"Əgər Ermənistan nəticə çıxarmasa, Azərbaycana qarşı belə hərbi təxribatlarını davam etdirsə, onda antiterror əməliyyatlarının çox geniş miqyası ilə üz-üzə qalacaq. Belə olan halda bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək. Hər halda sülhməramlı qüvvələrin də üzərinə böyük məsuliyyət düşür. Onların arxasında gizlənib, Azərbaycan tərəfə atəş açırlar, atəşkəsi pozurlar, insident yaradırlar, reallıq budur”. 
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov BMT Baş katibi Antoniu Quterreşin, Fransa prezidenti Emmanuel Makronun və Rusiya Prezidenti Vladimir Putinin 3 avqust döyüşləri ilə bağlı narahatlıqlarının pərdəarxası məqamlarından danışarkən deyib. 

Deputat hesab edir ki, avqust ayının 3-də Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti hərbi təxribat, hərbi insident nəticə etibarı ilə onların növbəti biabırçı məğlubiyyəti ilə nəticələnib:



"Bir daha gördülər ki, Ali Baş Komandanın vurğuladığı dəmir yumuruq yerindədir və istəlinən vaxtı onların başını əzə bilər. Neçə ki, 3 avqustda əzdi. Bu hadisə beynəlxalq aləmdə də ciddi əks-səda doğurub. Bir çoxları hesab edirlər ki, Ermənistanın təxribatçı davranışının vaxtında qarşısı alınmasa, onda proseslər 3-cü Qarabağ müharibəsinə qədər gedə bilər. Bu isə Ermanıstanın sonunun başlandığı deməkdir. Bu səbəbdən də Rusiya Prezidenti yanında keçirilən Təhlükəsizlik Şurasının iclasında son hadisələr müzakirə olunub və baş vermiş hadisələrdən cox ciddi narhatlıq ifadə olunub. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi, BMT Baş katibi, ABŞ Dövlət Departamenti və eyni zamanda Fransa Prezidenti səviyyəsində baş vermiş hadisələr müzakirə olunub, hər biri ayrı-ayrılıqda narahatlığını ifadə edib və mövcud gərginliyin dinc yolla tənzimlənməsinin vacibliyi vurğulanıb”. 


Elman Nəsirov deyir ki, dünyanın əsas güc mərkəzlərində Qarabağda yaşanan son hadisələr, Ermənistanın hərbi təxribatı müzakirə olunub və narahatlıq ifadə edilib:

"Bu da təsadüfi sayılmamalıdır. Çünki Azərbaycan dövləti Ermənistanla sülh müqaviləsi imzalamaq istəyir. Biz regionda sabitlik və  təhlükəsizlik formalaşdırmaq istəyirik. Bunun qarşılğında Ermənistan bir yandan "hə” deyir, bir yandan hərbi təxribatlara əl atır və bununla da vaxt uzatmağa çalışır?”.

Elman Nəsirov hesab edir ki, Ermənistan bu addımları ilə özünü biabır edir: 

"Bir daha bütün dünya ictimaiyyəti gördü ki, Ermənistan orsdusu nə qədər aciz durumdadır. Bir hərbi təxribata əl atdı, cavabında 4 nəfər itirib, 15 nəfər yaralanıb, onların da çoxu ölümcül vəziyyətdədir, bir artilleriya hərbi hissəsi darmadağın edilib, bir post ləvğ edilib. Azərbaycana qarşı hərbi təxribat yolu Ermənistan üçün faciədir. Bu başlanğıcıdır”.