Türkiyəyə işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin aparıcı media agentliklərinə müsahibə verib.
Bu barədə XİN məlumat yayıb.Nazir Ceyhun Bayramov "TRT World", habelə "Hürriyyət", "Anadolu" agentliyi, "Haber Global" və "Daily Sabah" müxbirlərinin suallarını cavablandırıb.
Suallar 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə mərhələsində bölgədə sülh və əminamanlığın təmin olunması istiqamətində səylər, Avropa İttifaqının vasitəçiliyi ilə danışıqlar, Ermənistanın Azərbaycana qarşı son təxribatları, Ermənistanın Üçtərəfli Bəyanatları pozması və öhdəliklərini yerinə yetirməməsi və s. mövzuları əhatə edib.