Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?
18-10-2019, 18:00
10 238

Ölkə əhalisi ticarət mərkəzlərində 27,6 milyard manat xərcləyib - Daha çox nəyə?

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 3,0 faiz üstələyərək 27,6 milyard manata bərabər olub.
Milli.Az Trend-ə istinadən bildirir ki, ticarət dövriyyəsinin 13 milyard 947,1 milyon manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 13 milyard 630,3 milyon manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2018-ci ilin yanvar-sentyabr aylarına nisbətən real ifadədə müvafiq olaraq 2,6 faiz və 3,3 faiz artıb.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 45,9 faizi ərzaq məhsullarının, 4,7 faizi içkilər və tütün məmulatlarının, 18,1 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,5 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
2019-cu ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının dəyər ifadəsində 20,9 faizi ticarət müəssisələri, 49,7 faizi fərdi sahibkarlar tərəfindən, 29,4 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,9 faiz, fərdi sahibkarlar üzrə 0,6 faiz artmış, bazar və yarmarkalarda isə 6,3 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 309,8 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 13,5 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 156,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 153,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.

Oxşar xəbərlər

Azərbaycan əhalisi pullarını ən çox hara xərcləyir?
Azərbaycanlılar vəsaitinin 50 faizə qədərini ərzağa xərcləyib - RƏSMİ
Azərbaycanın idxal-ixracında əsas məhsulların və tərəfdaş ölkələrin SİYAHISI
Bu il Azərbaycanda ÜDM 50 milyard manatı ötüb
Azərbaycan əhalisi avqustda dərman və tibbi ləvazimatlara 56 mln. manatdan çox xərcləyib
Əhalimiz daha çox hansı nəqliyyatdan istifadə EDİR?
Bu il ümumi daxili məhsul istehsalı azalıb
Azərbaycanda sərnişin və yük daşınması kəskin azalıb - RƏSMİ
Azərbaycanda hansı məhsullar bahalaşıb? - Foto
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Azərbaycan əhalisinin sayı açıqlandı
Əhalinin banklarda nə qədər pulu var? - MƏBLƏĞ
İnflyasiya əhalinin gəlirlərindəki artımı silib
Narkotiklə tutulanların arasında işləməyən və oxumayanlar daha çoxdur
Demoqrafik göstəricidə kəskin fərq - oğlanlar qızları üstələdi
Bu il Azərbaycanda istehsal edilən avtomobillərin sayı açıqlandı
Telman İsmayılovun "Rolls-Royce"u hərracda 3 dəfə uzuzlaşdırıldı
Azərbaycanda pensiyaçıların 57 faizi...
Azərbaycanda meyvə-tərəvəz yeyənlərin sayı artıb
Yeddi ay ərzində ölkədə araq və siqaret istehsalı artıb
“Azərbaycanda koronavirusdan ölüm faizi çox aşağıdır” - Həkim
Azərbaycanın sığorta bazarı 11% böyüyüb
Spiker və müavinlərinin rəsmi maaşı ilə bağlı AÇIQLAMA
Novruz Məmmədov nazirləri topladı
Bakıda koronavirusa yoluxmanın ən çox olduğu rayon açıqlandı
İlon Maskın sərvətinin dəyəri açıqlandı
Azərbaycanda gələn il səhiyyə sahəsinə nə qədər vəsait ayrılıb?
ABŞ-da vəziyyət nəzarətdən çıxır - SORĞU
Bu il dünyada smartfon alışına 400 milyard avrodan çox pul xərclənəcək
"Facebook"un işində problemlər yaranıb