Müdafiə Nazirliyinin (MN) hərbi hissələrinə gizirlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbul prosesi davam edir.
 
MN-dən verilən məlumata görə, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, tam orta təhsilli, 28 yaşınadək vətəndaşlar cari ilin sentyabr ayının 10-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.
 
Qeyd olunub ki, qəbul qaydaları barədə bu linkə keçid edərək ətraflı məlumat əldə etmək olar.