Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...
22-09-2020, 15:28
28

Məmur uşaqlarının “Hummer”lərini tank kimi ermənilərin üstünə sürmək olar...

Sosial şəbəkələrdə yol polislərinin hərəkətdə olan "pikap" tipli maşınları saxlayaraq cərimə meydançasına apardıqlarına dair xəbərlər yayılıb. DYP bu məsələyə aydınlıq gətirəndən sonra narahatlıq üçün əsas olmadığı anlaşıldı. Əslində, narahat olan da yox idi. Yazılanlara inansaq, "pikap" sahiblərindən biri belə deyib: “Mənim malım da, canım da dövlətimə qurbandır”.
Ekspert Ərşad Hüseynov da məsələyə münasibət bildirib. Deyib ki, müharibə dövründə təkcə döyüşə bilən hərbi vəzifəli vətandaşların deyil, həm də nəqliyyat vasitələrinin səfərbər edilməsi qanunvericilikdə nəzərdə tutulur. Bu, dünyanın bütün ölkələrində, hətta nəhəng hərbi büdcəyə malik ölkələrdə də belədir.
Hüquqşünasın sözlərinə görə, bu məsələ Nazirlər Kabinetinin 2006-cı il 16 fevral tarixli 51 nömrəli qərarı ilə tənzimlənir: “Vətəndaşların narahat olmağına əsas yoxdur. Çünki qanunvericiliyə görə, təşkilatların və vətəndaşların mülkiyyətində olan nəqliyyat vasitələrinin səfərbər edilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin dövlət tərəfindən ödənilməsi nəzərdə tutulur. Yəni səfərbərlik üçün cəlb edilən nəqliyyat vasitəsi sıradan çıxarsa, yararsız hala düşərsə, vətəndaşın pulu tam ödənilir”.
"Pikap” bahalı maşın sayılmır. Varlı-karlı adamlar, məmur övladları bu maşınları bəyənmirlər. Həyətində üç-dörd “Hummer”, “Gelandewagen”, “Porsche” olan adam niyə "pikap" sürsün ki? Məmur uşaqlarının sürdükləri “Porsche”lərin birinin qiymətinə 14-15 işlənmiş pikap almaq olar...
Fermer dostlarım var, onlar da "pikap” sürürlər. Daha doğrusu, bu maşının “kuza”sında yük daşıyırlar. Kimi tikinti materialı daşıyır, kimi ot, kimi də toyuq-cücə üçün buğda. Bu adamlar “pikap”a bir tikə çörək qazanmaq üçün vasitə kimi baxırlar. Buna rəğmən, onlar sahib olduqları maşınları gözlərini qırpmadan dövlətə bağışlamağa hazırdırlar. Maşınım olsaydı, mən də analoji qaydada davranardım. Malımız da, canımız da vətən üçün fəda olsun...
DYP əməkdaşlarına bir təklifim var: “pikap”lardan əvvəl məmur övladlarının sürdükləri “Hummer”, “Gelandewagen”, “Nissan Armada”, “Jeep Wrangler” kimi bahalı maşınları cərimə meydançasına aparın. Bakıda yüzlərlə belə maşın var. Əmin olun ki, onların hamısını eyni vaxtda Qarabağa göndərsək, ermənilərin bağrı yarılacaq. Beləliklə, həm torpaqlarımız işğaldan azad olunacaq, həm də özümüz Bakı küçələrində rahat gəzə biləcəyik. Yoxsa ki, hər gün birimiz xarici görünüşünə görə tankdan geri qalmayan bu maşınların təkərləri altında qalıb, xurd-xəşil oluruq...(yenisabah)

Oxşar xəbərlər

Dərman qutusu olmayan sürücülər cərimələnəcək? - AÇIQLAMA
Paytaxt Bakıdan başqa şəhərə köçürülür? – Deputatdan açıqlama
"Sosial paket vətəndaşları bu böhrandan qoruyacaq" - Prezident
Milli Qəhrəmanlar: “Müharibəyə çağırış çoxdan olmalı idi”
“Azərbaycanla Türkiyənin güclənən hərbi müttəfiqliyi Ermənistan üçün kabus olmalıdır...”
BNA Hikmət Babayevi necə “qurban“ verdi? - Təfərrüat
Prezident: “İşçilərin ixtisarına yol verilməməlidir”
Hərbi xidmətə çağırış müddəti uzadıldı - SƏRƏNCAM
Metronun yeni stansiyasına Polad Həşimovun adı veriləcək? - Rəsmi açıqlama
Uşaq pulu hansı ailələr üçün bərpa olunur? - AÇIQLAMA
DYP-dən cərimələrlə bağlı xəbərdarlıq
UEFA: "Bu vəziyyətdə futbol oynamaq mümkün deyil"
“Tutaq ki, Türkiyə ilə hərbi ittifaq sazişi alınmadı,   onda Qarabağın taleyi necə olacaq?..”
İş adamından toy ilə bağlı AÇIQLAMA
Bu, səfərbərlik deyil, adi təlimdir - Millət vəkili
Azərbaycan ordusunda YENİLİK: hərbçilərə pul əvəzinə ərzaq veriləcək
Azərbaycanlı deputatdan TRAMPA DƏSTƏK
Afaq Aslan niyə erməniylə eyni məclisə qatılıb? - AÇIQLAMA
“Bu məsələdə birbaşa günahkarlar Nuşirəvan Məhərrəmli və Əli Həsənovdur”
Türk ordusu girdi: Bu ölkələr fürsət gözləyir... – İsti şərh
Nazirlikdən bu səbəbdən əlilliyi yaranan şəxslərlə bağlı RƏSMİ AÇIQLAMA
Xüsusi karantin dövründə yazılan cərimələr ləğv olunur? - RƏSMİ
Baş Nazir Əli Əsədovdan təqaüdlərlə bağlı — SƏRƏNCAM
Yaxın günlərdə kommunal xidmətlər qaldırıla bilər - Ekspertdən AÇIQLAMA
Hərbi Polisin sabiq rəisindən Aydın Mirzəzadəyə sərt cavab:"Millət vəkilisiniz, Orduda baş verənlərə niyə susursuz"
Azərbaycan vətəndaşları xaricə necə gedə bilər? - RƏSMİ CAVAB
“Azərbaycan Ordusu 21-ci əsrin ordusudur”
“İt döyüşlərinə görə 30-40 min dollardan mərcə girirlər”
“Hər an müharibə başalaya bilər”
"Hərbi xidmətə çağırış sayı iki dəfə azaldılsın" - Deputatdan TƏKLİF