmır?
Gələn ildən Çinin daha bir şəhərindən Bakıya aviauçuşlar həyata keçiriləcək
AZAL-da təmizləmə əməliyyatı başladı
“WhatsApp”da bu yolla başqalarının mesajları oxunurmuş...
“Aeroportun idarə edilməsi AZAL-dan ayrılmalıdır” - Ekspert
AZAL şefinin 1-ci müavininin də şirkətləri üzə çıxdı (SİYAHI)
“WhatsApp”da yeni funksiya işə salınacaq
Əsgərovalara məxsus sığorta şirkəti növbədənkənar yığıncaq elan etdi
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirəcək
Azərbaycanla Rusiya arasında uçuşların bərpası gözlənilir
Cahangir Hacıyevin bankı əcnəbi  qızlara nə qədər maaş verir ?-İLGİNC
Universitetlərə qəbul üçün ixtisas seçiminin vaxtı açıqlanıb
AZAL-da təmizləmə başladı: İdarə rəisi və müavinləri işdən çıxarıldı
Bu ölkə Bakıya uçuşu BƏRPA EDİR
Cahangir Əsgərovdan ölkə rəhbərliyinə sabotaj: AZAL-ın bilet fırıldağı
Xaricə uçanların nəzərinə - AZAL qaydalara dəyişiklik etdi
Rusiya daha üç ölkəyə uçuşları bərpa edir
Azərbaycan və Türkiyə qırıcıları Gəncə üzərində uçuşlar keçirir - Fotolar
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
"AccessBank" bağlanır?
Heydər Əliyev Aeroportu nüfuzlu mükafata layiq görüldü - FOTO
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
İran vətəndaşları üçün viza rüsumunun məbləği AZALDILDI
8103 SMS icazə sistemində yeni qaydalar - İcazələr belə alınacaq...
Tbilisi-İstanbul uçuşları bərpa edilir
Marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər - RƏSMİ
"Bakı Metropoliteni"nə 40 milyon manat subsidiya veriləcək