İctimai nəqliyyat şənbə-bazar günləri işləyəcək?
22-09-2020, 11:13
190

İctimai nəqliyyat şənbə-bazar günləri işləyəcək?

COVID-19 virusu ilə bağlı Azərbaycanda tətbiq edilən sərt karantin rejiminin yumşaldılması ilə bir çox sahələrində fəaliyyət bərpa olunub. İctimai nəqliyyatadakı şənbə-bazar məhdudiyyəti isə hələ ki qalır. Bu məhdudiyyət şənbə günləri çalışan kommunal idarələrin əməkdaşları, bəzi dövlət müəssisələrinin işçiləri, həmçinin repetitor yanına gedən uşaqlar üçün əlavə problem yaradır.
Sosial şəbəkələrdə şənbə-bazar günləri üçün də qadağanın aradan qalxacağı ilə bağlı məlumatlar müzakirə edilir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, şənbə-bazar günləri ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətin aradan qaldırılması epidemioloji vəziyyətdən asılıdır:
“Faktiki olaraq, etap-etap bütün məhdudiyyətləri aradan qaldırmışıq. Məhdudiyyətlər nəqliyyat sahəsini, həmçinin toy və yas mərasimlərini də əhatə edir. Biz oktyabr-noyabr aylarında sanitar-epidemioloji vəziyyəti müşahidə etdikdən sonra bu məhdudiyyətin aradan qaldırılması barədə qərar verə bilərik. Əgər qarşıdakı iki ay ərzində yoluxmada kəskin pisləşmə olmasa, şənbə-bazar günü ictimai nəqliyyata tətbiq edilən məhdudiyyəti aradan qaldırmaq mümkündür. Amma istisna deyil ki, oktyabr ayında vəziyyət pisləşərsə, biz yenidən sərt karantin rejiminə qayıda bilərik. Ona görə də bu məhdudiyyətlərin aradan qaldırılması tezdir. Elə etməliyik ki, əldə edilmiş nəticələr puç olmasın”.
Elə bu məsələyə cavab almaq üçün “Hazırda şənbə və bazar günlərində ictimai nəqliyyata tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması müzakirə edilirmi” sualı ilə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədova müraciət etdik. İ.Məmmədov Modern.az-a bildirdi ki, bu məsələ ilə bağlı hər hansı inforomasiyaya malik deyil: “Bunu qərar veriləndə bilmək mümkündür. Əgər belə qərar olarsa, ictimaiyyət məlumatlandırılacaq”.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, iyuldan etibarən şənbə-bazar günləri ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb. Vətəndaşlar həmin günlərdə yalnız şəxsi avtomobildən və taksi xidmətindən istifadə edə bilirlər.(pravda)

Oxşar xəbərlər

İri ticarət mərkəzləri və ictimai nəqliyyat qadağası ilə bağlı AÇIQLAMA
Metronun açılmasıyla bağlı qərar verildi, bu tarixdən... - RƏSMİ
BNA: Ekspres xətt avtobuslarının fəaliyyəti davam etdiriləcək
Avropa sərt karantinə qayıdır – Bəs Azərbaycan necə?
Gələn ay 6 gün İŞ OLMAYACAQ
Bu ay 10 gün qeyri-iş günü var
 Azərbaycanda karantin rejimi yumşaldılır - HANSI QADAĞALAR GÖTÜRÜLDÜ?
Azərbaycanda karantin rejimi bu tarixədək UZADILDI - RƏSMİ
3 gün iş olmayacaq
Rayonlarda da həftə sonu sərt karantin rejimi tətbiq ediləcək?
Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq
Daha bir məhdudiyyət aradan qaldırıldı
Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz
Bu qadağa da aradan qaldırıldı
Bakı-Pirşağı-Sumqayıt-Bakı xəttinə əlavə qatarlar buraxılır
Şəkidə koronavirusa görə bağlanan bazar açıldı
Azərbaycanda 2020-2021-ci tədris ili üçün tətil günləri açıqlanıb
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
“Xüsusi karantin rejimi uzadılmalıdır, lakin 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür”
Regionlardakı hotellərdə bahalaşma varmı?
Bakı, Sumqayıt və Abşeronda məhdudiyyətlər qüvvədə qalır
Rayonlara gediş-gəliş açıldı; daha hansı qadağalar götürülə bilər - açıqlama
"Sabah" "Sumqayıt"a, "Qəbələ" "Səbail"ə qarşı
Karantinlə bağlı bəzi məhdudiyyətlər aradan qaldırıldı
Bakıdakı bazarlar virusa görə bağlanır? - AÇIQLAMA
Restoranlarda xidmət tam bərpa edilir
Karantin rejimi yenidən uzadılır - Diqqət
"Son günlərin statistikası pandemiyanın “ikinci dalğası”nın yetərincə real olacağını göstərir"
Komitənin qarşısından ucalan qarğışlar
Metro açılırsa, ekspres xətt avtobusları işləməyəcək? - AÇIQLAMA