Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi
22-09-2020, 18:12
54

Şirkət əməkdaşlarının cinayət işi məhkəməyə göndərildi

Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud vəziyyətdən öz maraqları naminə istifadə edərək, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran əməllərə qarşı prokurorluq orqanları tərəfindən mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu istiqamətdə görülən tədbirlər çərçivəsində “AGRO-MEAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) səlahiyyətli şəxsləri Vəliyev Ehtiram İldırım oğlu, Ələkbərov Namiq Oktay oğlu və digərlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələri əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürən Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərov ilə birlikdə 23-25 iyun 2020-ci il tarixlərdə ölkə ərazisində yerləşən mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6,890 kq miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, həmin ət məhsulunu Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.
Baş İdarə tərəfindən 25 iyun 2020-ci il tarixdə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan kəsimxanada 41 min 340 manat dəyərində 6,890 kq çəkidə keyfiyyətsiz ət məhsulu aşkar olunaraq götürülüb.
İş üzrə toplanan sübutlara əsasən 22 avqust 2020-ci il tarixdə Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3 (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün aidiyyəti üzrə Ağcabədi Rayon Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər

Azərbaycanda nazirliyin sabiq əməkdaşı həbs edildi
Baş Prokurorluğun sabiq əməkdaşının cinayət işi məhkəməyə göndərildi
Baş Prokurorluq: KİVDF-də qanunsuzluqlarla bağlı 4 maddə ilə cinayət başlanıb
Şirkət direktoruna cinayət işi açıldı
Kürdəmir icra başçısı Ceyhun Cəfərovun aldığı rüşvətlər açıqlandı
"Qaçqınkom"un vəzifəli şəxsləri barədə cinayət işi başlandı
Azərbaycanda pensiya və müavinətləri "yeyən" MƏMUR TUTULDU
Korrupsiyaya yol vermiş şirkət rəhbəri həbs edildi
Azərbaycanda vəzifəli şəxs cinayət başında yaxalandı - Anbaan video
Daha bir vəzifəli şəxs rüşvət alarkən tutuldu - RƏSMİ
Rüşvət alan iki vəzifəli şəxs həbs edilib - Rəsmi
Bələdiyyə sədrinə cinayət işi açıldı
Daha bir şirkət rəhbərinin korrupsiya əməlləri İFŞA EDİLDİ
Bakıda külli miqdarda pul mənimsəyən şirkət rəhbəri həbs edilib
Vəzifəli şəxsin cinayət işi məhkəməyə göndərildi
Azərbaycanda külli miqdarda rüşvət alan orkestrin bədii rəhbəri həbs edildi
“Neolit”in ərazisində ağacların məhv edilməsi faktı ilə bağlı cinayət işi başlanıb
DGK-dan həbs olunan şöbə rəisi ilə bağlı RƏSMİ AÇIQLAMA
Daha bir vəzifəli şəxsə cinayət işi AÇILDI
Azərbaycanda vəzifəli şəxslərin qanunsuz əməlləri ifşa edildi - RƏSMİ
Daha bir sabiq məmura cinayət işi açıldı
DTX nazir müavinini belə tutdu - VİDEO
Bakıya narkotik vasitə gətirmək istəyən şəxslər tutuldu - FOTO/VİDEO
Sex rəhbərindən rüşvət alan vergi müfəttişlərinin işi məhkəməyə göndərildi
Şirkət rəhbərinin cinayət işi məhkəməyə göndərildi
Bakıda məktəb direktoruna cinayət işi açıldı - Korrupsiya
Bakıda saxta içki bəlası: Üç nəfərin ölümünə səbəb olan şəxslər hakim qarşısında
DTX generalı belə saxlayıb - VİDEO
Azərbaycanda daha bir nazirliyin vəzifəli şəxsi HƏBS EDİLDİ
Zaqatalada 18 yaşlı gənci öldürən şəxs tutulub