Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?
22-09-2020, 15:04
38

Payız mövsümü vəziyyəti daha da çətinləşdirəcək - Qrip, yoxsa COVID-19?

Qarşıda bizi çox daha böyük çətinliklər gözləyir. Payız mövsümü ilə bağlı respirator infeksiyalar baş qaldırdıqca, koronavirusla mübarizə çətinləşəcək. Həkimlər də, müəllimlər də, valideynlər də çıxılmaz vəziyyətdə qalacaq.
Bu sözləri Oxu.Az-a açıqlamasında pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, belə gedərsə, məktəblərin yenidən bağlanması gözlənilir:
“Bu gün həkimlər, müəllimlər, valideynlər üçün çıxılmaz vəziyyətdir. Karantin sərtləşdiriləndə əhali ayağa qalxır ki, azadlığımız əlimizdən alındı. Yumşaldılanda da yoluxma artır, yenə də əhali ayağa qalxır ki, qaydaları tənzimləyə bilmirlər və s. Bəs yaxşı necə edək? Pediatr olaraq onu deyim ki, qarşıdan payız mövsümü gəlir. Hər məktəbdə minlərlər şagird təhsil alacaq. Bu bilirsiz nə deməkdir? Adı bir virus qığılcımı ilə məktəbin yanması deməkdir. Həkim olaraq, siniflərdə əyani təhsilin əleyhinəyəm amma təhsilin dayandırılması da çıxış yolu deyil. Bütün hallarda yoluxmalar belə davam edərsə, düşünürəm ki, məktəbləri yenidən bağlaya bilərlər”.
Həkim bildirib ki, yoluxmalar yay mövsümündə də olub, payız mövsümündə də olacaq:

“Oktyabr ayında ikinci bəla başlayacaq. Mövsümu viruslar baş qaldırır. Hər kəs anlamalıdır ki, pandemiya ilə tək bizim ölkə deyil, bütün dünya mübarizə aparır. Gəlin, insaflı danışaq, bizim həkimlər də xarici ölkələrdəki mütəxəssislər kimi əllərindən gələni edirlər. İnfeksiya təbabətə məlum deyil, çətinlik yaradan məqam budur. Həkimlər mart ayından bunu düşünürlər.
Artıq payız mövsümündə qızdırma ilə müraciət edən istənilən xəstənin ilk növbədə COVID-19 analizi verməsi lazım gələcək. Həkim bilsə də ki, bu mövsümi virusdur, amma qızdırma olduğu üçün koronavirusa görə yoxlanmalı olacaq. Buna isə nə həkimin, nə valideynin, nə də klinikaların gücü çatmayacaq. Həmin o qızdırmalı şagirdlər (I- IV siniflər) məktəbə gedirsə, heç kim bilməyəcək o COVID-19 daşıyıcısıdır, yoxsa mövsümi xəstəlikdir”.
Təkrar yoluxmalarla bağlı konkret fikir söyləməyin çətin olduğunu deyən həkim, onu da qeyd edib ki, bununla bağlı dəqiq məlumat yoxdur:
“Virusa yoluxan insanda immunitet formalaşır. Lakin bu immunitetin nə qədər davam etməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Ümumiyyətlə koronavirusa yoluxan şəxsin təkrar bu virusa yoluxub-yoluxmaması ilə bağlı fikir söyləmək olmur”.

Oxşar xəbərlər

Almaniyada “Payız mövsümü”: Seyran rüzgarı əsəcək
ÜST-dən məktəblərin açılması ilə bağlı XƏBƏRDARLIQ: - Mövcud epidemioloji vəziyyət dəyişə bilər
Bakının qəsəbə yolları payız yağışına hazırdırmı? - Video
Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ - AÇIQLAMA
“Belə davam etsə, tədris prosesi yenidən dayanacaq” - ekspert
“Payız karantininə indidən hazırlaşmalıyıq”
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
Bakıda və rayonlarda şagirdlər həftədə neçə dəfə məktəbə gedəcək? - Nazir əmr imzaladı
Yaqut Qarayeva: Payız-qış mövsümünə ciddi şəkildə hazırlaşırıq
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
4 dərslə şagirdlərə hansı biliyi vermək olar? - AKTUAL
Bu gün Milli Məclisdə payız sessiyasının ilk iclasıdır — Deputatlar nəyi müzakirə edəcək?
Məktəb vacibdir, uşaq kollektivdə olmalıdır - AKTUAL
“Oktyabra böyük yoxluma rəqəmləri ilə daxil olacağıq...“ - Məktəblər yenidən bağlanacaq?
Gələn həftə Azərbaycana payız fəsli daxil olacaq
Nazirlik Bilik Günündə şagirdlərin məktəbə hansı qaydada gedəcəyi ilə bağlı AÇIQLAMA verdi
Məktəblər yenidən bağlanacaq? - Açıqlama
Müəllimlər COVİD-19 testindən keçiriləcəkmi? - AKTUAL
2335 məktəbdə şagird sayı 200 nəfərdən azdır
Təhsil Nazirliyi pandemiya zamanı övladını məktəbə göndərmək istəməyən valideynlər üçün ŞƏRTLƏRİ AÇIQLAYIB
Abşeronda müəllimlər günü qeyd edilib
Koronavirus aşkarlanan məktəb hansıdır? - AÇIQLAMA
“Ənənəvi təhsilin bərpası COVİD 19-a yoluxma sayını 4,06 dəfə artıra bilər” - Ədalət Muradov
Məktəblər yenidən bağlanır? — Təhsil Nazirliyindən AÇIQLAMA
“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”
Daha neçə il maska taxmalıyıq? – Açıqlama
Tədrisin davamlı olması qaydalara riayət etməyimizdən asılı olacaq - Təhsil naziri
Azərbaycanda koronavirusun ikinci dalğası olmaya bilər
“Universitetlərin açılması yoluxma sayını 4 dəfə artıra bilər” - Rektor
“Payızda sərt karantinə qayıtmalı olacağıq, aprelə qədər belə davam edəcək” - Həkimdən şok proqnoz