Qafqaz Müsəlmanları İdarəsi (QMİ) 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına qarşı törədilən təcavüz aktını narahatlıq hissi ilə qətiyyətlə pisləyir və öncədən hazırlanmış, siyasi məqsədli terror, vandalizm aktı kimi qiymətləndirir.
Bu barədə QMİ-dən daxil olan bəyanatda bildirilib.
“Bu hadisə Azərbaycan Respublikasına, ümumən beynəlxalq hüquqa zidd təxribat aktıdır. Aşkar şəkildə dindən sui-istifadə edən “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın müstəqil Azərbaycanın suverenliyini və atributunu – dövlət bayrağını hədəf alması, aksiyanın dini şüarlar və məzhəbi tələblərlə müşayiət olunması dindən sui-istifadə və nifrətə çağırış kimi dəyərləndirilə bilər.
Azərbaycan dinlər və məzhəblərarası dostluq, qardaşlıq, anlaşma mühitinin hökm sürdüyü nadir ölkələrdəndir. Ölkəmiz öz milli-mənəvi dəyərlərinə yüksək ehtiramı, dini irsinə, ənənələrinə ali diqqəti ilə tanınan, bəşəri dəyərlərə istinad edən hüquqi-demokratik, dünyəvi dövlətdir. Məzhəb ayrı-seçkiliyi və dini dözümsüzlük, dini radikallıq və ksenofobiya təzahürləri Azərbaycan cəmiyyətinə yaddır. Azərbaycanda müsəlmanlarla yanaşı pravoslavlar, katoliklər, yəhudilər, bütün dini və milli azlıqlar öz mədəni dəyərlərini inkişaf etdirir, dini ayin və ibadətlərini azad həyata keçirirlər. Biz öz tolerant, multikultural həyat tərzimizi birgəyaşayış modeli olaraq dünyaya təqdim edirik.
Ölkəmizə qarşı təxribatların arxasında dayanan və təşkilində iştirak edən qüvvələr bilməlidirlər ki, Azərbaycan cəmiyyətində radikal, ekstremist qüvvələrə, onların destruktiv ideologiyalarına yer yoxdur və Azərbaycan dindarları heç vaxt belə qüvvələrin məkrli təxribatlarının ardınca getməyəcəklər. Azərbaycan bayrağına siyasi sifarişlə, din, məzhəb təəssübkeşliyi bəhanəsi ilə həqarət olunması yolverilməz təxribatdır və ümidvarıq ki, Böyük Britaniya hökuməti hadisə ilə bağlı lazımi ölçü götürəcək. Düşmən qüvvələr Zəfərimizin əsas mənbəyinin milli, dini birliyimizin olduğunu gözəl bilir, bu səbəbdən məhz bu birliyi hədəf alırlar. Heç bir qüvvə güclü, sarsılmaz Azərbaycan dövlətinin bayrağını endirə, mənəviyyatımıza, birliyimizə, mənəvi ənənələrimizə xələl gətirə bilməz. Əhli-Beytə ehtiramın uca tutulduğu, İslami dəyərlərə yüksək qiymət verildiyi ölkəmizdə milli-dini vəhdətimizə heç kim xələl gətirə, nifaq sala və birliyimizi dağıda bilməz. Milli-mənəvi dəyərlər bizim ümummilli sərvətimizdir. Bütün qələbələrimizin kökündə tarixən qoruyub saxladığımız bu dəyərlər durur və Azərbaycan bu irsə istinadən hər zaman qələbələr qazanacaq, yeni tarixi Zəfərlərə imza atacaq, inşallah!” - bəyanatda deyilir.
QMİ-dən BƏYANAT: “Londonda Azərbaycan bayrağına din təəssübkeşliyi bəhanəsi ilə həqarət təxribatdır”
05
avqust
17:15

Qarabağ
OXŞAR XƏBƏRLƏR
Londonda səfirliyin binasında yenidən bayrağımız dalğalanır - Video
Britaniyanın müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
Hacı Şahindən Londondakı hücumla bağlı açıqlama
Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaydı
Səfirliklər necə qorunur? - Vyana Konvensiyası
Londondakı təxribat ölkəmizdə dini gərginlik yaratmağa hədəflənib?
Azərbaycanla Böyük Britaniya ilə iki sənəd imzalanacaq
Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik edib
“Böyük Britaniya səfirliyini yol verdiyi səhvi etiraf etməyə çağırırıq” - DİN
Dindən silah kimi istifadə etmək istədilər - Fiasko
"Britaniya Azərbaycanın sarsılmaz və dəstək verən tərəfdaşıdır" - Conson
Bakının bu rayonundakı binaların sakinlərindən 28 AZN pul yığılır (SƏBƏB)
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı - Ermənistana XƏBƏRDARLIQ
Azərbaycan, Ermənistan və Rusiya dini liderləri birgə bəyanat verdilər
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yaydı
Azərbaycan səfirliyinə hücum edən “Mehdi nökərləri”nin lideri kimdir? (DOSYE)
"Dini hisslərə toxunmaqla qarışıqlıq yaratmağa cəhd göstərirlər" - Hacı Şahin
Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə səfər etmək istəyənlərin NƏZƏRİNƏ
Bu şəxslərin Azərbaycana giriş-çıxışına icazə VERİLDİ
Britaniya səfiri Azərbaycana təşəkkür ETDİ
İlham Əliyev Boris Consona məktub göndərdi
Bəşər Əsəddən Çinə dəstək
"Azərbaycan xalqı qardaş Türkiyənin qəti və birmənalı dəstəyinin bir daha şahidi oldu" - Prezident İlham Əliyev
Ombudsman sonuncu erməni təxribatı ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi
Ombudsman bəyanat yaydı
Ceyhun Bayramov Britaniyanın nümayəndə heyəti ilə görüşdü
“Ermənistan hökumətinə real siyasi təzyiq...” - Amerikalı ekspert
Dünya miqyaslı mədəniyyət tarixinə Ermənistandan böyük zərbə
İlham Əliyevdən yeni SƏRƏNCAM
Zelenski İlham Əliyevi təbrik etdi
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Avropa Azərbaycandan qaz idxalını artırıb
- Kişilər bu bürclərin qadınlarından qorxurlar - Təhlükəli dördlük
- “Vəhşi kişilərdən xoşum gəlir” - Aparıcı Ülvira
- “Neftçi” futbolçu Arveladzenin oğlunu transfer etdi
- Broker Əbülfəz Məlikov HƏBS OLUNDU
- “Youtube” “Rostex”in səhifəsini BLOKLADI
- "Təxribatçı addımlar Ermənistan üçün faciəvi nəticələrlə yekunlaşa bilər"
- Almaniyanın Braziliyadakı konsulu saxlanılıb
- Üç ay əvvəl itkin düşən şəxsin meyiti tapıldı
- Babadağda bir neçə nəfər köməksiz vəziyyətdə qalıb
- Bayden Filippin Prezidentini ABŞ-a dəvət edib
- Dünən 3 nəfər yol qəzalarının qurbanı olub
- Bu ölkə Rusiya vətəndaşlarına viza verməyi dayandırdı
- Azərbaycanda narkotiklə əlaqəli 5610 fakt aşkarlandı
- Xameneinin iqamətgahının sütunları Azərbaycan bayrağının rənglərinə boyanıb - FOTO
- Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
- Şəhid Samir Xudiyev Bakıda torpağa tapşırıldı
- 37 yaşlı kişi özünü GÜLLƏLƏDİ
- Şəhidlərə görə Şuşadakı qala-gecə təxirə salındı (FOTO)
- 3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI
- Gömrük xidmətinin daha bir GENERALI HƏBS EDİLDİ
- Volodimir Zelenski: “Ukraynaya vaxtında göstəriləcək hərbi yardım bu il döyüşləri dayandırmağa imkan verəcək”
- Kipr və Qətərin ardından Pakistanda da maska rejimi bərpa edildi
- NASA “Dragon”un kosmosa göndəriləcəyi vaxtı açıqlayıb
- "Barsa"nın futbolçusu "Tottenhem"də