Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı
22-09-2020, 10:18
115

Nazirlik "Funda" tibb mərkəzində qanun pozuntuları aşkarladı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “İLLAC” MMC-yə məxsus Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsi, 45 ünvanında yerləşən “Funda” tibb mərkəzində vergi nəzarəti tədbirləri həyata keçirib. Nəzarət tədirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, işçilərin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi əsasənda işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi vəziyyəti yoxlanılıb.
"Funda” tibb mərkəzinin rəhbərliyi - direktor Hümbətov Asim Yusif oğlu və həkim Hümbətova Lamiyə Yusif qızı mühasibatlıq və pul sənədlərinin təqdim edilməsi ilə bağlı vergi xidməti əməkdaşlarının qanuni tələblərinə əməl etməyib, operativ nəzarət prosesinin gedişatına maneçilik törədiblər. Vergi nəzarəti tədbirləri zamanı nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmadığı, o cümlədən göstərilmiş tibbi xidmətə görə müştəri tərəfindən ödənilmiş nağd pul vəsaitinin dövriyyədən yayındırılması faktları aşkar edilərək müvafiq akt tərtib edilib. Bundan başqa, 27 nəfər tibb işçisinin əmək müqaviləsi və ya xidməti müqavilə bağlamadan işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edildiyi aşkar olunub.
Vergi orqanı əməkdaşları tibb mərkəzinin işçiləri ilə sorğu apararkən mərkəzin rəhbərliyi nəzarət prosesinə maneçilik törədərək sorğuya müdaxilələr edib, əmək müqaviləsi olmayan 13 heyət üzvünün (onların şəxsiyyətləri müəyyən edilib) izahat verməkdən yayındırılmasına, onların tibb mərkəzindən müxtəlif yollarla kənarlaşdırılımasına şərait yaradıb.
“Funda” MMC-nin rəhbərliyi qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq zəruri sənədlərin və məlumatların vergi xidməti əməkdaşlarına vaxtında təqdim edilməsini təmin etməyib, onların fəaliyyətinə ciddi maneələr yaradıb.
Vergidən yayınma faktlarının gizlədilməsinə yönəlmiş hərəkətlər və aşkar olunan nöqsanlar Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən akt və protokollarla rəsmiləşdirilib. Nəzarət tədbirlərinin həyata keçirilməsinə maneçilik törədilməsi faktı üzrə materiallar müvafiq hüquqi qiymət verilməsi üçün Nərimanov Məhkəməsinə göndərilib. Araşdırmalar davam edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bir daha vergi ödəyicilərini qanunvericilyin tələblərinə ciddi şəkildə əməl etməyə, həmçinin operativ nəzarət tədbirləri zamanı vergi əməkdaşlarının iş prosesinə süni maneələr törətməməyə çağırır və bildirir ki, bu cür halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcəkdir.(Fins.az)

Oxşar xəbərlər

Bakıda tibb mərkəzində qanunsuzluqlar aşkarlandı - Direktor yoxlamaya mane oldu
Dövlət Vergi Xidməti 3 milyon manatlıq tenderi yekunlaşdırıb
"Proqnozdan 200 milyon manat çox vergi toplanılıb" - Mikayıl Cabbarov
1 milyon borcu olan MMC-yə 2.7 milyonluq tender verilib - Sensasion faktlar
Vergi ödəyiciləri üçün daha bir YENİLİK
Saxta alkoqollu içkilər hazırlayan şəxs həbs edilib
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
“Sədərək”dən açıqlama: “Yusif Qədiməliyevi kim işdən çıxara bilər?”
Sığorta haqlarını ödəməyənlərin ölkədən çıxışına qadağa qoyulacaq
Pandemiyadan zərər çəkmiş bu şəxslərə ikinci maliyyə dəstəyinin ödənilməsinə başlanılıb
Nazirlikdən daşınmaz əmlakla bağlı QƏRAR
Sahibkarlara XƏBƏRDARLIQ: işçilərin ixtisarı və əmək haqlarının...
Tanınmış aparıcıya nazirlikdə VƏZİFƏ VERİLDİ
Muzdlu işçilərə II maliyyə dəstəyi proqramı çərçivəsində ödənişə başlanılıb
Balakəndə karantin rejimi ilə bağlı növbəti reyd keçirilib
“Baku Steel Company” və törəməsinin 1,3 milyon manat vergi borcu var
Vergilər Nazirliyi: Bu il işsizlikdən sığorta haqları üzrə nəzərdə tutulandan 6,7% çox vəsait daxil olub
Həkimlərə daha 20 milyon manat ödəniş edildi
AMEA əməkdaşlarının bir hissəsi işə çıxacaq – SƏRƏNCAM
Bakıda şirkət əməkdaşı liftin şaxtasına düşərək ölüb
Tərtərdə karantin rejiminin vəziyyəti ilə bağlı növbəti reyd keçirilib
Nazirlik kafe və restoranlara xəbərdarlıq etdi
Repetitorlar VÖEN almaq üçün nə etməlidirlər?
Azərbaycanda mərc oyunları QANUNDAN KƏNARDIR... - İLGİNC
Bakı polisi karantin qaydalarına görə nəzarəti gücləndirdi
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi toplanır - 8 məsələyə baxılacaq
Mərkəzi Bank göstəriş verdi: Azərbaycanda dollar alanlara nəzarət gücləndirildi
Maskadan istifadə etməyənlər CƏRİMƏLƏNDİ
Koronavirusa görə 39 sahə məntəqəsinin ikinci monitorinqi keçirilib
Bakıda aşan kran bu şirkətə məxsus imiş...