Avqustun 16-da keçirilən vətəndaşların səyyar qəbulda rayonun hüquq-mühafizə orqanları, xidmət təşkilatlarının rəhbərləri və sakinlər iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev görüş iştirakçılarını salamladıqdan sonra bildirib ki, bu gün yeni reallıqlar yaradan Azərbaycan Respublikasının Prezidentinin Dəmir Yumruğu yerindədir. Bunu heç kim, nə Ermənistan, nə müxalifət, nə də bəzi blogerlər unutmasın. Ölkəmizə ən müasir silahlar, habelə “Akınçı” müasir antiterror əməliyyatı keçirən texnika da gətirilmişdir. Azərbaycanın güclü ordusu hər an istənilən tapşırığı yerinə yetirməyə hazırdır.
Əhəd Abıyev çıxışında  möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda aparılan quruculuq-abadlıq işlərindən, sosialyönümlü islahatlardan, bütün sahələr üzrə əldə olunan uğurlardan,  o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli və həyata keçirilən sosial layihələr barədə danışıb.
Sonra icra başçısı Əhəd Abıyev qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək qaldırılan məsələlərin həll edilməsi üçün tapşırıqlarını verib. Müraciətlərin bir qismi  yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə aid olmayan müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti qurumlara həvalə olunub.
Quytul kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və 
humanitar məsələlər şöbəsinin müdir müavini