Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib
22-09-2020, 16:23
28

Mehriban Əliyeva Uşaq İncəsənət Məktəbinin yeni binasının açılışında iştirak edib

Sentyabrın 22-də Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin yeni binası istifadəyə verilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.
Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, məktəb 1935-ci ildə musiqi cəmiyyətinin nəzdində yaradılıb, 1940-cı ildən 5 nömrəli Uşaq Musiqi Məktəbi kimi, 1988-ci ildən isə 3 nömrəli Uşaq İncəsənət Məktəbi kimi fəaliyyət göstərməyə başlayıb.
Bildirilib ki, məktəbin ikimərtəbəli binası qəzalı vəziyyətdə olduğundan Heydər Əliyev Fondu tərəfindən yeni bina inşa edilib. Yeni bina 3 mərtəbədən, 25 sinif otağından, rəqs, rəsm otaqlarından, akt zalından, kitabxana, müəllimlər otağı və yeməkxanadan ibarətdir. Məktəbdə hazırda 17 ixtisas üzrə 493 şagird təhsil alır. Bu ixtisaslar üzrə 110 müəllim fəaliyyət göstərir. Uşaq İncəsənət Məktəbində rəqs və rəsm dərsləri qrup şəklində, digər ixtisaslar fərdi tədris olunur.
İndiyədək məktəbin 35-dən çox şagirdi beynəlxalq müsabiqələr üzrə laureat adına layiq görülüb, 70-ə yaxın şagird isə respublika müsabiqələrində yüksək yerlər tutub. Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin bir sıra tanınmış məzunları da var.
Qeyd edək ki, bu gün Azərbaycanda təhsil və mədəniyyətin inkişafı istiqamətində mühüm addımlar atılır, elm və mədəniyyət xadimlərinə xüsusi diqqət göstərilir. Heydər Əliyev Fondu bu işə önəmli töhfələr verir. Ölkəmizə tanınmış incəsənət xadimləri bəxş etmiş Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbi üçün ən müasir standartlara cavab verən yeni binanın inşası da Fondun bu sahəyə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.(Report)

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Bakıda açılışda
Prezident və xanımı açılışda - FOTO (Yenilənib)
Prezident İlham Əliyev və Mehriban Əliyeva ADA Universitetinin iki yeni korpusunun açılışında iştirak ediblər - Yenilənib
Prezident və xanımı 216 nömrəli məktəbin açılışında
Mehriban Əliyeva üçün özəl gün
İlham Əliyev Bakıda məktəb açılışında iştirak edib - Foto
Xırdalanda bağça təmir olunacaq – başçı əraziyə gəldi
Mehriban Əliyeva Sami Yusufa Prezidentin fəxri diplomunu təqdim etdi
İlham Əliyev və Mehriban Əliyeva Heydər Əliyevin məzarını ziyarət ediblər
Prezident mükafatına layiq görülən sənətkarlar: “Sevincimizin həddi-hüdudu yoxdur”
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər
Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə "Instagram" da paylaşım edib
Prezident və birinci xanım İçəri Şəhərdə aparılan bərpa-konservasiya işləri ilə tanış olublar - Yenilənib, Fotolar
Birinci vitse-prezident İsmayıllıya səfər edib
İlham Əliyev və Mehriban Əliyeva yataqxana binasının açılışında iştirak etdilər
Mehriban Əliyeva şagird və tələbələri belə TƏBRİK ETDİ
Prezident və xanımı Pirsaat Baba ziyarətgahında-FOTO
Mehriban Əliyeva şahmatçı Aydın Süleymanlını təbrik edib
Tanınmış diplomat Daşqın Şikarov Mehriban Əliyevanı təbrik etdi
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkda olub
Prezident və xanımı yeni gətirilən təcili yardım maşınları ilə tanış oldular
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycanda orta məktəb bağlandı
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Türk Şurasının VII Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçıları ilə birgə şam ediblər
Mehriban Əliyeva jurnalistləri təbrik etdi
Birinci vitse-prezident Mehriban Əliyeva: "Müəllimlik olduqca hörmətli peşədir"
“Sevginizə, etimadınıza, hörmətinizə, diqqət və səmimiyyətinizə görə təşəkkür edirəm!” – Mehriban Əliyeva
“Qarabağı mütləq qaytaracağıq...” - Mehriban Əliyeva
Anar Kərimov incəsənət xadimləri ilə videogörüş keçirdi